Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2625/2025 13.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X2 Zərərçəkmiş şəxs: X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxxx 1992-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsndən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı Rəşad Salahov izahat verərək bildirdi ki, Şəxs 18 sentyabr 2025-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolu, Məzunlar evi yaxınlığında həmin kompleksin sakini X3 ünvanına təhqiredici ifadələr işlətməklə sonuncuncuya qarşı xırda xuliqanlıq hərəkətləri etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək, qeyd etmişdir ki, o, Sevda Abbasova ilə qonşuluqda yaşayır, münasibətləri normal olmasa da, o heç kəsi söyüb təhqir etməmişdir. Bir neçə dəfə yaşadığı mənzilin pəncərəsindən həyətə məişət tullantıları atdığı üçün ondan komendamtlığa şikayət etmiş, özünə də irad tutmuşdur. Elə belə səbəblərə görə Sevda Abbasova ondan narazı qalmış və şikayət etmişdir. Nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Sevda Abbasova ifadə verərək, bildirdi ki, Şəxs ilə məzunlar evində qonşu kimi yaşayır, sonuncu ətrafına bir neçə şəxs toplayaraq daimi olaraq onu əsassız yerə narahat edir, ünvanına təhqiredici ifadələr işlədir. Məqsəd onun məzunlar evindən çıxmasına nail olmaqdır. Belə ki, o məzunlar evinə ailə quraraq köçmüş, mənzil onun keçmiş həyat yoldaşının adına rəsmiləşdirilmişdir. Lakin bir müddət sonra onlar ayrılmış, həyat yoldaşı oradan köçmüşdür. Belə olan halda Şəxs onun da ordan köçməsinə nail olmaq üçün dəfələrlə onu təhqir etmişdir.Bu barədə video və səs yazılarının olmasını bildirərək nəzərə alınmasını və inzibati xəta haqqında protokol üzrə ağır tənbet tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. “İnzibati xəta haqqında” 13 oktyabr 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 18 sentyabr 2025-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolu, Məzunlar evi yaxınlığında həmin kompleksin sakini X3 ünvanına təhqiredici ifadələr işlətməklə sonuncuncuya qarşı xırda xuliqanlıq hərəkətləri etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, yəni xırda xuliqanlıq əməlini törətmişdir.
2. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati icraat aparılan şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Şəxs himayəsində 19 iyul 2017-ci il təvəllüdlü X6 və 09 iyul 2019-cü il təvəllüdlü X5 adlı uşaqları vardır.
3. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs “Vətən müharbəsi iştirakçısı” “Fizulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallar ilə təltif edilmişdir
Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən X4 əməlindən peşman olması və himayəsində 03 uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, təqsir dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların aşkar edilməməsini, həmçinin zərərçəkmiş şəxslə barışmaq üçün dəfələrlə cəhd etməsini, eləcə də tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 50 (əlli) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən: Abusət Qasımov