Məhkəmə qərarları › İş №3(012)-2651/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2651/2025

31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2651/2025 31.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, X1 nümayəndəsi və vəkili Bakı şəhəri 5 Saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ekoloji X14 Xidmətinin TP ******* saylı, 13 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ekoloji X14 Xidmətinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. X2 nümayəndəsi və vəkili şikayət verərək qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışıdr ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Ekoloji X12 Patrul Xidməti İnspektoru Polis Baş X3 mənim barəmdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327 1-ci maddəsinə əsasən müvafiq qərar qəbul etmişdir. Yəni xx.xx.2025-ci il tarixdə saat təxminən 23:20 radələrində Bakı Qazax dairəvi yolu 5 km Bakı istiqamətində Bakı Naxçıvan xəttini həyata keçirtdiyim **-JH-*** dövlət qeydiyyat nişanlı Neoplan Cityliner markalı avtobusu ilə Binəqədi rayonu ərazisində əsas maqistral yolunun orta zolağı ilə təxminən 80-90 km/saat sürətlə hərəkətdə olduğum zaman qarşımda gedən “Hyndai Elantra” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən qarşısında gedən yük avtomobili ilə toqquşaraq hadisə törətmişdir. Həmin vaxt yolun sol zolağı avtomobillərin intensiv hərəkəti ilə dolu olduğundan və həmin avtomobillər ötmə əməliyyatında olduqları üçün, eyni zamanda “Hyundai Elantra” markalı avtomobili qarşıdakı yük avtomobilinə çırpılaraq idarə olunmaz vəziyyətdə dayanaraq qarşımda qəza şəraiti yaratdı, qaçılmaz vəziyyətdə qarşımdakı həmin avtomobilin arxa sol tərəfi ilə toqquşmuşdır. Hadisədə yol patrul əməkdaşlarının onun təqsirinin olmadığını bildirdiklərindən hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Bu yaxın vaxtlarda işlədiyi "xxxx" MMC tərəfindən ona bildirilmişdir ki, hadisə zamanı barəmdə inzibati xəta törədilməsi ilə bağlı protokol tərtib edilmişdir. Hadisə günü isə yol patrul xidməti əməkdaşlarının qarşıdakı “Hyndai Elantra” markalı 77-SJ- 531 dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsünün günahkar olduğunu və onun barəsində tədbir görülməsinə əmin olaraq çıxıb getmiş və heç bir yerə bu günədək çağırılmamışdır. Araşdırma nəticəsində çox güman ki, yanlış və birtərəfli qaydada yol nəqliyyat hadisəsinin sxemi tərtib edilmiş və əsassız olaraq barəsində xx.xx.2025-ci il tarixli İXP7119971 nömrəli X11 Protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Ekoloji Nəzarət Bölüyü tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarı və xx.xx.2025-ci il tarixdə tərtib edilmiş İXP7119971 nömrəli protokolu qanunsuz hesab edir. Respublikasının Daxili İşlər Nazirliyi Ekoloji Nəzarət Bölüyü tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarında həmin tarixdə barəmdə tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP7119971 N°-li protokola. istinad olunmasına baxmayaraq hazıradək İnzibati protokolu əldə edə bilməmişdir. Yol nəqliyyat hadisəsini araşdıran yol polisi əməkdaşları arxadan qarşısında gedən qarşıdakı “Hyndai Elantra” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin avtomobilin sürücüsünün xeyrinə işi həll etmək üçün mənim araşdırma zamanı izahatını da ona psixoloji təsir etməklə yanlış olaraq istiqamətləndirməklə izahatını alaraq onun tərəfindən hadisənin baş verməsində günahkar çıxardaraq qanunsuz nəticəyə gəlməyə şərait yaratmışdırlar. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Ekoloji Nəzarət Bölüyünün polis baş serjantı Elnur Abasov inzibati araşdırma zamanı yol-nəqliyyat: hadisəsi üzrə avtotexniki ekspertiza təyin edərək hadisənin törədilməsində təqsiri olan sürücünün müəyyən edilməsini aşkara çıxartmaqda maraqlı olmamış yalnız sürücülərin izahatı və özünün tərtib etdiyi yol nəqliyyat hadisəsi sxemi ilə inzibati araşdırmaya yekun vuraraq qərar qəbul etmişdir. Qarşıda gedən “Hyndai Elantra” markalı **- SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin surəti düzgün müəyyənləşməmiş, yalnız işdə maraqlı sürücünün izahatı əsasında müəyyənləşdirilmişdir. Qarşıda gedən “Hyndai Elantra” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin və onun qəza törətmiş olduğu yük avtomobilinin ara məsafəsi saxlamadan hərəkət etməsi inzibati araşdırma zamanı müəyyənləşdirilmədən birtərəfli qaydada mənim təqsirli sürücü kimi təqsirli çıxarılmağım vəzifəli şəxsə maraqlı olmuşdur. Hər iki sürücünün sərxoşluq müayinəsi aparılmamış, Hadisənin yol nəqliyyat hadisəsi sxemi maraqlı olmuş əməkdaş tərəfindən tərtib edilmiş. X7 üzrə ekspertiza keçirilməklə ekspertiza tədqiqatına təqdim edilməmiş, Hadisə şahidləri müəyyənləşməmiş, onların izahatı alınmamış və bu barədə inzibati X8 xüsusi qeydlər yazılmamışdır. Yolun infrakstururu, hadisənin baş verməsinə səbəb kimi qarşıda gedən “Hyndai Elantra” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsünün hərəkətsizliyi, həmin avtomilin tormoz (protektorunun) izləri yoxlanmamışdır. X11 protokol tərtib edilərkən bir sıra ciddi prosessual qanun pozuntularına yol verilmişdir. Belə ki, protokol tərtib edilərkən hüquq və vəzifələrim mənə izah olunmamışdır, şahidlər cəlb edilməmiş, onların izahatdan alınmamış və bu barədə protokola qeydlər edilməmişdir. Belə olan halda İnzibati Xətalar Məcəlləsinin 100.2,100.1.6-cü maddəsində göstərilən normalar da pozulmuşdur. Odur ki, şikayətin təmin olunmasını və X11 işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsində yazılanlara uyğun izahat verərək şikayətinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ekoloji X14 Xidmətinə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı və şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki X5 TP ******* saylı qərar ilə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində X11 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X11 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 61-ci maddəsinə əsasən barəsində X11 iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüqüqları vardır: İşin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətindən istifadə etmək; barəsində X11 iş üzrə icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş digər hüquqlardan da istifadə edə bilər. İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində X11 iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən X11 iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X11 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X11 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan X11 protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X4 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X4 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması, araşdırma zamanı X4 hüquqlarının təmin edilməməsi, eləcə də iş üzrə toplanmış zəruri sübutların, inzibati icraat materialının təqdim edilməməsi sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən, X11 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X11 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması X11 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və X11 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü və s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmiş, bu isə öz növbəsində X4 şikayətinin qismən təmin edilməsinə, hazırki material üzrə tam, sonuncunun iştirakı ilə yenidən hərtərəfli, tam və obyektiv araşdırmanın təmin edilməsinə zərurət yaratmışdır Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: X5 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ekoloji X14 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Şikayət digər hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar