Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-277/2021 08.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X1 katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar X2 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Əzizbəyov rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-4537/2018 saylı, xx.xx.2018-ci il tarixli və Abşeron rayon Məhkəməsinin 2(012)-765/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədlərinə əsasən borclu Şəxs cəmi 1878 aliment aliment borcunu tərəfindən tələbkar X5 ödəməmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 bildirdi ki, Abşeron rayon Məhkəməsinin 2(012)-4537/2018 saylı, xx.xx.2018ci il tarixli icra sənədinin xx.xx.2018-ci il tarixdə və Abşeron rayon Məhkəməsinin 2(012)- 765/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin xx.xx.2019-cu il tarixdə başlanılmış, borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmışdır. Borclu Şəxs aliment borcunu ödəməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Abşeron rayon Məhkəməsinin 2(012)-4537/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 verilməsi qət edilmiş, Abşeron rayon Məhkəməsinin 2(012)-765/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədlərinə əsasən iş üzrə borclu Şəxs hər ay 1(bir) uşağın yetkinlik yaşınadək saxlanılması üçün cəmi 154 manat sabit pul məbləğində aliment tutularaq tələbkara verilməsi və xx.xx.2018-ci il təvəllüdlü X6 3(üç) yaşına çatanadək Şəxs tələbkar X2 xeyrinə hər ay 46 manat maddi yardım tutulması qət edilmişdir. Şəxs bildirdi ki, xx.xx.2020-ci il tarixədək yəni həbs olunana qədər mütəmadi olaraq alimenti ödəmiş, borc isə həmin dövrdə yığılmış, xx.xx.2020-ci il tarixdə həbsdən azad olunduqdan sonra isə aliment borcundan 400 manat ödəmiş, qalan borcunu da ğdəyəcəyinə dair söz verir. Məhkəmə iclasında dindirilmiş tələbkar X7 bildirdi ki, , Abşeron rayon Məhkəməsinin 2(012)-4537/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 verilməsi qət edilmiş, Abşeron rayon Məhkəməsinin 2(012)-765/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədlərinə əsasən iş üzrə borclu Şəxs hər ay 1(bir) uşağın yetkinlik yaşınadək saxlanılması üçün cəmi 154 manat sabit pul məbləğində aliment tutularaq tələbkara verilməsi və xx.xx.2018-ci il təvəllüdlü X6 3(üç) yaşına çatanadək Şəxs tələbkar X2 xeyrinə hər ay 46 manat maddi yardım tutulması qət edilmişdir. İş üzrə borclu Şəxs borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edir. Borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu qərarlardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs mülkiyyətində heç bir əmlak yoxdur. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixədək yəni həbs olunana qədər mütəmadi olaraq alimenti ödəmiş, borc isə həmin dövrdə yığılmış, xx.xx.2020-ci il tarixdə həbsdən azad olunduqdan sonra isə borclu Şəxs aliment borcundan bir qədər ödəmiş və qalan borcunu da ğdəyəcəyinə dair söz verir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Şəxs izahatından icra sənədini üzrsüz səbəbdən icra etməməsi görünmür. Məhkəmə zamanı müəyyən edildi ki, Şəxs tələbkar X10 qızına qalan borcunu yalnız həbsdə olan dövrdə ödəməmiş, hazırda isə hissə-hissə ödəyəcəyini vəd edir. Məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, materialda belə bir xüsusata rast gəlinmir. Belə olan halda, Şəxs icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-277/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-277/2021
08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver