Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2717/2025 19.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi ilə, X3 X9 Xİdmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinə əsasən MN ******* nömrəli, 29 avqust 2025-ci il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar (bundan sonra - qərar) tərtib edilmişdir. X9 Xidməti (bundan sonra - Xidmət) tərəfindən tərtib olunmuş qərar əsassızdır. Belə ki, qərarda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə görə, barəsində 1800 (min səkkiz yüz) manat məbləğində inzibati cərimə növü tətbiq edilmişdir. Tərtib olunmuş qərarda İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi, X4 əmək müqaviləsinə əmək məcəlləsinin tələbləri pozularaq xitam verilməsi qeyd edilmişdir. Tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qanunla nəzərdə tutulmuş bütün tələblərə riayət olunmuş, heç bir uyğunsuzluğa yol verilməmişdir. X7 ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Qeyd edilən maddəyə əsasən bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər ilə əmək müqaviləsinə müəssisənin mülkiyyətçisinin dəyişməsi əsası ilə xitam verilə bilər. Məcəllənin 63.2-ci maddəsinə əsasən baş mühasib vəzifəsi həmin siyahıda qeyd olunmuşdur. Sevinc Tağıyeva müəssisədə məhz “Baş mühasib” vəzifəsində çalışmış və onunla əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilmişdir. Təqdim olunan hüquqi şəxslərin reyestrindən verilmiş xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin çıxarışından görünür ki, X8 50 faiz təsis payına malik olmaqla cəmiyyətdə yeni təsisçi olaraq qeydə alınmışdır. Beləliklə, qanunvericiliyin tələblərinə uyğun olaraq müəssəsənin mülkiyyətçisinin dəyişməsi halı baş vermiş və bu əsasla da baş mühasib işdən azad olunmuşdur. Qeyd edilməlidir ki, X7 əmək müqaviləsinə xitam verilən zaman dəfələrlə yazılı və şifahi qaydada təhvil-təslimdə iştirak etməsi üçün dəvət olunmasına baxmayaraq, təhvil-təslim prosesində iştirak etməmiş və ona verilmiş əmlakı və sənədləri rəsmi qaydada təhvil verməkdən boyun qaçırmışdır. Xüsusilə vurğulanmalıdır ki, X7 baş mühasib vəzifəsində çalışdığından, şirkətə təhvil vermədiyi kompüterdə Cəmiyyətin kommersiya sirrini təşkil edən maliyyə və mühasibat məlumatlarını da özündə saxlamış, onları da təhvil verməkdən yayınmışdır. Bu hallar işçinin əmək intizamını kobııd şəkildə pozması ilə yanaşı, Cəmiyyətin hüquqi və maddi maraqlarına ciddi zərər vurmuşdur. Bu kimi halların baş verməsinə baxmayaraq, Cəmiyyət əmək müqaviləsinə xitam verilməsini lazımı qaydada və qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirmişdir. Eyni zamanda Sevinc Tağıyevaya ödənilməli olan bütün sonhaqq hesab məbləği, müavinətlərlə birgə ödənilmişdir. Bu səbəbdən, X4 şikayəti əsasında qəbul olunmuş inzibati tənbeh qərarı əsassızdır və ləğv edilərək inzibati icraata xitam verilməlidir. X9 Xidməti tərəfindən barəsində tərtib edilmiş MN ******* nömrəli qərarın ləğvini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə inzibati qərarı qəbul etmiş şəxs X9 Xİdmətinin Abşeron-Xızı regional şöbəsi və qərardan şikayət verən şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında X9 Xİdmətinin Abşeron-Xızı regional şöbəsinin nümayəndəsinin və qərardan şikayət verən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X9 Xİdmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən işəgötürən X6 tərəfindən X5əmək müqaviləsi əmək qanunvericiliyin tələbləri pozularaq xitam verilmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X6 1800 manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Belə ki, X6 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, məhkəmə iclasında baxış keçirilmiş iş materiallarına əsasən müəyyən edilmişdir ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə şikayətin dəlillərinə münasibətdə hesab edir ki, X3 inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təqdim olunmuş sübutlarla təkzib olunduğundan və işin faktiki hallarını əks etdirmədiyindən, sonuncunun verdiyi şikayət təmin edilməməli və mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilməsin. X9 Xİdmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-2717/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2717/2025
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver