Məhkəmə qərarları › İş №3(012)-27/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-27/2022

12.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-27/2022 12.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı X1 Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 253-1.2.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı X1 Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş protokol 27.12.2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Protokola və ona əlavə olunmuş sənədlərdən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri (Abituryentin yaxınlığı) ünvanında yerləşən ərazidə Şəxs MMC tərəfindən aparılan tikinti işləri zamanı 8 (səkkiz)ədəd şam ağacının qanunsuz köçürülməsi faktı aşkar edilmişdir. Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Buna görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı X1 Təbii Sərvətlər İdarəsi tərəfindən 07.12.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı X1 Təbii Sərvətlər İdarəsinin və Şəxs MMC-nin ünvanına bildiriş göndərilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı X1 Təbii Sərvətlər İdarəsinin nümayəndələri məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 07.12.2021-ci il tarixli 73508 saylı aktdan görünür ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı X1 Təbii Sərvətlər İdarəsinin 02.12.2021-ci il tarixli, 79 nömrəli sərəncamına və İdarənin 15.11.2021-ci il tarixli73463 nömrəli aktında qeyd olunanlara əsasən Abşeron rayonu, Xırdalan şəhəri (Abituryentin yaxınlığı) ünvanında yerləşən Şəxs MMC tərəfindən anbar və ofis binalarının tikintisi aparıldığı əraziy təkrar baxış keçirildi. Keçirilən baxış zamanı ərazidə mövcud olan 2 topa tikinti altına düşən köküstə yaş halda diametrləri 12 sm-dən 1 ədəd, 16 sm-dən 3 ədəd, 20 smdən 3 ədəd, 24 sm-dən 3 ədəd, 36 sm-dən 1 ədəd olmaqla ümumilikdə mövcud olmuş 11 ədəd şam ağacının əvvəlki aktda qeyd olunan12 və 20 sm-lik şam ağacının köçürüldüyü və diametri 16 sm-dən 1 (bir) ədəd şam ağacının məhv edildiyi faktının müəyyən edilərək qeydiyyatı aparılmışdır.Təkrar baxış zamanı tikintinin ortasında qalmış 8 ədəd şam ağacına aqrotexniki xidmət göstərilmədən kortəbii halda köçürüldüyü müəyyən edildi. Köçürmə zamanı ağır texnikadan istifadə edilməsi nəticəsində həmin ağaclara zədələr yetirildiyi aşkar edildi. Ağaclar köçürüldükdən sonra MMC tərəfindən onlara heç bir aqrotexnika (suvarma) qulluq göstərilməmişdir.Ağacların pərakəndəşəkildə götürülməsi və onlara aqrotexniki qulluğun götürülməməsihəmin ağacların qurumasına gətirib çıxarılacağı ehtimal olunur. Araşdırma müddətində Şəxs MMC-nin nümayəndəsi Taleh adlı şəxs ilə əlaqə saxlanılmasına baxmayaraq o xəstə olmasınnı əsas gətirərək araşdırmada iştirak etməkdən ağacların köçürülməsi ilə bağlı hüquqi sənəd təqdim etməkdən imtina etdi. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublası “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 10 və 13-cü maddəsinin tələblərini pozmuşdur. Şəxs MMC–nin Azərbaycan Respublikası İXM-nin 253-1.2.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı X1 Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 07.12.2021-ci il tarixli inzibati xəta haqqında protokol, fotoşəkillər, akt və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 18-ci maddəsinin tələblərinə əsasən Şəxs MMC hüquqi şəxsdir. Buna görə də o hüquqi şəxs kimi inzibati tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar