Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2624/2025 13.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə 27 avqust 1985-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 13 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 2(012)- 1197/2025 saylı icra vərəqəsinə əsasən iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh Şəxs 17 iyun 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 dekabr 2023-cü il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 235 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 27 fevral 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Tələbkar Zərərçəkmiş şəxs icra şöbəsinə ərizə ilə müraciət edərək, borclu tərəfindən icra sənədi üzrə ödəniş edilməzsə inzibati məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir. Daha sonra icra sənədi üzrə o, yenidən borcu ödəməkdən yayındığı üçün barəsində 03 mart 2025-ci il tarixdə, 13 may 2025-ci il tarixdə və 01 iyul 2025-ci il tarxdə axtarış haqqında qərar qəbul edilmişdir. İcra sənədi icra edilmədiyi üçün Abşeron rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 8(012)-368/2025 saylı qərardada əsasən borclunun ölkədən getmək hüququ icra sənədi üzrə borc məbləği tam ödənilə kimi müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Qeyd olunan icra vərəqəsi üzrə Şəxs tərəfindən hazırki icra vərəqəsi üzrə bugünədək 3500 manat ödəniş edilsə də hazırda sonuncunun ödənilməmiş 4435 manat ödənilməmiş aliment borcu mövcuddur. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilir, lakin öhdəliyidə olan icra sənədindəki borcu ödəməkdən imtina edir. Belə ki, o, uzun müddət işləmədiyi və xəstə olduğu üçün öhdəliyindəki icra sənədinin icrasından yayınmışdır. Bundan başqa o artıq 2ci dəfə ailə qurduğu üçün öhdəlikləri daha da artmışdır. O, tələbkarla barışmaq üçün səy göstərməsinə baxmayaraq sonuncu buna razılıq verməmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs borclu tərəfindən aliment borcunun tam ödənilməsini əks halda barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Abşeron rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 2(012)-1197/2025 saylı icra vərəqəsinə əsasən iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh Şəxs 17 iyun 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 dekabr 2023-cü il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 235 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir;
2. Abşeron rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 2(012)-1197/2025 saylı icra vərəqəs ilə bağlı 27 fevral 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;
3. Abşeron rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 2(012)-1197/2025 saylı icra vərəqəsi üzrə 03 mart 2025-ci il tarixdə, 13 may 2025-ci il tarixdə və 01 iyul 2025-ci il tarxdə axtarış haqqında qərar qəbul edilmişdir.
4. Abşeron rayon Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, 2(012)-1197/2025 saylı icra vərəqəsinə əsasən Abşeron rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 8(012)-368/2025 saylı qərardadı ilə borclu Şəxs ölkədən getmək hüququ icra sənədi üzrə borc məbləği tam ödənilə kimi müvəqqəti olaraq məhdudlaşdırılmışdır;
Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmədə inzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Beləliklə məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik nümayiş etdirməsini, xeyli miqdarda borcunun olmasını, bundan əvvəl barəsində qəbul edilmiş inzibati tənbeh tədbirindən nəticə çıxarmayıb, yenidən eyni hərəkətlərə davam etməsini tələbin icrasından qərəzli yayınma kimi qiymətləndirərək, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiq edilməsinin lüzumsuz olduğunu hesab edərək, ona həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 13 oktyabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov