Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-278/2023 04.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Pzayeva Arzu Əlibaba qızının katibliyi, şikayətçi X1 iştirakı ilə X1 Abşeron DYP-nin polis leytenantı X2 tərəfindən qəbul olunmuş tərtib olunmuş TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X3 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində Abşeron DYP-nin polis leytenantı X2 tərəfindən qəbul olunmuş tərtib olunmuş TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 ərizəsini onunla əsaslandırdı ki, o, 15 oktyabr 2022-ci il tarixdə saat 22:05 radələrində özümə məxsus “LADA VESTA” markalı, ** BV *** qeydiyyat nişanlı minik avtomobil ilə Xırdalan - Saray avtomobil yolunda 80-90 km./saat sürətlə Xırdalan istiqamətində hərəkətdə olarkən qəfildən yolun hərəkət hissəsinin qazıldığını və yarğan əmələ gəldiyini görmüşdür. O, idarə etdiyi avtomobildə dərhal tormoz əməliyyatı aparsa da, həmin qazıntı aparılmış yerdə qazıntı işlərini həyata keçirən “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin əməkdaşları tərəfindən yol nişanı qoyulmadığı üçün avtomobil yarğana düşərək ciddi zədələnmişdir. Onun avtomobilinin qabaq farası sınmış, buferi əzilərək yararsız hala düşmüş, təkəri cırılmış və radiatoru da əzilmişdir. Ümumilikdə onun avtomobilinə 1.300 (min üç yüz) manat maddi zərər dəymişdir. Həmin vaxt hadisə yerinə gəlmiş DİN-in Yol Polis əməkdaşları da qanunsuz və əsassız olaraq onu təqsirli bilmişdir. 15 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən barəsində İXP ******* nömrəli inzibati protokol tərtib edilərək 40 manat cərimə edilməsi barədə inzibati tənbeh vermə qərarı qəbl etmişlər. Qərar sistemə 20 oktyabr 2022-ci il tarixdə vurulmuşdur. Sonda o, Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində Abşeron DYP-nin polis leytenantı X2 tərəfindən qəbul olunmuş tərtib olunmuş TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Abşeron DYP-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Abşeron DYP-nin-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Abşeron DYP-nin polis leytenantı X2 tərəfindən qəbul olunmuş tərtib olunmuş TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə barədə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə işin obyektiv araşdırılması üçün Abşeron rayon Polis İdarəsinə şikayətə mahiyyəti üzrə baxılması üçün inzibati tənbeh vermə haqqında qərarın tərtib olunmasına əsas olan sənədlərin məhkəməyə təqdim olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 99-cu maddəsində qeyd olunur ki, inzibati xəta hadisəsinin mövcudluğunun göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında işlər üzrə icraata başlamağa səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarında olan diskə baxış keçirərək müəyyən etdi ki, inzibati xəta hadisəsi baş verən yolda aidiyyatı qurum tərəfindən yol nişanı qoyulmamışdır. Buna görə də məhkəmə hesab edir ki, X3 barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesab edilməlidir. Məhkəmə belə belə qənaətə gəlir ki, şikayət təmin olunmalı, Abşeron DYP-nin polis leytenantı X2 tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. Abşeron DYP-nin polis leytenantı X2 tərəfindən qəbul olunmuş tərtib olunmuş TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-278/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-278/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver