Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-277/2023 04.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Rzayeva Arzu Əlibaba qızının katibliyi, şikayətçi X1 iştirakı ilə X1 Abşeron DYP YPX inspektoru, polis serjantı X2 tərəfindən qəbul olunmuş tərtib olunmuş İXP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X3 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində Abşeron DYP YPX inspektoru, polis serjantı X2 tərəfindən qəbul olunmuş tərtib olunmuş İXP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 ərizəsini onunla əsaslandırdı ki, o, xx.xx.2022-ci il tarixdə sahibliyimdə olan KHAZAR LX MİNİK markalı 55CB063 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Abşeron rayonu, Masazır kəndi, Əliyağa Vahid küçəsində YPX əməkdaşı tərəfindən saxlanılaraq barəsində inzibati xəta törətməyi barədə protokol tərtib olunmuşdur. Protokolda guya onun içkili olduğunu və sərxoş vəziyyətdə avtomobili idarə etdiyi qeyd olunmuşdur. Tərtib edilmiş protokol və onun əsasında qəbul edilmiş qərar tam qanunsuz və əsassızdır. Belə ki, YPX əməkdaşları onu saxlayaraq onun aparatın onun sərxoş olduğunu göstərmişdir. O buna etiraz edərək sərxoş olmadığını, əmin olmaq üçün müayinədən keçirtməyi xahiş etmişdir. YPX əməkdaşları onu tibbi müayinəyə aparmamış, nəticədə özü tibbi müayinəyə getmişdir. xx.xx.2022- ci il tarixdə tərtib edilmiş 2/15543 №-li Akt ilə Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə əsasən onun sərxoş olmamağı müəyyən edilmişdir. YPX əməkdaşları onu xx.xx.2022-ci il tarixdə saat 01:11 -də saxlamışlar, o, hadisədən 54 dəqiqə sonra özü müayinədən keçmişdir. Bu aktı o, YPX əməkdaşlarına təqdim etdikdə onlar aktı qəbul etməmişlər və ona tərtib edilmiş protokolun surətini verməmişlər. O, iş üzrə icraata xitam verilməsini fikirləşmiş, lakin, xx.xx.2023-cü il tarixdə onun telefonuna tərtib edilmiş İXP ******* №-li protokola əsasən xx.xx.2023-cü il tarixli qərarla onun 400 manat məbləğində cərimə olunması barədə mesaj gəlmişdir. O, Abşeron RPİ-nin YPŞ-nə müraciət edərək qərarı istəsə də, ona tərtib edilmiş protokolu və bunun əsasında mobil telefonuna göndərilmiş cərimə mesajını göstərərək mesajın qərar əvəzi olduğunu bildirmişlər. AR İXM-nin 370-1 -ci maddəsinin tələbləri pozularaq ona qəbul edilmiş qərar barədə heç bir məlumat verilməmişdir. O ara-sıra Daxili İşlər Nazirliyinin www.din.gov.az veb səhifəsindən cərimələrlə bağlı məlumata baxsa da həmin qərara əsasən cərimə sistemdə görünməmişdir. O da haqlı olduğuna görə iş üzrə icraata xitam verildiyini düşünmüş, yalnız, onun telefonuna mesaj gəldikdən sonra qəbul edilmiş qərardan xəbər olmuşdur. İXP ******* saylı protokolda guya onun sərxoş vəziyyətdə avtomobil idarə etdiyi göstərilmiş, lakin, YPX əməkdaşlarının onu saxladıqları vaxtdan 54 dəqiqə keçəndən sonra tərtib edilmiş 2/15543 №-li Aktda onun sərxoş olmadığı göstərilmişdir. Həmçinin protokol və qərarın qəbul edilməsi zamanı bir çox prosessual pozuntulara yol verilmişdir. Protokolda inzibati xəta haqqında protokolun raport əsasında tərtib olunduğu bildirilsə və protokola raportun əlavə olunduğu göstərilsə də tələblərinə baxmayaraq raportun surəti ona verilməmişdir. Çünki, belə bir raport heç vaxt mövcud olmamışdır. Sonda o, xx.xx.2022-ci ildə tərtib edilmiş İXP ******* saylı protokola əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati cərimənin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Abşeron DYP-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Abşeron DYP-nin-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Abşeron DYP YPX inspektoru, polis serjantı X2 tərəfindən qəbul olunmuş tərtib olunmuş TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə edilmə barədə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə işin obyektiv araşdırılması üçün Abşeron rayon Polis İdarəsinə şikayətə mahiyyəti üzrə baxılması üçün inzibati tənbeh vermə haqqında qərarın tərtib olunmasına əsas olan sənədlərin məhkəməyə təqdim olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 99-cu maddəsində qeyd olunur ki, inzibati xəta hadisəsinin mövcudluğunun göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında işlər üzrə icraata başlamağa səbəb olur. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iş materiallarında olan xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki , X1 alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir. ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İş materiallarından görünür ki, hadisə zamanı X3 alkoqol sərxoş vəziyyətdə olmamışdır. Buna görə də onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə belə belə qənaətə gəlir ki, şikayət təmin olunmalı, Abşeron DYP YPX inspektoru, polis serjantı X2 tərəfindən qəbul olunmuş tərtib olunmuş İXP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. Abşeron DYP YPX inspektoru, polis serjantı X2 tərəfindən qəbul olunmuş tərtib olunmuş İXP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-277/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-277/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver