Məhkəmə qərarları › İş №3(012)-263/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-263/2022

10.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-263/2022 10.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin DYPŞ-nin təbliğat üzrə inspektoru, polis leytenantı X6, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Çilingir oğlunun və Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx xxxxxxxx 1998-ci il tarixdə Şəki rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Kiş kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsinin DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə daxil olmuş İXP ******* saylı, 09 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, sürücü Şəxs 08 fevral 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi X1 mülkiyyətində olan, fakti olaraq Zərərçəkmiş şəxs2 etibanamə əsasında idarə etdiyi “Kia Sportage minik” markalı, **-HJ- *** dövlət qeydiyyat nişanlı avtomaşınla əks nəqliyyatın hərəkət zolağına çıxmadan manevr qaydasını pozaraq yolun kənarında dayanmış X3 məxsus, faktiki olaraq Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə zərər çəkmiş şəxslərə maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin DYPŞ-nin təbliğat üzrə inspektoru, polis leytenantı X9 İXP ******* saylı, 09 fevral 2022-ci il tarixli protokolda göstərilənlərə əsaslanaraq məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xəta üzrə özünü təqsirli bilərək izahatında göstərdi ki, Şəki rayonu, Kiş kəndində qeydiyyatda olsa da faktiki olaraq Abşeron rayonu, Masazır qəsəbəsində yaşayır. Nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. Abşeron rayonu, Mehdi Hüseynzadə küçəsində yerləşən avtoyuma məntəqəsində işləyir. 08 fevral 2022-ci il tarixdə “Kia Sportage” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi maşını yumaq məqsədi ilə avtoyuma məntəqəsinində saxlamış, ondan həmin nəqliyyat vasitəsini yumasını xahiş etmiş və əlaqə nömrəsini ona verərək maşın hazır olduqda onunla əlaqə saxlamasını bildirmişdir. Daha sonra, o, həmin nəqliyyat vasitəsini idarə etməyə başlamış və Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində idarəetməni itirərək yolun kənarında dayanmış “Mercedes Benz” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Sonda o, törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, 08 fevral 2022-ci il tarixdə saat 20:30 radələrində Abşeron rayonu, Mehdi Hüseynzadə küçəsində yaşadığı evin yaxınlığında yerləşən avtoyuma məntəqəsinə etibarnamə əsasında idarə etdiyi “Kia Sportage” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yuyulması üçün vermişdir. Orada işləyən işçiyə əlaqə nömrəsini verərək maşın yuyulub hazır olduqda onunla əlaqə saxlamasını xahiş etdmişdir. Daha sonra həmin avtoyuma məntəqəsinə qayıtmış və maşınının orada olmadığını müəyyən etmişdir. Orada işçini çağırmış və sonuncu yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Onlar hadisə baş verən yerə yaxınlaşmış və burada məlum olmuşdur ki, avtoyuma məntəqəsinin işçisi, sonradan adının Şəxs olduğunu öyrəndiyi şəxs onun nəqliyyat vasitəsini idarə edərkən onun avtomobili ilə səkidə dayanmış “Mercedes Benz” markalı, **- SJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Sonda o, ona dəymiş ziyanın ödənilmədiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, 08 fevral 2022-ci il tarixdə saat 20:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində saxlamışdır. Bu zaman “Kia Sportage” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun avtomobili ilə toqquşduğunu görmüşdür. Sonda o, ona dəymiş ziyanın ödənilmədiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi, Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan AE 006779 saylı, BC kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 sürücülük hüququna malikdir və həmin sürücülük vəsiqəsi 11 oktyabr 2023-cü il tarixədək etibarlıdır. İş materiallarında olan AD 918471 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz minik” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X4r. İş materiallarında olan 13 yanvar 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, “Mercedes Benz minik” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X7 11 oktyabr 2023-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün Zərərçəkmiş şəxs1 etibar etmişdir. İş materiallarında olan AF 704268 saylı, BC kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 sürücülük hüququna malikdir və həmin sürücülük vəsiqəsi 09 oktyabr 2029-cü il tarixədək etibarlıdır. İş materiallarında olan AD 204503 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Sportage minik” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2r. İş materiallarında olan 12 oktyabr 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, “Kia Sportage minik” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X5 09 oktyabr 2029-cu il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün Zərərçəkmiş şəxs2 etibar etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 327.1-ci və 332.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 04 (dörd) saat olmaqla, cəmi 24 (iyirmi dörd) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 (on) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 10 fevral 2022-ci il tarixdən, saat 12:35-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxslərə izah olunsun ki, vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə Şəxs qarşı məhkəmədə mülki qaydada iddia qaldıra bilər. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar