Məhkəmə qərarları › İş №3(012)-271/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-271/2023

11.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-271/2023 11.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs, onun müdafiəçisi, vəkil X8 iştirakı ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Abşeron rayonu, Altıağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, H.B. Zərdabi küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Pİ-in Saray PB-si tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN serialı 1570389, MN serialı 1570390, MN serialı 1570304, MN seriyalı 1570303, MN seriyalı 1570305, MN seriyalı 1341199, MN seriyalı 1551903, MN seriyalı 1570306, MN seriyalı 1570274, MN seriyalı 1551904, MN seriyalı 1551791, xx.xx.2023-cü il tarixli MN seriyalı 1570114, MN seriyalı ******* və MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 9-cu binanın qarşısında dayanmış Zərərçəkmiş şəxs2 məxsus avtomobilin ümumi dəyəri 100 manat olan ön sol disk və təkərini gizli yolla oğurlamışdır. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 02 saylı yataqxananın qarşısında dayanmış Zərərçəkmiş şəxs4 məxsus avtomobildən ümumi dəyəri 250 manat olan akkumulyatoru gizli yolla oğurlamışdır. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Gənclər şəhərciyində yerləşən “1001” marketin sahibi Zərərçəkmiş şəxs5 spritli içki almaq adı ilə 88 manat pulunu dələduzluq yolu ilə talamışdır. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Gənclər şəhərciyində yerləşən “Araz” marketdən saxlanc yerinə qoyulmuş X5 məxsus 21 manat dəyərində olan geyim əşyalarını gizli yolla oğurlamışdır. Bundan başqa Şəxs xx.xx.2023cü il tarixdə İnstaqram sosial şəbəkəsində əlavə gəlir əldə etmək adı ilə Zərərçəkmiş şəxs7 15 manat pulunu dələduzluq yolu ilə talamışdır. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 y/k, 02 saylı binanın qarşısında dayanmış X2 məxsus avtomobildən 15 manat pulunu, şəxsiyyət və sürücülük vəsiqəsini və bank kartları olan pul qabısını gizli yolla oğurlamışdır. Bundan başqa Şəxs xx.xx.2023cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Z.Əliyeva küçəsində yerləşən “OBA” marketdən 02 kiloqram ümumi dəyəri 34 manat dəyərində olan Vestqold kərə yağını gizli yolla oğurlamışdır. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.B.Zərdabi küçəsində yerləşən X6 məxsus “Al” marketdən 02 ədəd 34 manat dəyərində spirtli içkiləri gizli yolla oğurlamışdır. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə TİK-TOK sosial şəbəkəsində mobil telefon satmaq adı ilə Zərərçəkmiş şəxs11 140 manat pulunu dələduzluq yolu ilə talamışdır. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, S.Vurğun küçəsində dayanmış Zərərçəkmiş şəxs12 məxsus avtomobildən ümumi dəyəri 100 manat olan akkumulyatoru gizli yolla oğurlamışdır. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “OBA” marketdən ümumi dəyəri 90 manat dəyərində olan kərə yağını gizli yolla oğurlamışdır. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə Tap.az sosial şəbəkəsində kirayə ev elanı adı ilə Zərərçəkmiş şəxs3 50 manat pulunu dələduzluq yolu ilə talamışdır. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs13 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, 23 saylı evdən ümumi dəyəri 100 manat olan kombi paylayıcısını və elektrik naqillərini gizli yolla oğurlamışdır. Bundan başqa Şəxs 1.12.222-ci il tarixdə Zərərçəkmiş şəxs14 Məhəmməd oğluna məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evdən ümumi dəyəri 48 manat olan 06 kisə sementi gizli yolla oğurlamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə protokollar tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi X7 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etmişdir ki, qeyd olunan oğurluqlarla bağlı daxil olmuş ərizlər əsasında Abşeron rayon Pİ-nin TŞ-də araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarlara əsasən törədilən əməldə inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan inzibati xəta haqqında protokollar tərtib edilməsi üçün Abşeron RPİ-in Saray PB-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış, qeyd olunan əməlin Şəxs tərəfindən törədilməsi müəyyən edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü protokollar üzrə təqsirli bilərək izahatında göstərmişdir ki, heç bir yerdə işləmir. Pul qazana bilmədiyi üçün oğurluqla məşqul olub gündəlik tələbatını ödəyir. Protokollarda qeyd olunan əməlləri törətmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X10 hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi əməldən peçmançılıq çəkməsini və məsuliyyətini dərk etməsini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və törədilən əməldə dəymiş ziyana münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-in Saray PB-nə göndərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs4 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və törədilən əməldə dəymiş ziyana münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-in Saray PB-nə göndərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs5 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və törədilən əməldə dəymiş ziyana münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-in Saray PB-nə göndərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, X3 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və törədilən əməldə dəymiş ziyana münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-in Saray PB-nə göndərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs7 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və törədilən əməldə dəymiş ziyana münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-in Saray PB-nə göndərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs8 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və törədilən əməldə dəymiş ziyana münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-in Saray PB-nə göndərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs9 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və törədilən əməldə dəymiş ziyana münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-in Saray PB-nə göndərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, X4 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və törədilən əməldə dəymiş ziyana münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-in Saray PB-nə göndərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Babaşov Azər Xankişi oğlunun ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və törədilən əməldə dəymiş ziyana münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-in Saray PBnə göndərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs12 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və törədilən əməldə dəymiş ziyana münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-in Saray PB-nə göndərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs3 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və törədilən əməldə dəymiş ziyana münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-in Saray PB-nə göndərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs13 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və törədilən əməldə dəymiş ziyana münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-in Saray PB-nə göndərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs14 Məhəmməd oğlunun ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və törədilən əməldə dəymiş ziyana münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-in Saray PB-nə göndərilmişdir. İnizbati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Eyni zamanda vətəndaş Zərərçəkmiş şəxs1 ərizəsi əsasında toplanmış material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama - həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxslər ilə barışmamışdır, onlara dəymiş ziyanı ödəməmişdir, ona görə İXM-nin 39.2-ci maddəsində nəzərdə tutulduğu qaydada iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi inzibati xətanın xarekterini, şəxsiyyətini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati həbs tədbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 567.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını və inzibati araşdırmanın keçirilməsini təsdiqləyən əsas element inzibati protokolun mövcudluğudur. İXM-in 100-cü maddəsinə əsasən protokolda bu sənədin tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXM-in müvafiq maddəsi və s. məlumatlar göstərilir. İnzibati xətalar haqqında işlər üzrə icraat prosesində inzibati protokol (prokurorun qərarı) vacib prosessual sənəddir. Belə ki, xəta törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsinə dair ittiham məhz inzibati protokol (prokurorun qərarı) əsasında yaranır. Bu prosessual sənəd olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın növbəti, yəni inzibati xətaya dair işə baxılması mərhələsinə keçmək mümkün deyil. Digər tərəfdən İnzibati Xətalar Məcəlləsində, məhkəmələr tərəfindən müstəqil şəkildə şəxsi inzibati tənbeh edilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi vətəndaş Zərərçəkmiş şəxs1 ərizəsi əsasında toplanmış material üzrə xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılması rədd edilmiş və törədilən əməldə dəymiş ziyana münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-in Saray PB-nə göndərilmişdir. Lakin Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair təqdim edilmiş inzibati xəta haqqında materiala sonuncu tərəfindən inzibati xətanın törədilməsi haqqında protokol əlavə edilməmişdir, ona görə də vətəndaş Zərərçəkmiş şəxs1 ərizəsi əsasında toplanmış material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq Qərara aldı: Vətəndaş Zərərçəkmiş şəxs1 ərizəsi əsasında toplanmış materiallar qaytarılsın. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən saat 21:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 5 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X9 müvafiq olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar