Məhkəmə qərarları › İş №3(012)-2597/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2597/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2597/2024 23.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X1 Zərərçəkmiş Şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, öz/tik, ev 362-də qeydiyyatda olan və Abşeron rayonu Masazır qəsəbəsi, Məzunlar evi bina 2, mənzil 104-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib edilmiş tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Hikmət Musayev protokolu müdafiə edərək, izahatında göstərdi ki, Şəxs 12 noyabr 2024-cü il tarixdə, saat 18 radələrində ünvan 1 ünvanında arvadı Zərərçəkmiş şəxs və ikiyaşlı X4 döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək, bildirdi ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs ilə 7 il əvvəl ailə həyatı qurmuş və bu münasibətdən onların iki övladları dünayaya gəlmişdir. Münasibətləri ilk zamanlarda normal olsada, sonrada mübahisələri artmışdır. Hadisə günü, yəni 12 noyabr 2024-cü il tarixdə yaşadığı evdə yatan zaman uşaqların səs-küyündən oyanmış və işdən yorğun gəlib yatdığını deyərək, arvadı Yekaterinaya irad bildirmişdir. Bu səbəbdən onlar arasında sözlə mübahisə yaranmış, lakin həmin zamanı arvadı Yekaterinanı döyməmişdir. Baş vermiş mübahisə zamanı bir-birlərini itələdiklərindən qızı Mələk yerə yıxılmışdır. O, əlavə olaraq bildirdi ki, baş vermiş mübahisə yaşadıqları evdə 2-3 dəqiqə davam etmişdir. Bu zaman Yekaterina nədənsə qışqıraraq qonşuları köməyə çağırmış, o da sonra onu şərləyəcəyindən ehtiyat edib olanları telefonla videoya çəkmişdir. Ailəsinə və övladlarına bağlı olduğunu, daim ailənin normal yaşaya bilməsi üçün maddi öhdəliklərini qarşıladığını bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak edərək, bildirdi ki, barəsində şikayət etdiyi Şəxs ilə 7 il əvvəl qurduqları ailə həyatından onların 2 övladları dünyaya gəlmişdir. İlk zamanlar münasibətləri yaxşı olsa da sonradan onların münasibətləri korlanmışdır. Buna səbəb Amilin ailə üzvlərinin onu istəməməsi olmuşdur. Sonradna əri Şəxs ilə aralarında mübahislər yaranmışdır. Sonuncu dəfə 12 noyabr 2024-cü il tarixdə, təxminən axşam saatlarında yaşadıqları evdə əri Amil yataq otağında yatan zaman azyaşlı qızı Mələk Amilin üstünə çıxaraq onunla oynamaq istəmiş, lakin Amil yuxudan əsəbi halda oyanaraq, onun üstünə qışqıraraq nəlayiq ifadələrlə təhqir etmiş, üzərinə hücüm etmiş, onu yumruqla vurmuşdur. Bu zaman Mələk onundan tutmuş Amil onu vurarkən Mələk də xəsarət almışdır. O, qonşuları köməyə çağırsa da Amil qapını açarla bağlayaraq onu çölə buraxmamış, özünü müdafiə etmək məqsədi ilə hadisədən sonrakı vaxt onu videoya çəkməyə başlamışdır. Buna görə də o, DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, əlavə olaraq baş vermiş mübahisənin ümumilikdə 5-7 dəqiqə davam etdiyini və həmin vaxt evdə başqa heç kimin olmadığını da qeyd etmişdir. Hal-hazırda Şəxs şikayətçidir və sonuncunun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. O, valideyn himayəsindən məhrum olunmuş kimsəsiz uşaqlar evində böyümüşdür. Elə Amilin özü də orada böyümüşdür. Hesab edir ki, son zamanlar aralarında olan mübahisələrin səbəbi dövlət tərəfindən onlara ayrılması nəzərdə tutulan 8000 manat vəsaiti Amil öz bacısına ev almaq üçün vermək istəməsinə onun razılığının olmamasıdır. Müdafiəçi Vəkil məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibinin olmasının sübut olunmadığını bildirərək iş üzrə icrata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi” Ekspertiza və Pataloji Anatomiya Birliyi X6 15 noyabr 2024-cü il tarixli 2661 saylı ekspert rəyindən görünür ki, 1.vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – sol bazunun qançırı, küt əşyaların təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə yəni, xx.xx.2024-cü il tarixdə qeyd olunan nahiyəyə kənar şəxsin bədən hissəsinin təsirindən yarana bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün təyin edilmir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi” Ekspertiza və Pataloji Anatomiya Birliyi X6 15 noyabr 2024-cü il tarixli 2662 saylı ekspert rəyindən görünür ki, 1.vətəndaş X2 bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ göz orbitasının qançırı, küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və müayinə olunan anasının göstərdiyi şəraitdə yəni, xx.xx.2024-cü il tarixdə qeyd olunan nahiyəyə kənar şəxsin bədən hissəsinin təsirindən yarana bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün təyin edilmir; “Cinayət işinin başlanmasının rədd olunması barədə” 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Abşeron RPİ-nin İTŞ-yə göndərilmiş, tərəflər arasında gələcəkdə baş verə biləcək hüquqazidd hərəkətlərin qarşısını almaq və ətraflarında qabaqlayıcı profilaktiki söhbətlər apaqmaq məqsədi ilə qərarın surəti aidiyyatı üzrə Abşeron RPİ-nin İTŞ-yə göndərilmişdir; Məhkəmə proses iştirakçılarının izahatları dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında vermiş olduğu izahatı, 16 dekabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərər çəkmiş şəxsin şikayətçi olmasını, nəzərə alaraq hesab edir ki, Şəxs cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını və onun cəmiyyətdən təcrid etmədən islah etməyin mümkün olduğunu nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğluna 6 (altı) iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 36 (otuz altı) manat mnat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 6 (altı) iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 36 (otuz altı) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar