Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2624/2024 26.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs xx xxx 1972-ci il tarixdə Ermənistan Respublikasının Paşalı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 26 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubova protokolu müdafiə edərək bildirmişdir ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(067)- 2181/2015 nömrəli icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 02 iyul 2015-ci il tarixdən başlayaraq Şəxs hər ay 100 manat məbləğində sabit pul alınaraq, Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 05 sentyabr 2016-cı il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1907/2022 nömrəli icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, Xaçmaz rayon Məhkəməsinin 2(067)-2181/2015 saylı, 04 dekabr 2015-ci il tarixli qətnaməsinə əsasən müəyyən edillmiş alimentin miqdarı artırılaraq xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şəxs hər ay 175 manat məbləğində sabit pul şəklində aliment alınaraq, X2verilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 18 oktyabr 2022-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixdə bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə qərardan görünür ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-1907/2022 saylı, xx.xx.2022-ci il tarixli və icra vərəqəsinə Xaçmaz rayon Məhkəməsinin 2(067)-2181/2015 saylı, xx.xx.2015-ci il tarixli və icra sənədləri ümumi icraatda birləşdirilmişdir. 03 sentyabr 2024-cü il tarixdə Şəxs barəsində axtarış elan edilmişdir. Borclu icra sənədi üzrə öhdəliyi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyinin icrasından qərəzli şəkildə yayınmış, barəsində həyata keçirilmiş məcburi icra tədbirləri nəticə verməmişdir. Hazırda ödənilməmiş 12725 manat aliment borcu mövcuddur. Qeyd edilənlər nəzərə alınaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və qeyd olunanları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilir. Belə ki, onun hazırki vaxtadək ödəniş etməməsinin səbəbi maddi imkansızlığı ilə əlaqədar olmuşdur. Hazırda isə ödənişlər etməməsi qərəzli xarakter daşımır, sadəcə olaraq işləmədiyindən borcunu bir dəfəyə ödəməyə imkanı yoxdur. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:
1. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(067)-2181/2015 nömrəli icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 02 iyul 2015-ci il tarixdən başlayaraq Şəxs hər ay 100 manat məbləğində sabit pul alınaraq, Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir;
2. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(067)-2181/2015 nömrəli icra vərəqəsi Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və və müvafiq icra vərəqəsi ilə bağlı 05 sentyabr 2016-cı il tarixdə icraata başlama haqqında qərar qəbul edilmişdir;
3. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1907/2022 nömrəli icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, Xaçmaz rayon Məhkəməsinin 2(067)-2181/2015 saylı, 04 dekabr 2015-ci il tarixli qətnaməsinə əsasən müəyyən edillmiş alimentin miqdarı artırılaraq xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şəxs hər ay 175 manat məbləğində sabit pul şəklində aliment alınaraq, X2 verilməsi qət edilmişdir;
4. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1907/2022 nömrəli icra vərəqəsi Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və müvafiq icra vərəqəsi ilə bağlı 18 oktyabr 2022-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmişdir;
5. Borclunun barəsində “axtarış elan edilməsi” haqqında 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış haqqında qərar qəbul edilmişdir;
6. “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi” 31 iyul 2023-cü il tarixli qərardan görünür ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-1907/2022 saylı, xx.xx.2022-ci il tarixli və icra vərəqəsinə Xaçmaz rayon Məhkəməsinin 2(067)- 2181/2015 saylı, xx.xx.2015-ci il tarixli və icra sənədləri ümumi icraatda birləşdirilmişdir;
7. “Axtarış elan edilməsi” haqqında 03 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, borclu barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, xeyli miqdarda aliment borcunun olmasını, halhazlıradək ümumiyyətlə aliment ödəməməsini, tələbin icrasından qərəzli yayınma kimi qiymətləndirərək, Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 26 dekabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov