Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-285/2023 28.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC (hüquqi ünvanı: Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, ev 1, mənzil 30, qanuni təmsilçisi: X2; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-17681 saylı məktubu ilə tələb edilən sənədləri 2020-ci və 2021-ci illərin yekunları üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları, həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təqdiq edən sənədlər göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Xəta xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmədə barəsində protokol tərtib olunan şəxs Şəxs MMC-nin nümayəndəsi X3 bildirdi ki, Mərkəzi Bank tərəfindən «Mərmər İnşaat" MMC (hazırda QSC) barəsində İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə protokol tərtib edilərək, baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Hesab edir ki, inzibati xəta haqqında protokolda göstərilənlər tam əsassızdır, «Mərmər İnşaat" QSC tərəfindən inzibati xəta törədilməmişdir. Belə ki, «Mərmər İnşaat" QSC-nin əməkdaşı Fərid Abbasov tərəfindən bir qayda olaraq xx.xx.2022-ci İİ tarixində saat 16:44-də Mərkəzi Banka emaii vasitəsilə prosesin sürətləndirilməsi üçün məlumat formalarının email üzərindən göndərilməsi təmin edilmiş və həmin elektron müraciətdə «Mərmər İnşaat" QSC üzrə audit rəyi, maliyyə hesabatları və illik hesabat forması sistemə yüklənərək, Mərkəzi Banka göndərildiyi qeyd olunmuşdur. Bu günlərdə onlara məlum olmuşdur ki, sistemdə baş verən xəta ilə əlaqədar olaraq sənədlər email vasitəsilə həmin tarixdə Mərkəzi Banka çatmamışdır. Bu hal onlara məlum olandan dərhal sonra yenidən qeyd olunan sənədlər Mərkəzi Banka email vasitəsilə yüklənərək göndərilmişdir. Buna görə də, texniki səbəblər «Mərmər İnşaat" QSC barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinə və məhkəməyə göndərilməsinə səbəb olmuşdur. Əlavə olaraq qeyd edir ki, «Mərmər İnşaat" QSC üzrə hesabatların gecikdirilməsi və yaxud vaxtında göndərilməməsi QSC-nin marağında deyil, onun təqsiri ucbatından baş verməmişdir, texniki səbəblərdən, sistem xətalarından baş vermişdir. Bütün rəsmi sənədlərdən görünür ki, «Mərmər İnşaat" QSC üzrə maliyyə hesabatlarında və illik hesabat formasında heç bir qanun pozuntusu mövcud deyil, həmin hesabatlar qanunun tələblərinə uyğun olaraq tərtib edilmiş və banka göndərilmişdir. Həmin hesabatların qanuni tərtibindən də görünür ki, «Mərmər İnşaat" QSC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. QSC-nin əməlində hər hansı bir inzibati xəta tərkibi mövcud deyildir. Odur ki, yuxarıda göstərilənlərə və işin faktiki hallarına əsasən «Mərmər İnşaat" QSC barəsində tərtib olunmuş protokolun əsassız olması, eləcə də inzibati xəta hadisəsi olmaması və QSC-nin əməlində inzibati xəta tərkibi olmaması səbəbindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallardan görünür ki: hüquqi şəxs Şəxs MMC Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-17681 saylı məktubu ilə tələb edilən sənədləri 2020ci və 2021-ci illərin yekunları üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları, həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təqdiq edən sənədlər göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilmişdir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.1-ci maddəsinə əsasən həmçinin İXM-in 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə İXM-in 114.1.4cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Mərmər İnşaat» MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-285/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-285/2023
28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver