Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-281/2021 23.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, X1 iştirakı ilə, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından X1 şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarı ilə X2 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq, 200 manat məbləğində inzibati cərimə edilmişdir. X2 həmin qərardan şikayət vermiş, şikayət xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. X2 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından qanunla müəyyən edilmiş müddətdə şikayət etməmişdir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati iş üzrə qərardan şikayət müddət ötürüldükdən sonra verildiyinə görə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109-cu maddəsini rəhbər tutaraq Qərara aldı : X1 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati iş üzrə qərardan şikayət müddət ötürüldükdən sonra verildiyinə görə geri qaytarılsın. Sədrlik edən : Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-281/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-281/2021
23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver