Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-29/2021 16.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, X4 oğlunun, inzibati xəta törətmiş şəxs Şəxs və onun müdafiəçisi, vəkil Qanuni nümayəndə katibliyi ilə xx.xx.1967-ci Naxçıvan MR, Ordubad rayonu, Behrud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 150A, mənzil 08-də qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 08 radələrində, idarə etdiyi LAND CRUİSER minik markalı, ** OC *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Novxanı qəsəbəsində hərəkətdə olarkən X5 Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hərəkət təhlükəsizliyini təmin etməli olduğu halda bunu etməyib, hərəkəti davam etdirmiş, nəticədə Abşeron rayonu, Novxanı qəsəbəsinə doğru saatda 90 km/saat sürətlə hərəkətdə olan X3 məxsus HYUNDAİ SONATA markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq, sonuncu ilə toqquşmuş, ehtiyatsızlıqdan HYUNDAİ SONATA markalı avtomobilin sürücüsü X3 və avtomobildəki sərnişin Zərərçəkmiş şəxs2 sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetriməklə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, özünə məxsus «Land Cruiser» markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün B kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2020-ci il tarixdə saat 08 radələrində Binəqədi-Novxanı avtomobil yolunun Novxanı hissəsindən keçən yaşadığı evdən çıxaraq yola tərəf gəlmiş, yolun sağ tərəfindən təxminən 300 metr məsafədən iki maşının gəldiyini görmüşdür. Bundan sonra həmin yolu dönərək hərəkət edəcəyinə əmin olduğu üçün yola çıxımış, bir qədər getdikdən sonra isə arxadan gələn Hyundai Sonata markalı, **-MS-*** qeydiyyat nişanlı avtomaşın arxa tərəfdən onun maşınına dəyərək toqquşmuş, daha sonra işıq dirəyinə dəyərək dayanmışdır. Hadisə zamanı xəsəarət almamış, avtomobildə hər hansı bir yük və ya nasazlıq olmamışdır. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. İnzibati xəta törətmiş şəxsin müdafiəçisi, vəkil Qanuni nümayəndə tərəfilərin razılığa gəldiyini bildirərək, inzibati xəta törətmiş şəxs Şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə olunmasını xahiş etmişdir. Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2020-ci il tarixli, 1941 nömrəli rəyindən görünür ki, 1976-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol diz oynağının şişkinlik halında hematoması, hərəkət məhdudluğu bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; sağsaidin orta 1/3-nin bayır səthinin kəsilmiş yaraları-iti kənara malik olan əşya(əşyaların) təsirindən törənmişlər; qərarın təsviri hissəsində qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2020-ci il tarixli, 1940 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ saidin yuxarı 1/3-nin bayır səthinin və sol saidin orta 1/3-nin bayır səthinin çoxsaylı kəsilmiş yaraları- iti kənara malik olan əşya(əşyaların) təsirindən törənmişlər; sağ bazunun orta 1/3-nin arxa səthinin sıyrığı; sol baldırın yuxarı 1/3 ön səthinin və sağ baldırın orta 1/3-nin ön səthinin qançırları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarın təsviri hissəsində qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2020-ci il tarixli, 1942 nömrəli rəyindən görünür ki, 1979-ci il təvəllüdlü X2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – alın və təpə nahiyyələrinin çoxsaylı kəsilmiş yaraları-iti kənara malik olan əşya(əşyaların) təsirindən törənmişlər; qərarın təsviri hissəsində qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə keçirilmiş MTE və PA Birliyinin xx.xx.2020-ci il tarixli 1943 nömrəli rəyindən görünür ki, 1967-cu il təvəllüdlü Şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar edilməmişdir. Məhkəmə Eksperiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 8/1737 nömrəli rəyindən görünür ki, 1) «Land Cruiser» markalı, **-OC-*** d.q.n avtomaşının sürücüsü Şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «X5» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2) «Hyundai Sonata» markalı, **-MS-*** d.q.n avtomaşının sürücüsü X2 hərəkətlərində tədqiq olunan şəraitdə «X5» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı, canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyləri və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Hazırkı mərhələdə mülki iddia ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyi üçün mülki iddia baxılmamış saxlanılmalıdır. Baş vermiş inzibati xəta nəticəsində dəymiş zərəri mülki iddia icraatı qaydasında tələb etmək hüquqları tərəflərə izah edilməlidir. Məhkəmədə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılıq çəkməsini onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Mülki iddia baxılmamış saxlanılsın. Baş vermiş inzibati xəta nəticəsində dəymiş zərəri mülki iddia icraatı qaydasında tələb etmək hüquqları tərəflərə izah edilsin. Qərarın icrası Bakı şəhəri, Nərimanov rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-29/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-29/2021
16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver