Məhkəmə qərarları › İş №3(012)-2851/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2851/2025

07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2851/2025 07.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi ilə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti 2 saylı X2 nümayəndəsi Nümayəndə1, Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X9 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti 2 saylı X1 daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti 2 saylı X2 Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 24 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, 14 oktyabr 2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonu, Fatmayı qəsəbəsi ünvanında Şəxs MMC-nin icarəçi olduğu yataqxanada formlaşan tullantı sularının təmizlənmə prosesindən keçmədən birbaşa Fatmayi gölünə axıdılması aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti 2 saylı X2 nümayəndəsi Nümayəndə1 protokolu müdafiə edərək, məhkəmədən Şəxs MMC barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X12 izahatında göstərdi ki, inzibati orqan İXM-nin fundamental prinsiplərini pozaraq işi tam, obyektiv və hərtərəfli aydınlaşdırmadan, işin faktiki hallarına tamamilə uyğun olmayan səhv nəticəyə gəlmişdir, ki guya Fatmayı qəsəbəsi, Qara Qarayev küçəsi 110 ünvanda yerləşən bina Şəxs MMC-yə məxsusdur. Hal bu ki, təqdim etdiyimiz sənədlər aşkar sübut edir ki, şirkət həmin əmlakın yalnız müvəqqəti icarəçisidir. Toplanmış materiallardan görünür ki, icarəyə götürülən binanın sahibi (mülkiyyətçisi) X3r. Bu tikiliyə dair hüquqları müvafiq qaydada daşınmaz reyestrində hələ 2021-ci il tarixində şirkətə icarəyə verməzədən çox öncə qeydə alınmışdır. Həmin tikilin bütün kommunal kodları vardır və əgər su və kanalizasiyanın xarici kommunikasiya ilə bağlı dair hər-hansı uyğunsuzluq olsa idi, onun sahibinə kommunikasiya mənbəylərinə qoşulmağa icazə verilməzdi və hətta mülkiyyət hüquqları qeydə alınmazdı. Bundan başqa, əgər bu binanın kanalizasiya xətlərinə hər-hansı suların zərərli təsirinin qarşısını alan qurğuların və avadanlıqların qurmasına ehtiyac vardırsa, həmin avadanlıqlar Gigiyena və sair orqanlarının verdiyi “Texniki Şərt” əsasında orada qurulmalı idi və mənbəyə qoşulma sırf bu texniki şərtlərinə uyğun aparılmalı idi. Qeyd edilən qanunvericiliyin tələblərindən məlumatlı olaraq, onlar heç düşünmürdük ki, icarəyə götürdükləri tikilinin xarici kommunikasiya xətləri düzgün qoşulmayıbdır. Həmin binanın xarici kommunikasiya xətlərinin haraya qoşulması barədə məlumatları yox idi və olmamalı deyildi. Əgər onlar bu obyektdə hər-hansı istehsalat yerləşdirsə idi, onda onlar həmin məsələ ilə maraqlanmalı və istismardan öncə müvafiq səlahiyyətli qurumun rəyinə (texniki şərtinə) müvafiq xüsusi təmizləyici qurğu və avadanlıqlar quraşdırmalı olmalı idilər. Şirkət tərəfindən həmin yer sadə bir ev kimi (kamp kimi) istifadə olunur, belə ki, bir neçə işçi orada gecələyir. Yəni, binanın daxili kanalizasiyasına şirkət aqressiv sənaye tullantılar axıdılmır. Həmin binanın xarici kommunikasiya xətləri şirkətə icarəyə verməzdən çox öncə tikilinin sahibi X6 tərəfindən qoşulubdur və qoşulma mənbəyi barədə şirkətə məlumat vermədiyini onun rəsmi ərizəsi təsdiq edir. Lakin səlahiyyətli orqan iş üzrə araşdırma tam və hərtərəfli həyata keçirilmdədiyindən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 24 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, “Fatmayı qəsəbəsi ünvanında Şəxs MMC-nin icarəçi olduğu yataqxanada formalaşan tullantı sularının təmizlənmə prosesindən keçmədən birbaşa Fatmayi gölünə axıdılmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X7 Xidməti 2 saylı X5 tərəfindən tərtib edilmiş 14 oktyabr 2025-ci il tarixli akta əsasən 14 oktyabr 2025- ci il tarixdə Abşeron rayonu, Fatmayı qəsəbəsi ərazisində icarə əsasında fəaliyyət göstərən Şəxs MMC-ə məxsus yataqxanada formlaşan tullantı sularının təmizlənmə prosesindən keçmədən birbaşa Fatmayi gölünə axıdılması aşkar edilmişdir. İş materiallarında bir ədəd DVD disk məhkəmə iclasında tədqiq olunmuş və həmin video görüntüyə əsasən Şəxs MMC tərəfindən plastik boru vasitəsilə tullantı və çirkab sularının heç bir təmizlənmə prosesindən keçmədən birbaşa “Fatmayi” gölünə axıdılması faktı təsdiqini tapmışdır. «Su Məcəlləsinin 1-ci maddəsinə əsasən su obyekti — relyef formasına uyğun olaraq yerin üstündə və ya yerin təkində suların toplandığı sərhədləri, ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft, yaxud geoloji strukturdur. Su Məcəlləsinin 38-ci maddəsində göstərilmişdir ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai ehtiyacları ödəmək məqsədi ilə həyata keçirilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Həmin məcəllənin 40-cı maddəsinə əsasən su obyektləri istifadəyə icazə və sudan istifadə müqaviləsi əsasında verilir. Həmin məcəllənin 103-cü maddəsinə əsasən su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər bu Məcəllənin 102-ci maddəsində göstərilən hallarda; su obyektlərini özbaşına tutduqda və ya sudan özbaşına istifadə etdikdə; su obyektlərində özbaşına hidrotexniki və digər qurğular tikdikdə; su obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri pozduqda; sudan istifadə limitlərinə əməl etmədikdə; su istehlakçılarını müəyyən olunmuş müddətlərdə və həcmdə su ilə təmin etmədikdə; su obyektlərini çirkləndirdikdə, zibilləndirdikdə və tükəndirdikdə; su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar etdikdə; su ehtiyatlarından israfçılıqla istifadə etdikdə; sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suları çirkləndirdikdə, torpaqların su eroziyasına və başqa zərərli hallara səbəb olduqda; hidrotexniki və kommunal su təsərrüfatına aid olan işləri özbaşına gördükdə; su təsərrüfatı qurğularını və avadanlığını zədələdikdə, onların istismarı qaydalarına riayət etmədikdə; su təsərrüfatı qurğularının və avadanlıqlarının istismarı qaydalarını pozduqda; sudan təyinatı üzrə istifadə etmədikdə; su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda; kollektor və drenaj sistemlərini dağıtmaqla torpaqların meliorasiya vəziyyətini pisləşdirdikdə; sudan istifadəyə görə haqqı və sudan istifadə qaydalarını pozmağa görə cərimələri, habelə su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sular görə ödənişləri vaxtında ödəmədikdə; lazımi icazə olmadan su çıxarmaq üçün quyular qazdıqda və ya su çıxarmaq üçün quyuların qazılması qaydalarını və texnologiyasını pozduqda; su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə; su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət etmədikdə; xüsusi qorunan su obyektlərinin rejimini pozduqda; su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət edən orqanların göstərişlərini yerinə yetirmədikdə; içməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitariya mühafizəsi zonalarının tələblərini pozduqda; içməli suyun keyfiyyəti sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlmədikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Su Məcəlləsinin 77-ci maddəsinə əsasən sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı suların axıdılması üçün su obyektlərindən istifadə edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər. Tullantı suların axıdılması üçün su obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar. İçməli su mənbəyi kimi istifadə edilən və ya içməyə yararlı yeraltı suları qidalandıran sututarlara tullantı suların axıdılması qəti qadağandır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən öz fəaliyyəti ilə suların keyfiyyətinə təsir göstərən fiziki və hüquqi şəxslərə su obyektlərinə istehsalat, məişət və digər tullantıların tökülməsi qadağan edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə-fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Şəxs MMC-nin fəaliyyəti zamanı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması, yəni yaranan tullantı sularının təmizlənmədən birbaşa “Fatmayi” gölünə axıdılması iş materialında olan aktlar, protokol, foto şəkillər, videogörüntü və işdə olan digər sənədlərlə də müəyyən olunmuşdu.Barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsi yataqxanada onlarının müəssisəsinin çalışanlarının ancaq gecələr yatmaq üçün istifadə etdiyini bildirsə də, icarə müqavilələri ilə müəyyən edilir ki, həmin yataqxana hazırda barəsində icraat aparılan hüquqi şəxsin istifadəsindədir.Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, istismar sözünün mənası - istənilən şeyin tükənməsi hesabına istifadəsi, texniki istismar - istifadə müddəti dövründə, məmulatdan (əmək alətləri, qurğular, texniki sistem və s.) yararlanma prosesidir. Odur ki, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə də həmin hüquqi şəxs məsuliyyət daşımalıdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 264.0.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinin sanksiyası çərçivəsində cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, ona 7500 (yeddi min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar