Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-276/2021 08.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, barəsində inzibati protokol tərtib olunmuş Şəxs və Abşeron rayon Pİ-nin sahə rəisi polis mayoru Sərxan Həsənovun iştirakı ilə xx.xx.2002-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Sumqayıt şəhəri, Nizami küçəsi, 19C, məhəllə 06da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin icraatına Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Abşeron rayon polis idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN 0923951, xx.xx.2021-ci il tarixli, MN 0923952, xx.xx.2021-ci il tarixli, MN ******* saylı protokol və material daxil olmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında materiallar geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında materiallar geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 71.1-ci maddəsinə əsasən, elm, incəsənət, texnika və ya sənət sahəsində məsələlərin izahı üçün ekspertizanın aparılması və ekspert rəyinin verilməsi üçün kifayət qədər xüsusi biliyə malik olan və inzibati xəta haqqında işin nəticəsində şəxsən maraqlı olmayan şəxs ekspert kimi dəvət olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 95.2-ci maddəsinə əsasən götürülmüş əşyaların qiymətləri dövlət tərəfindən tənzimlənirsə, dövlət tənzimləmə qiymətləri tətbiq edilir. Digər hallarda götürülmüş əşyaların qiyməti bazar qiymətinə əsasən qiymətləndirilir. Göstərilən qaydada qiymətləndirmə mümkün olmadıqda, götürülmüş əşyaların qiyməti ekspertin rəyi əsasında müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikası İXM-nin 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələblərinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim həmin maddədə nəzərdə tutulan əsasları, o cümlədən də inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi (maddə 106.0.3) və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması (maddə 106.0.5) məsələlərinə də baxır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında protokolda şahidlərin və zərərçəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilməlidir. Göründüyü kimi Şəxs törətdiyi inzibati xəta nəticəsində zərərçəkmiş şəxslərə dəyən ziyanın məbləği müəyyən edilməsi üçün eskpertiza keçirilməli və ya mütəxəssis tərəfindən rəy verilməli olduğu halda eskpertiza keçirilmədən və mütəxəssis rəyi olmadan dəyən ziyanın məbləğini zərərçəkmiş şəxslərin izahatlarına əsasən müəyyən edilmiş və inzibati protokol tərtib edilmişdir. Abşeron rayon Polis İdarəsinin sahə inspektoru tam araşdırma aparmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlara əsaslanaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 22:30-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada tutulması haqqında protokol tərtib edilərkən, Azərbaycan Respublikası İXM-in 91-ci maddəsinin tələbinə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 91.1-ci və 91.1.7-ci maddələrinə əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati qaydada tutulmuş şəxsin bu Məcəllə ilə müəyyən edilmiş hüquqlarının təmin edilməsi üçün tutulmuş şəxsin öz vəkili olmadıqda ona müvəqqəti saxlama yeri üzrə ərazidə hüquq məsləhətxanasında və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hüquqi yardımın göstərilməsi fəaliyyəti ilə məşğul olan digər təşkilatlarda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmalıdır. Lakin inzibati işin materiallarında tutulmuş şəxs Şəxs hüquqlarının təmin edilməsi üçün ona vəkil təqdim edilməsi barədə hər hansı sübut yoxdur. Hər hansı şəxsin tutulduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququndan məhrum edilməsi onun Konstitusiya hüququnu pozur. Belə vəziyyət həmçinin Azərbaycan Respublikası Konstitusiyasının – əsas Qanununun pozulması deməkdir. Göründüyü kimi Abşeron rayon Polis idarəsinin sahə rəisi, polis mayoru Sərxan Həsənov barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2021-ci il tarixdə saat 22:30-da tutarkən, hüquqi yardımın göstərilməsi fəaliyyəti ilə məşğul olan vəkillərin siyahısını təqdim etməməklə, Şəxs hüquqlarını müdafiə etmək üçün vəkil dəvət etməmiş, nəticədə Şəxs Konstitusiyada nəzərdə tutulan şəxsin tutulduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququnu kobud şəkildə pozmuşdur. Məhkəmə hesab edir ki, Şəxs barəsində olan materiallar natamam olduğuna və işə baxılarkən tamamlamaq mümkün olmadığına görə materiallar qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 100, 101, 109, 111-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar və materiallar qaytarılsın. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə zalında azad edilsin. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-276/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-276/2021
08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver