Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-266/2023 08.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İnzibati protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, X7 barəsində Abşeron RPİ-nin Saray PB-dən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X7 polisin tələbini yerinə yetirmədiyinə və polisin qanuni tələblərinə tabe olmadığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi X6 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi X6 izahatında göstərdi ki, X15 xx.xx.2023-cü il tarixdə saat 22:20 radələrində xidmətdə olan BDYPİ-nin YPXA-nın 1-ci taqımın YPX inspektoru polis baş serjantı Elçin Mütəllimov tərəfindən Bakı-Quba-Dağıstan sərhədi yolunun 27-ci km-də idarə etdiyi “Mercedes C” markalı, 99YP753 d.q.n avtomobil ilə hərəkətdə olan zaman manevr qaydalarını pozmuşdur. Sürücüyə “saxla” əmri verilmiş, o, avtomobili saxlamış və polis əməkdaşı özünü təqdim etmişdir. Ünsiyyət zamanı M.Məmmədovun tənəffüs yollarından kəskin spirtli içki qoxusu gəldiyi üçün onu avtomaşından kənarlaşdırıb həkim müayinəsinə aparılması təklif edilmişdir. Lakin o və avtomobildə olan sərxoş vəziyyətdə əyləşən 2 nəfər sərnişinlər polisin qanuni tələblərinə tabe olmamış və polisin ünvanına nəlayiq ifadələr işlətmişlər. Polis əməkdaşı onları nizam-intizama dəvət etsələr də, onlar polisin qanuni tələblərinə riayət etməmişlər. Daha sonra onlar saxlanılaraq Abşeron RPİ-nin Saray PB-nə gətirilmişdir. Bölmədə həmin şəxslərdən birinin X11 olduğu müəyyən olunmuşdur. Bununla da X11 Azərbaycan Respublikası İXM-nin 535.1-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X11 izahatında bildirdi ki, o, X10 xx.xx.2023-cü il tarixdə saat 22:20 Saray qəsəbəsində idarə etdiyi Mercedes C markalı, 99YP753 d.q.n avtomobil ilə hərəkətdə olan zaman Saray qəsəbəsində BDYPİ-nin YPX inspektoru tərəfindən saxlanılmış, həmin vaxt M.Məmmədov spirli içki qəbul etdiyi üçün polis əməkdaşı sənədləri təqdim etməyi xahiş etmiş, bu zaman o, sürücü və avtomobildə olan digər şəxs polis əməkdaşları ilə söz vasitəsilə mübahisə etmişlər. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, o polisin qanuni tələblərinə tabe olmamış və öz hərəkətlərinə davam etmişdir. Sonda o, qeyd olunan inzibati xəta üzrə özünü təqsirli bilərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin etdiyi əməlinin səmimi etiraf etməsini əsas gətirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, X15 xx.xx.2023-cü il tarixdə saat 22:20 radələrində onun tərəfindən Bakı-Quba-Dağıstan sərhədi yolunun 27-ci km-də idarə etdiyi “Mercedes C” markalı, 99YP753 d.q.n avtomobil ilə hərəkətdə olan zaman manevr qaydalarını pozmuşdur. Sürücüyə “saxla” əmri verilmiş, M.Məmmədov avtomobili saxlamış və o, özünü təqdim etmişdir. Ünsiyyət zamanı M.Məmmədovun tənəffüs yollarından kəskin spirtli içki qoxusu gəldiyi üçün onu avtomaşından kənarlaşdırıb həkim müayinəsinə aparılması təklif edilmişdir. Lakin o və avtomobildə olan sərxoş vəziyyətdə əyləşən 2 nəfər sərnişin polisin qanuni tələblərinə tabe olmamış və polisin ünvanına nəlayiq ifadələr işlətmişlər. Həmin şəxslərdən biri X11 olmuşdur. Hadisə barəsində həmin ərazidə xidmətdə olan PPX-nin əməkdaşlarına məlumat verilmiş, onlarla birlikdə həmin şəxsləri Saray PB-nə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əkbər X1 verdiyi izahatında göstərdikləri xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, X11 polis əməkdaşının onu nizam-intizama dəvət etməsinə məhəl qoymamış, əksinə, öz hərəkətlərini davam edərək, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, X7 əməlində həmçinin, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi ifadəsi və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərə 200 manat miqdarda cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X2 etirafı onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə X7 məsuliyyətini ağırlaşdıran hal yoxdur. X11 xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulmuş və ona inzibati cərimə növündə inzibati tənbeh tətbiq edildiyindən o, dərhal məhkəmə zalından azad edilməlidir. Hesab edirəm ki, X9 cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 200 (iki yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. O, dərhal məhkəmə zalından azad edilsin. Qərarın icrası Sumqayıt şəhər İcra İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-266/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-266/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver