Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-274/2021 23.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi ilə Binəqədi rayon polis idarəsinin xx.xx.2021-ci il tarixli, İXP ******* saylı protokoldan X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 rayon polis idarəsinin xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan Abşeron Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, protokolun əsassız hesab olunması və ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti araşdırıraq hesab edir ki, X2 şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının Yol Hərəkəti haqqında qanunun 85-1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. İş materiallarından göründüyü kimi X4 barəsində protokol tərtib edilsə də, bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərar qəbul edilmişdir. Digər tərəfdən mövcud inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında protokoldan şikayət vermək hüququ nəzərdə tutulmamışdır. Göründüyü kimi, X4 tərəfindən isə protokol mübahisələndirilmiş, lakin protokol əsasında qəbul edilmiş qərar barədə hər hansı sübut məhkəməyə təqdim edilməmiş, həmçinin inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmadığı halda, inzibati xəta haqqında protokoldan şikayət ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İXM-nın 128-ci maddəsini rəhbər tutaraq hesab edirəm ki, X2 Binəqədi rayon polis idarəsinin xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolundan verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nın 128-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Binəqədi rayon polis idarəsinin xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolundan şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-274/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-274/2021
23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver