Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-270/2025 19.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, X1 iştirakı ilə, X3 AR DİN Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında iş üzrə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx-2024-cü il tarixdə saat 12-00 radələrində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələbinin pozulması (işıqforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi)əsas gətirilərək 100 manat məbləğində cərimə edilmişdir. Protokol qanunsuz və əsassızdır. Ona görə də qərar ləğv edilməli və inzibati xəta hadisəsi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. 5.11.2024-cü il tarixdə, saat 12-00 radələrində ona məxsus **-BC-*** dövlət qeydiyyat nişanlı Rav-4 Hibrid markalı avtomobillə hərəkətdə olarkən Badamdar qəsəbəsi, Qurd Qapısı dairəsi adlanan ərazidən işıqforun yaşıl işığında keçib Bakı Apellyasiya Məhkəməsi istiqamətində hərərkət edərkən təqribən işiqfordan 500 metr məsafə qət etdikdən sonra X11 müfəttişliyinin inspektoru X6 məni saxlayaraq, əvvəlcə işıqforun qırmızı işığında keçəyini, ona yaşıl işıqda keçməyini təkid etdikdə isə, sarı işıqda keçməyini irad tutdu. O nə qədər izah etməyə çalışsa da sənədlərə baxıb getdi və 3-4 saat keçəndən sonra onun telefonuna 100 manat cərimə olunmağı barədə mesaj gəldi. Qərarı götürmək üçün Bakı şəhər DYPİ-nə müraciət etdim. Mənə XP1924784 nömrəli qərarın surəti verildi və bildirildi ki, İXM-nin 53-cü maddəsində nəzərdə tutulan hallar aşkar olunduğundan barəmdə tərtib olunmuş protokol üzrə qəbul edilmiş qərara xitam verilmişdir. xx.xx.2025-cü il tarixdə telefonuma mesaj göndərildi ki, xx.xx.2025-ci ilə qədər cərimə və faizlər ödənilmədiyi halda avomaşına həbs qoyulacaqdır. xx.xx.2025-cü il tarixdə Bakı şəhər DYPİ-nə müraciət edərkən bildirdilər ki, bir hadisə üzrə səhvən 2 protokol tərtib olunduğuna görə biri ləğv edilmiş, digəri isə qüvvədədir. Mübahisələndirilən qərarı həmin gün ona təqdim etdilər. Bildirildi ki, cəriməni ödəməlidir. Bu səbəbdən məhkəməyə müraciət edir. İnzibati orqanın əməkdaşı heç bir əsas göstərmədən idarə etdiyi ona məxsus **-BC-*** dövlət qeydiyyat nişanlı Rav-4 Hibrid markalı avtomobillə adı çəkilən ünvanda hərəkətdə olarkən inzibati xəta pozuntusu qeydə alınması barədə protokol tərtib etmişdir. Bakı şəhər X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP6866388 nömrəli qərarın inzibati xəta hadisəsi olmadığına görə ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclası müvafiq olaraq 19 fevral 2025-ci il tarixə, saat 14:00-a təyin edilmiş və inzibati qərarı qəbul etmiş şəxs AR DİN Baş X11 İdarəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən AR DİN Baş X11 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 şikayətini müdafiə edib onun məzmununa uyğun izahat verdi və məhkəmədən şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində təsbit edilmiş inzibati xətanın törətməsi halı heç bir sübutla müəyyən edilməmişdir, Qeyd edilənlərə əsasən, X3 inzibati xəta törətməsi barədə şübhələr hər bir halda şəxsin xeyrinə həll edilməli, şikayət qismən təmin edilməli, tərib olunmuş qərar ləğv edilməli və yenidən baxılması üçün AR DİN Baş X11 İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə aparılmışdır. Belə olduğu təqdirdə X3 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə inzibati xətanın tərkibinin olmasını araşdırmaq mümkün olmamış və məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.1-ci maddəsinə görə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətalar haqqında işlər üzrə qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 357, 362-365, 426, 435-438-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 barəsində AR DİN Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında iş üzrə qərarı ləğv edilsin və iş baxılması üçün yenidən AR DİN Baş X11 İdarəsinə göndərilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(012)-270/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-270/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver