Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-260/2020 05.02.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X8, tələbkar X1 və inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakı ilə, xx.xx.1968-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində qeydiyyatda olan və ünvan 1 məhəllə 6 ünvanında yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə MN № ******* saylı protokol vermiş şəxs Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5339/18 saylı 29.06.18-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 25930 manat alınaraq X2 ödənilməlidir. Məhkəmə iclasında dindirilmiş tələbkar X3 bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5339/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 25930 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Bu vaxta qədər heç bir ödəniş etməmişdir. Ona görə də xahiş edir ki, Şəxs barəsində inzibati tənbeh tədbiri görülsün. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, qətnamə üzrə olan borcu ödəməkdən imtina edir, onun tələbkara borcu yoxdur. Buna görə də icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə görə inzibati xətanın olub- olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X9 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cumaddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il saat 17:00 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-260/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-260/2020
05.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver