Məhkəmə qərarları › İş №3(012)-269/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-269/2022

11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-269/2022 11.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkilf Nəsib oğlunun iştirakları ilə, xx xxxxx 1979-cu il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron rayonu, Novxanı kəndi ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X3 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, Abşeron Rayon Polis İdarəsinə Şəxs mütəmadi olaraq narkotik vasitə istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal tərəfindən raportla rəhbərliyə müraciət olunmuşdur. 09 fevral 2022-ci il tarixdə onlar Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində Şəxs yaxınlaşaraq özlərinə təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və sonuncunu Abşeron Rayon Polis İdarəsinin Saray PB-nə dəvət etmişlər. Burada video çəkilişlə Şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin sonuncunun üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxs dindirilərkən izahatında bir müddət öncə narkotik vasitə qəbul etdiyini göstərmişdir. Daha sonra Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublikası Narkoloji Mərkəzində tibbi yoxlamadan keçirilmiş, 11 fevral 2022-ci il tarixli, 651 nömrəli rəy əsasında Şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 09 fevral 2022-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsində 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onun narkotik maddə istifadə etdiyindən şübhələndiklərini demişdir. Həmin zaman o, polis əməkdaşlarına hal-hazırda narkotik vasitə istifadə etmədiyini, lakin bir müddət öncə həmin maddələrdən istifadə etdiyini demişdir. Bundan sonra həmin polis əməkdaşları onu Abşeron Rayon Polis İdarəsinin Saray PB-nə dəvət etmişdir. O, həmin polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə getmişdir. Burada onun üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, lakin üzərindən qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Sonda o, bir müddət öncə Abşeron rayonu, Novxanı qəsəbəsində piyada hərəkət edərkən yolda tapdığı narkotik vasitəni qəbul etdiyini, törətdiyi əməldən peşman olduğunu və bir daha belə halların baş verməsinə yol verməyəcəyini bildirirək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkilf Nəsib oğlu hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 11 fevral 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan AZA 013930 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 11 fevral 2022-ci il tarixdə saat 14:36-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan, Abşeron Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş 11 fevral 2022-ci il tarixli qərardan görünür ki, X3 tərəfindən tərtib edilmiş raport əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublikası Narkoloji Mərkəzi tərəfindən verilmiş Ambulator X1 11 fevral 2022-ci il tarixli, 651 nömrəli rəyindən görünür ki, Şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır Şəxs törətdiyi əməldən peşman olması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən sonuncunun məsuliyyətini yüngülləşdirən hal hesab edilir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və sonuncuya narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Bununla yanaşı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 04 (dörd) saat olmaqla, cəmi 24 (iyirmi dörd) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkilf Nəsib oğluna Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 11 fevral 2022-ci il tarixdən, saat 14:36-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 04 (dörd) saat olmaqla, cəmi 24 (iyirmi dörd) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkilf Nəsib oğluna Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar