Məhkəmə qərarları › İş №3(012)-269/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-269/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-269/2025 31.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusıət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi ilə xx xxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 114, mənzil 17 ünvaında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş 06 yanvar 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 08 oktyabr 2024-cü il tarixdə, saat 18:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 25,5-ci kilometrində idarə etdiyi Kıa Sorento minik markalı 77UB172 dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun orta zolağı ilə Bakı şəhəri istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən, hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib qarşıda yolun sol tərəfindən hərəkət hissəyə daxil olub iti yerişlə 6,7 metr məsafə qət etmiş piyadalar 1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 və 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 avtomobillə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ təpə-gicgah nahiyəsinin əzilmiş yarası və dərialtı hematoması xəsarətlərini yetirərək sağlamlığına yüngül zərər vurmasına və Zərərçəkmiş şəxs1 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağ ayağın İ, İİ, İİİ, İV barmaqlarının hissəvi amputasiyası ilə əzilmiş-cırılmış skalp yarası xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan X2 dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X1 30 noyabr 2024cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Bundan sonra Şəxs barəsində Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan X2 dair işlər üzrə istintaq və təhqiqat şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq proses iştirakçıları məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:  “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” sxemə əsasən hadisə Bakı- Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 25,5-ci kilometrində baş vermişdir. Şəxs idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Kıa Sorento minik markalı 77UB172 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı- Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 25,5-ci kilometrində 3 zolaqlı yolun orta zolağı ilə Bakı şəhəri istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən, hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib qarşıda yolun sol tərəfindən hərəkət hissəyə daxil olub iti yerişlə 6,7 metr məsafə qət etmiş piyadalara xəsarətlər yetirərək, onların sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur;  26 aprel 2022-ci il tarixli, BB seriyalı, 225282 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B1, B» kateqoriyaları üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir;  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 17 oktyabr 2024-cü il tarixli məktubuna əsasən xx xxx 1975-ci il təvəllüdlü Şəxs 26 aprel 2022-ci il tarixdə BB 22528n nömrəli, “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır;  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 Abşderon rayon şöbəsinin 06 noyabr 2024-cü il tarixli, 2535 saylı rəyinə əsasən 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin sirkələnməsi, sağ təpə-gicgah nahiyəsinin əzilmiş yarası və dərialtı hematoması bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yolnəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olan avtomaşınla vurulması nəticəsində əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pözujmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir.  Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan X2 dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş 30 noyabr 2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs I barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tənbeh görülməsi və icra olunması üçün Baş X6 İdarəsinin YPXA-na göndərilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokolla, həmçinin müvafiq ekspert rəyi və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üçyüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququаltı аydаnbir ilədək müddətə məhdudlaşdırılır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarınavə inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinəuyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar,onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən törədilən xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 105 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar