Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2599/2024 23.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Tələbkarın nümayəndəsi: X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxxxxx 1990-cı il tarixdə Zəngilan rayonu, Malatkeşin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, Zəngilan rayonu, Malatkeşin kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş 23 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubova protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon məhkəməsinin 29 mart 2015-ci il tarixli, 2(012)- 1846/2015 nömrəli məhkəmə əmrinə əsasən Şəxs 6222,8 ABŞ dolları məbləğində pulun tutularaq “X15 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Abşeron rayon İcra Şöbəsinə daxil olmuş müvafiq məhkəmə əmri ilə bağlı 04 aprel 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. Daha sonra Zəngilan rayon məhkəməsinin 26 oktyabr 2015-ci il tarixli, 2(034)- 691/2015 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs ilə "xxxx" ASC arasında bağlanmış 09 sentyabr 2013-cü il tarixli, 009CASA ********* saylı kredit müqaviləsi ləğv edilmiş, Şəxs və X1 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 7609 ( yeddi min altı yüz doqquz) ABŞ dolları 63 ( altmış üç) sent məbləğində əsas kredit borcu. 802 (səkkiz yüz iki) ABŞ dolları 75 ( yetmiş beş) sent faiz borcu cəmi 372 (üç yüz yetmiş iki) ABŞ dolları 52( əlli iki) sent məbləğində penya olmaqla, cəmi 8784 (səkkiz min yeddi yüz səksən dörd) ABŞ dolları 90 ( doxsan) sent (ödənildiyi gündə manatla ekvivalentində), həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı "Bank Respublika” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Zəngilan rayon İcra Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 27 noyabr 2015-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. Son olaraq Zəngilan rayon məhkəməsinin 21 aprel 2017-ci il tarixli, 2(034)-553/2017 nömrəli məhkəmə əmrinə əsasən Şəxs 2300 manat və 20 manat dövlət rüsumu, 1 (bir) manat bank xərcinin, cəmi 2321 (iki min üç yüz iyirmi bir) manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi əmr edilmişdir. Zəngilan rayon İcra Şöbəsinə daxil olmuş müvafiq məhkəmə əmri ilə bağlı 01 may 2017-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. 23 dekabr 2024-cü il tarixdə bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə qərara əsasən icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Borclu icra sənədlərindən məlumatlı olmuşdur, sadəcə onun icraatına yeni daxil olduğundan və müvafiq sənədlərlə hazırkı tarixlə tanış etmişdir. Borclunun barəsində məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi Raul İsgəndərov izahat verərək, bildirdi ki, Zəngilan rayon məhkəməsinin 26 oktyabr 2015-ci il tarixli, 2(034)- 691/2015 nömrəli qətnaməsinin qəbul edildiyi vaxtdan çox müddət keçmişdir. Şəxs borcun tam ödənilməsini, əks halda barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilir. Belə ki, o, hazırda borclu olduğu icra vərəqələri üzrə tələbkarlara ödəniş edə bilməsə də ona vaxt verilərsən borcundan müəyyən qədər ödəniş edə bilər. Ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi Vəkil məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə yüngül cəza verilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:
1. Abşeron rayon məhkəməsinin 29 mart 2015-ci il tarixli, 2(012)-1846/2015 nömrəli məhkəmə əmrinə əsasən Şəxs 6222,8 ABŞ dolları məbləğində pulun tutularaq “X15 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi əmr edilmişdir;
2. Abşeron rayon məhkəməsinin 29 mart 2015-ci il tarixli, 2(012)-1846/2015 nömrəli məhkəmə əmri Abşeron rayon İcra Şöbəsinə daxil olmuş və 04 aprel 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir;
3. Zəngilan rayon məhkəməsinin 26 oktyabr 2015-ci il tarixli, 2(034)-691/2015 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs ilə "xxxx" ASC arasında bağlanmış 09 sentyabr 2013-cü il tarixli, 009CASA ********* saylı kredit müqaviləsi ləğv edilmiş, Şəxs və X1 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 7609 (yeddi min altı yüz doqquz) ABŞ dolları 63 ( altmış üç) sent məbləğində əsas kredit borcu. 802 (səkkiz yüz iki) ABŞ dolları 75 ( yetmiş beş) sent faiz borcu cəmi 372 (üç yüz yetmiş iki) ABŞ dolları 52( əlli iki) sent məbləğində penya olmaqla, cəmi 8784 (səkkiz min yeddi yüz səksən dörd) ABŞ dolları 90 ( doxsan) sent (ödənildiyi gündə manatla ekvivalentində), həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı "Bank Respublika” ASC-nin xeyrinə tutulması qət edilmişdir;
4. Zəngilan rayon məhkəməsinin 26 oktyabr 2015-ci il tarixli, 2(034)-691/2015 nömrəli icra vərəqəsi Zəngilan rayon İcra Şöbəsinə daxil olmuş və 27 noyabr 2015-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir;
5. Zəngilan rayon məhkəməsinin 21 aprel 2017-ci il tarixli, 2(034)-553/2017 nömrəli məhkəmə əmrinə əsasən Şəxs 2300 manat və 20 manat dövlət rüsumu, 1 (bir) manat bank xərcinin, cəmi 2321 (iki min üç yüz iyirmi bir) manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi əmr edilmişdir;
6. Zəngilan rayon məhkəməsinin 21 aprel 2017-ci il tarixli, 2(034)-553/2017 nömrəli məhkəmə əmri Zəngilan rayon İcra Şöbəsinə daxil olmuş və 01 may 2017-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir;
7. Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə 23 dekabr 2024-cü il tarixli qərarına əsasən icra sənədləri ümumi icraatda birləşdirilmişdir;
8. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati icraat aparılan şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X9 adlı, xx.xx.2016-cı il təvəllüdlü X10 adlı və xx.xx.2024-cü il təvəllüdlü X11 adlı uşaqları vardır.
Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədlərində göstərilən tələbləri yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iclasında borclunun icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Belə olduqda məhkəmə inzibati xəta törədən şəxsin əməlindən səmimi peşmançılığını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, həmçinin himayəsində 1 azyaşlı və 2 yetkinlik yaşına çatmayan övladlarının olmasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmaması qənaətinə gələrək, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğluna 6 (altı) iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 36 (otuz altı) manat mnat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 6 (altı) iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 36 (otuz altı) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov