Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-276/2020 16.03.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinin xx.xx.2019-cu il tarixli, MN0065021 saylı qərarından X1 şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X2 şikayət ərizəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinin onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə tənbeh edilərək 1500 manat məbləğində cərimə edilməsinə dair xx.xx.2019-cu il tarixli MN0065021 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi X2 şikayətini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2019-cu il tarixdə onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinin post-patrul xidmətinin MN0065021 nömrəli xx xxxxxxx 2019-cul il tarixli qərarı ilə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi və həmin maddəsinin tələblərinə əsasən 1500 manat məbləğində cərimə olunması qərara alınmışdır. Hesab edir ki, qərar qanunsuz və əsassızdır. Azərbaycan Respublikası qanunvericiliyinin maddi və prosessual normalarının pozulması kimi qəbul edilmiş və buna görə də məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, o, idarə etdiyi ZİL markalı 90 GU-079 nömrəli nəqliyyat vasitəsi ilə bağ massivində icra hakimiyyətinin müvafiq razılığı əsasında aparılan fərdi evin tikintisində köməkçi sahələrin (sy rezervuarının) və məişət tullantı çəninin qazıntısı nəticəsində yığılmış qum tullantılarının bağ sahəsinə bitişik olan qumlu yol üzərində bağ yolunu hamar etmək üçün səpmək məqsədilə daşımaq istəyərkən onun haqqında xx xxxxxxx 2019-cu il tatixli Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinin post-patrul xidmətinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlarla bağlı protokola etirazını bildirir və tikinti sahibinin razılığı əsasında tullantıların (qarışıq xüsusən qum, çınqıl, xırda daşlar) daşınmasının həyata keçirdiyi və heç bir qanun pozuntusuna yol vermədiyini qeyd etmişdir. Buna baxmayaraq polis əməkdaşları onun nəqliyyat vasitəsini protokol yazdıqdan sonra ona qaytarmadan, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 97.2-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq nəqliyyat vasitəsi və açarlarını əlindən alıb 42-ci polis bölməsində qanunsuz olaraq saxlayırlar ki, bu yolla ona yazılmış cəriməni ödətdirsinlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinin MN0065021 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsasız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarında olan və tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli MN0065021 saylı inzibati xəta haqqında qərardan görünür ki, X3 idarə etdiyi ZİL markalı 10 GU074 dövlət nömrə nişanlı avtomaşınla qum daşıyır. Bununla da X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə nəzərtə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinin əməkdaşları S.Qasımov və E.Əzizov tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2019-cu il tarixdə, saat 11 radələrində inzibati ərazidə xidmətdə olarkən Nardalan qəsəbəsi, Ləhic Bağlarında fərdi bağ həyətindən ZİL markalı dövlət nömrə nişanı ** GU *** olan yük avtomaşının qanunsuz qum daşıdığı aşkar edilmiş, avtomaşın sürücüsü ilə birlikdə PB-nə gətirilərək, NH-yə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(012)-1767/2019 saylı qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinin xx.xx.2019-cu il tarixli MN0065021 saylı qərarı ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(105)-28/2020 saylı qərarıdan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(012)- 1767/2019 saylı qərarı ləğv edilmiş, işə yenidən başqa hakim tərəfindən baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şikayətçi X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinin xx.xx.2019-cu il tarixli, MN0065021 qərarından razı olmadığını bildirsədə məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinin əməkdaşları S.Qasımov və E.Əzizov tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2019-cu il tarixdə, saat 11 radələrində inzibati ərazidə xidmətdə olarkən Nardalan qəsəbəsi, Ləhic Bağlarında fərdi bağ həyətindən ZİL markalı dövlət nömrə nişanı ** GU *** olan yük avtomaşının qanunsuz qum daşıdığı aşkar edilmiş, avtomaşın sürücüsü ilə birlikdə PB-nə gətirilərək, NH-yə təhvil verilmişdir. Sürücü barəsində protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilmişdir. Məhkəmədə müəyyən edimişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinin X1 Azərbaycan Respublikası İXM-in 243.0.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat inzibati cərimə edilməsinə dair qəbul edilmiş xx.xx.2019-cu il tarixli, MN0065021 saylı qərar qanuni və əsaslıdır. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası İXM-in 243.0.1-ci maddəsi ilə təqsirli bilinib, 1500 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinin xx.xx.2019-cu il tarixli, MN0065021 saylı qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 Azərbaycan Respublikası İXM-in 243.0.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinin xx.xx.2019-cu il tarixli, MN0065021 saylı qərardan X1 şikayəti əsassız olduğundan təmin edilməsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-276/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-276/2020
16.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver