Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-286/2021 26.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil inzibati tənbeh vermə barədə protokol vermiş böyük icra məmuru Nümayəndə, tələbkar Zərərçəkmiş şəxs Ələkbər qızının iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Qobu qəsəbəsi, C.Cabbarlı küçəsi, 53 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Nümayəndə oğlu tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Nümayəndə protokolu müdafiə edərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 305/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən iş üzrə borclu Şəxs 13420 manat məbləğində aliment borcunu iş üzrə tələbkar Zərərçəkmiş şəxs Ələkbər qızının xeyrinə ödəməmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-305/2018 saylı icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 anaları Zərərçəkmiş şəxs Ələkbər qızının himayəsində saxlanılması, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 103 manat olmaqla cəmi 206 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs Ələkbər qızına verilməsi müəyyən edilmiş, alimentin tutulmasının əvvəli xx.xx.2014-cü il tarixdən hesablanması, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Borclu Şəxs icra sənədlərinin icrasından yayınaraq borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edərək, heç bir üzrlü səbəb göstərmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, icra məmuru, borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs vərəm xəstəsi və işsiz olduğu üçün yığılmış aliment borcunu ödəyə bilmədiyini, hazırda işlədiyindən aybaay borcunu ödəməyə söz verdiyini bildirdi. Məhkəmə iclasında müdafiəçi Vəkil çıxışında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş tələbkar Zərərçəkmiş şəxs Ələkbər qızı bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-305/2018 saylı icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 anaları Zərərçəkmiş şəxs Ələkbər qızının himayəsində saxlanılsın. xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 103 manat olmaqla cəmi 206 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. İş üzrə borclu Şəxs borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edir. Borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-305/2018 saylı icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 anaları Zərərçəkmiş şəxs Ələkbər qızının himayəsində saxlanılması, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 103 manat olmaqla cəmi 206 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs Ələkbər qızına verilməsi müəyyən edilmiş, alimentin tutulmasının əvvəli xx.xx.2014-cü il tarixdən hesablanması, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulması da qət edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarında olan Baş Dövlət X7 Abşeron Rayon icra və probasiya şöbəsinə ünvanlandığı cavab məktubundan görünür ki, Şəxs mülkiyyətində heç bir nəqliyyat vasitəsi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 4 saylı ərazi idarəsinin Abşeron Rayon İcra şöbəsinə ünvanlandığı cavab məktubundan görünür ki, Şəxs mülkiyyətində heç bir əmlak yoxdur. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-13/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 3(012)-1456/2020 saylı qərarından Zərərçəkmiş şəxs Ələkbər qızı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, iş üzrə icraata xitam verilməsi barədə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 3(012)-1456/2020 saylı qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-305/2018 saylı icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 anaları Zərərçəkmiş şəxs Ələkbər qızının himayəsində saxlanılması, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 103 manat olmaqla cəmi 206 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs Ələkbər qızına verilməsi qət edilmişdir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi ,və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati Həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il,saat 15:00 dəqiqədən hesablansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-286/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-286/2021
26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver