Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-284/2023 07.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Şəxs ASC-nin nümayəndəsi X1 iştirakları ilə Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.1ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs ASC Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-17667 saylı məktubu ilə tələb edilən 2021-ci ilə dair emitentin illik hesabatı göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2022-ci il tarixdə törədilmişdir. Belə ki, məhkəmədə Şəxs ASC-nin nümayəndəsi X2 izahat verərək bildirdi ki, İZOMAX" ASC-nin əməkdaşı Fərid Abbasov tərəfindən bir qayda olaraq xx.xx.2022-ci il tarixində saat 14:30-də Mərkəzi Banka email vasitəsilə prosesin sürətləndirilməsi üçün məlumat forması email üzərindən göndərilməsi təmin edilmiş və həmin elektron müraciətdə «İZOMAX" ASC üzrə illik hesabat forması sistemə yüklənərək, Mərkəzi Banka göndərildiyi qeyd olunmuşdur. Onu da qeyd edirik ki, «İZOMAX" ASC-nin 2021ci il ərzində fəaliyyəti olmadığı üçün audit rəyi və maliyyə hesabatları göndərilən sənədlərə əlavə edilməmişdir və bu qanunun tələblərinə tam uyğundur Mərkəzi Bank tərəfindən də bu qayda qəbul edilir.Bu günlərdə onlara məlum olmuşdur ki, sistemdə baş verən xəta ilə əlaqədar olaraq sənədlər email vasitəsilə həmin tarixdə Mərkəzi Banka çatmamışdır. Bu hal onlara məlum olandan dərhal sonra yenidən qeyd olunan sənədlər Mərkəzi Banka email vasitəsilə yüklənərək göndərilmişdir. Buna görə də, texniki səbəblər «İZOMAX" ASC barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinə və məhkəməyə göndərilməsinə səbəb olmuşdur. Əlavə olaraq qeyd edirik ki, «İZOMAX" ASC üzrə hesabatların gecikdirilməsi və yaxud vaxtında göndərilməməsi ASC-nin marağında deyil, onun təqsiri ucbatından baş verməmişdir, texniki səbəblərdən, sistem xətalarından baş vermişdir. Bütün rəsmi sənədlərdən görünür ki, «İZOMAX" ASC üzrə illik hesabat formasında heç bir qanun pozuntusu mövcud deyil, həmin hesabat qanunun tələblərinə uyğun olaraq tərtib edilmiş və banka göndərilmişdir. Həmin hesabatın qanuni tərtibindən də görünür ki, «İZOMAX" ASC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. ASC-nin əməlində hər hansı bir inzibati xəta tərkibi mövcud deyildir. Odur ki, yuxarıda göstərilənlərə və işin faktiki hallarına əsasən «İZOMAX" ASC barəsində tərtib olunmuş protokolun əsassız olması, eləcə də inzibati xəta hadisəsi olmaması və ASC-nin əməlində inzibati xəta tərkibi olmaması səbəbindən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Mərkəzi Bankın ünvanına bildiriş göndərilmiş, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş, gəlmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli elektron məktubdan görünür ki, Şəxs ASC-nin əməkdaşı Fərid Abbasov tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankın əməkdaşı Türkan Babazadənin email poçtuna illik hesabat forması göndərilmişdir. Eyni zamanda 2021-ci il ərzində müəssisəsinin fəaliyyəti olmadığı üçün audit rəyi və maliyyə hesabatlarının təqdim edilməməsi qeyd olunmuşdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. 548.1-ci maddəsin əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə- vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan on min manatadək məbləğdə cərimə edilir 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: " İzomax” ASC barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 548.1-ci ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-284/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-284/2023
07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver