Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2620/2025 14.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Şikayət vermiş şəxs: X1 iştirakları ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 07 avqust 2024-cü il tarixli, EQ 18871122 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 07 avqust 2024-cü il tarixli, EQ 18871122 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və cərimə cəzasının silinməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X2 tərəfindən təqdim olunmuş şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilən orqanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X2 tərəfindən hazırkı şikayətin baxılmadan geri qaytarılması barədə vəsatətini nəzərə alaraq hesab edir ki, hazırki vəsatət təmin edilməli və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52 və 132-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 07 avqust 2024-cü il tarixli, EQ 18871122 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayəti şəxsin müraciətinə əsasən geri qaytarılsın. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-2620/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2620/2025
14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver