Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-28/2022 12.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 06.12.2021-ci il tarixli, İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 13.10.2021-ci il tarixdə saat 18:00 nalələrində idarə etdiyi “Hyundai Sonata” markalı, 99PL16 dövlət qeydiyyat nişanlı avtomobili ilə Mehdiabad-Pirşağı yolundan yolunda geriyə qayıtmaq üçün yolun sağ kənarından sola doğru manevr edən zaman manevr etmə qaydasını pozmuş, nəticədə onun idarə etdiyi avtomobil baş yolda Mehdıabad qəsəbəsindən Pirşağı qəsəbəsi istiqamətinə hərəkətdə olan X6 idarə etdiyi Tofaş markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş hadisə nəticəsində Şəxs idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmis X2 uzun müddələ pozulmasma səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti, digər sərnişin X12 və Tofaş markalı avtomobili idarə edən X9 isə sağlamlığın qısa müddətə pozıılmasma səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirildiyi üçün Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin ünvanına bildiriş göndərilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 12.11.2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs 13.10.2021-ci il tarixdə saat 18:00 nalələrində idarə etdiyi “Hyundai Sonata” markalı, 99PL16 dövlət qeydiyyat nişanlı avtomobili ilə Mehdiabad-Pirşağı yolundan yolunda geriyə qayıtmaq üçün yolun sağ kənarından sola doğru manevr edən zaman manevr etmə qaydasını pozmuş, nəticədə onun idarə etdiyi avtomobil baş yolda Mehdıabad qəsəbəsindən Pirşağı qəsəbəsi istiqamətinə hərəkətdə olan X6 idarə etdiyi Tofaş markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş hadisə nəticəsində Şəxs idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmis X2 uzun müddələ pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti, digər sərnişin X12 və Tofaş markalı avtomobili idarə edən X9 isə sağlamlığın qısa müddətə pozıılmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirilmişdir. Hədisə nəticəsimlə X1 az ağır zərər vurulduğundan hadisədə günahkar sürücü Şəxs ilə barışdığını onun cinayət məsuliyyətinə cəlb edilməsini istəmədiyiniini, heç bir şikayəti olmadığını bildirmiş, həmçinin Şəxs Abşeron RPİ-nin Mehdiabad PB-nə ərizə ilə müraciət edərək X5 ilə barışması barəsində bəraətverici əsaslar olmadan cinavət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa araşdırma zamanı müəyyən edilmişdir ki, baş vermiş hadisə ilə səbəbli əlaqəsi olmayan X9 etibarnamə və nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan avtomobil idarə elməklə Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı X14 isə nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan şəxsə idarə etmək üçün verdiyinə görə Azərbaycan Respublikası İXM-nın 335.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Abşeron rayonu, Mehdiabad qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM- nin 327.8 ci maddəsi ilə X9 barəsində Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.2-ci maddəsində X7 barəsində isə Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərarın surəti aidivvətı üzrə Abşeron RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Eİmi-Təcrübi və X13 Hüquqi şəxsindən alınmış 2477 nömrəli ekspert rəyində göstərilmişdir ki. N.B.Mənafovun bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol əlin 3-cü barmaq falanqasının yerdəyişməyən sınığı, bel nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan 13.10.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Eİmi-Təcrübi və X13 Hüquqi şəxsindən alınmış 2513 nömrəli ekspert rəyində göstərilmişdir ki, T.S.Cabbarovun bədənində aşkar edilmiş xəsarətlər - sağ bazu oynağında bir qədər hərəkət məhdudluğuna səbəb olmuş sağ bazu oynağı nahiyyəəsinin ön və bayır səthindən sağ körpücük nahiyəsinin bayır səthinə qədər olan sahənin iri ölçülü şişkinlik halında qançırı bərk küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan 13.10.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmava aiddir. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X13 Hüquqi Şəxsindən alınmış 2514 nömrəli ekspert rəyində göstərilmişdir ki. H.Ə.Məmmədovanın almış olduğu xəsarətlər- soldan 4-5-6-cı qabırğaların yerinidəyişən, 7-ci qabırğanın isə yerdəyişməyən sınıqları ilə nəticələnmiş döş qəfəsinin sol yarısının qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan 13.10.2021-ci il tarixdə sol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs 13.10.2021-ci il tarixdə saat 18:00 nalələrində idarə etdiyi “Hyundai Sonata” markalı, 99PL16 dövlət qeydiyyat nişanlı avtomobili ilə Mehdiabad-Pirşağı yolundan yolunda geriyə qayıtmaq üçün yolun sağ kənarından sola doğru manevr edən zaman manevr etmə qaydasını pozmuş, nəticədə onun idarə etdiyi avtomobil baş yolda Mehdıabad qəsəbəsindən Pirşağı qəsəbəsi istiqamətinə hərəkətdə olan X6 idarə etdiyi Tofaş markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş hadisə nəticəsində Şəxs idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmis X2 uzun müddələ pozulmasma səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti, digər sərnişin X12 və Tofaş markalı avtomobili idarə edən X9 isə sağlamlığın qısa müddətə pozıılmasma səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, svetaforun qadağanedici siqnalının tələbinə əməl etmədən nəqliyyat vasitəsi ilə hərəkətdə olma, digər avtomobillə toqquşaraq zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-28/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-28/2022
12.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver