Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-264/2021 07.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızının, iclas katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onu müdafiəçisi Abşeron Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx.xx.1985-ci ildə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, SNZ-2014 MMC-in və MNC 2016 MMC-in rəhbəri vəzifəsində işləyən, Xaçmaz rayonu, X.Rza Ulutürk küçəsi, 29 saylı evdə qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş 04.02.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Abşeron Rayon Məhkəməsinin 10.12.2019-cu il tarixli, 3(012)-1842/2019 saylı icra sənədi üzrə “SNZ-2014”-ün təmsilçisi Şəxs 15 212 ABŞ dolları məbləğində, Abşeron Rayon Məhkəməsinin 06.05.2019-cu il tarixli, 3(012)-656/2019 saylı icra sənədi üzrə “xxxx” MMC-nin təmsilçisi Şəxs 47 492, 40 ABŞ dolları məbləğində inzibati cərimələri (qanunla müəyyən edilmiş əsaslar olmadan) ödəmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə verilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 10.12.2019-cu il tarixli, 3(012)- 1842/2019 saylı icra sənədi üzrə “SNZ-2014”-ün təmsilçisi Şəxs 15 212 ABŞ dolları məbləğində, Abşeron Rayon Məhkəməsinin 06.05.2019-cu il tarixli, 3(012)-656/2019 saylı icra sənədi üzrə “xxxx” MMC-nin təmsilçisi Şəxs 47 492, 40 ABŞ dolları məbləğində inzibati cərimələri (qanunla müəyyən edilmiş əsaslar olmadan) ödəmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. İcra sənədləri Abşeron rayonu üzrə İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, icra sənədinin icrası ilə əlaqədar MMC-in rəhbərinə 10 gün könüllü icra müddəti verilmiş, göstərilən müddət ərzində borcun ödənilməsi təmin edilməmişdir. İcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı daşınar, daşınmaz əmlak, pul və qızıl-zinyət əşyaları aşkar edilməmişdir. 04.02.2021-ci il tarixdə borclu MMC-in rəhbəri Şəxs icra və probasiya şöbəsində izahatı alınmış, icra sənədi üzrə cərimə pulunun ödənilməsi ondan tələb edilmişdir. Borclu verdiyi izahatında hal-hazırda işsiz olduğunu, gəliri olmadığını bildirərək borc məbləğindən heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Borclu bugünədək qeyd edilən borc məbləğindən heç bir ödəniş etməmiş və nəticədə icra sənədi uzun müddət icra edilmədən qalmışdır. Bununla da bir ildən çox müddət ərzində icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, rəhbərlik etdiyi MNC2016 MMC Abşeron Rayon Məhkəməsinin 06.05.2019-cu il tarixli, 3(012)-656/2019 saylı qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək 47492.4 ABŞ dolları məbləğində, Abşeron Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli, 3(012)-1842/2019 saylı qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək 15 212 ABŞ dolları məbləğində inzibati qaydada cərimə edilmişdir. İcra sənədindən xəbəri olmamış, bir neçə dəfə icra məmurunun yanında olmuşdur. Lakin həmin cərimə məbləğini maddi imkanı olmadığından ödəyə bilməmişdir. Hazırda karantin rejimi ilə əlaqədar işləyə bilmir. Əgər məhkəmə tərəfindən vaxt verilərsə işləyib cəriməni hissə-hissə ödəyəcəkdir. İş üzrə məhkəmə iclası 07 iyul 2021-ci il tarixə, saat 11:00-a təyin edilmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 məhkəmə iclasına dəvət edilmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, icra məmuru məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan MN ******* saylı, 04 fevral 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan Şəxs Abşeron Rayon Məhkəməsinin 10.12.2019-cu il tarixli, 3(012)-1842/2019 saylı icra sənədi üzrə 15 212 ABŞ dolları məbləğində, Abşeron Rayon Məhkəməsinin 06.05.2019-cu il tarixli, 3(012)-656/2019 saylı icra sənədi üzrə 47 492, 40 ABŞ dolları məbləğində inzibati cərimələri 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Azərbaycan Respublikası İXM-in 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirə salmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq inzibati xəta törətmiş şəxs tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.2-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.8-ci maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı məcburi icraya yönəldilir. Həmin Məcəllənin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi Şəxs Abşeron Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli, 3(012)- 1842/2019 saylı qərarına əsasən 15 212 ABŞ dolları məbləğində, Abşeron Rayon Məhkəməsinin 06.05.2019-cu il tarixli, 3(012)-656/2019 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək 47492.4 ABŞ dolları məbləğində inzibati qaydada cərimə edilmişdir. Abşeron Rayon Məhkəməsinin 06.05.2019-cu il tarixli, 3(012)-656/2019 saylı və Abşeron Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli, 3(012)-1842/2019 saylı inzibati xəta haqqında iş üzrə qərarlarından şikayət verilmədiyindən həmin qərarlar on gün sonra qüvvəyə minmiş və icra edilməsi üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin hər iki inzibati xəta haqqında iş üzrə qərarları əsasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarlar qəbul edilmişdir. Lakin o cərimələri ödəmədiyi üçün 04.02.2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və toplanmış sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Hesab edirəm ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 23 gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. O, məhkəmə zalından həbs edilsin və həbs etmənin əvvəli 07 iyul 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-264/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-264/2021
07.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver