Məhkəmə qərarları › İş №3(012)-291/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-291/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-291/2025 14.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Qərardan şikayət verən şəxs: X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 26 oktyabr 2024cü il tarixli, EQ 24357684 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X1 şikayətinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 26 oktyabr 2024-cü il tarixli, EQ 24357684 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən Faiq Kazımov şikayəti müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, barəsində tərəfindən törədilməyən yol hərəkəti qayda pozuntusuna görə xx.xx.2024-cü il tarixində EQ24357684 nömrəli qanunsuz inzibati xəta haqqında protokol və elektron qərar tərtib edilmişdir. Həmin inzibati xəta haqqqında protokolla və elektron qərarla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 manat məbləğində əsassız cərimə edilmişdir. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə müəyyən edilimiş dayanma qaydalarını pozmadığı halda barəsində tərtib edilmiş qanunsuz xx.xx.2024-cü il tarixli, EQ24357684 nömrəli inzibati xəta haqqında protokol və elektron qərar ləğv edilməlidir. Belə ki, protokolda qeyd olunan tarixdə "Yol hərəkəti haqqında" Qanunun hər hansı bir tələbi, eləcə də həmin Qanunun 52-ci maddəsinə əsasən, dayanma və durma qaydaları tərəfimdən pozulmadığı halda qanunsuz və tam əsassız olaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə EQ24357684 nömrəli protokol və elektron qərar tərtib edilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, elektron sistemə əlavə edilmiş fotodan da göründüyü kimi 3.27 yol nişanının (dayanmaq qadağandır) tələbi başqa bir nəqliyyat vasitəsinin sahibi və ya istifadəçisi tərəfindən pozulduğu halda, həmin Məcəllənin tələbləri kobud şəkildə pozulmaqla EQ24357684 nömrəli qərarla o, 20 manat məbləğində qanunsuz cərimə edilmişdir. Göründüyü kimi, barəsində qeyd olunan tarixdə - xx.xx.2024-cü il tarixində tərtib edilmiş EQ24357684 nömrəli protokolun/elektron qərarın heç bir hüquqi qüvvəsi yoxdur, və beləliklə də "Yol hərəkəti haqqında" Qanunun və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla tərtib edildiyindən həmin elektron qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, tərəfindən törədilməyən yol hərəkəti qayda pozuntusuna görə barəsində qanunsuz tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ24357684 nömrəli protokoldan/elektron qərardan elektron qaydada Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə qanunsuz tərtib edilmiş EQ24357684 nömrəli inzibati xəta haqqında protokolun/elektron qərarın ləğv edilməsini, əks təqdirdə həmin qanunsuz qərardan məhkəməyə şikayət verə bilməyi üçün qərarın surətinin ona rəsmi qaydada təqdim edilməsini və ya elektron poçtla (vekil.faigkazimov@gmai1/com e-mail ünvanına) göndərilməsini xahiş etmişdir. Eyni zamanda DİN-nin Baş X4 idarəsinə ərizə ilə elektron qaydada müraciət edərək, Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 144.1-ci və digər maddələrinin tələblərini rəhbər tutaraq, barəsində elektron qaydada şikayət verdiyi EQ24357684 nömrəli inzibati xəta haqqında protokola/elektron qərara baxılanadək həmin qərarın icrasının dayandırılmasının təmin edilməsini və qəbul ediləcək qərardad barədə ona yazılı şəkildə məlumat verilməklə, həmin qərardadın rəsmi qaydada təqdim edilməsini və ya elektron poçt ünvanına (vekil.faigkazimov@gmail/com e-mail ünvanıma) göndərilməsini xahiş etmişdir. Lakin məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, barəsində qanunsuz tərtib edilmiş xx.xx.2024cü il tarixli, EQ24357684 nömrəli protokoldan/elektron qərardan Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsinə verdiyi şikayətə və eləcə də qərarın icrasının dayandırılması barədə ərizəyə (vəsatətə) bugünədək baxılmamışdır, beləliklə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 144.1-ci maddəsinin tələbi pozulmaqla EQ24357684 nömrəli qərarın icrası dayandırılmadığından həmin qərara bugünədək əsassız şəkildə dəbbə pulunun hesablanmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 144.1-ci maddəsinin birmənalı tələbinə əsasən, qərardan şikayət verildikdə inzibati tənbeh tətbiq etmək haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin qərarın icrasını verilmiş şikayətə baxılanadək dayandırmalıdır. Qanunun tələbinə görə icranın dayandırılması barədə müvafiq qərardad qəbul edilməli və həmin qərardad dərhal onu icra edən orqana (vəzifəli şəxsə) təqdim edilməlidir. Qeyd edir ki, hazırda hər gün həmin cərimə məbləğinə cərimə məbləğinin 1%-i məbləğində dəbbə pulu hesablanır ki, hazırda da EQ24357684 nömrəli qərar üzrə ümumi cərimə məbləği 30 manata yaxındır. Bildirmək istəyir ki, barəsində qanunsuz tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ24357684 nömrəli protokoldan/elektron qərardan Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsinə verdiyim şikayətimə bugünədək baxılmamaqla "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri də pozulmuşdur. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən bugünədək ona barəsində qanunsuz tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ24357684 nömrəli protokolun/elektron qərarın surəti də təqdim edilməmişdir. Belə olan halda barəsində xx.xx.2024-cü il tarixində qanunsuz tərtib edilmiş və hazırda elektron informasiya sistemində aktiv statusda olmaqla üzərinə hər gün üçün 1%-lə dəbbə pulu hesablanan (hazırda ümumi cərimə məbləği 30 manata yaxındır) qanunsuz EQ24357684 nömrəli elektron qərardan məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmənin nəzərinə bir daha çatdırmaq istəyir ki, xx.xx.2024-cü il tarixli, EQ24357684 nömrəli protokoldan/elektron qərardan verdiyi şikayətə bugünədək Azərbaycan Respublikası DİNnin Baş X4 İdarəsində baxılmamış, inzibati orqan tərəfindən şikayəti üzrə obyektiv və ədalətli araşdırmanın təmin edilməsi üçün o, inzibati orqana bugünədək dəvət edilməmiş, onun iştirakı ilə elektron sistem vasitəsilə qanunsuz qeydə alınmış inzibati xəta ilə bağlı görüntülərə (foto, video görüntülərə və s.), eləcə də inzibati xəta haqqında iş üzrə digər materiallara baxılmamışdır. Əlavə olaraq məhkəmənin nəzərinə bir daha çatdırmaq istəyir ki, şikayət ərizəsində barəsində qanunsuz və əsasısz xx.xx.2024-cü il tarixində tərtib edilmiş EQ24357684 nömrəli inzibati xəta haqqında elektron qərarın surətinin ona təqdim edilməsi və ya e-mail ünvanına (vekil.faigkazimov@gmail/com e-mail ünvanına) göndərilməsi xahiş edilsə də bügünədək həmin mübahisəli elektron qərarın surəti Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən ona təqdim edilməmişdir. Beləliklə, yuxarıda qeyd etdiklərimdən göründüyü kimi, "Yol hərəkəti haqqında" Qanunun və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri əsaslı dərəcədə pozulmaqla və eyni zamanda tərəfindən törədilməyən yol hərəkəti qayda pozuntusuna (dayanma və ya durma qaydalarının pozulmasına) görə barəsində qanunsuz xx.xx.2024cü il tarixli, EQ24357684 nömrəli inzibati xəta haqqında protokol/elektron qərar qəbul edilmiş və həmin elektron qərardan Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsinə verdiyi şikayətə qanunun tələbləri pozulmaqla baxılmamış, tələblər bugünədək yerinə yetirilməmişdir. Bütün bunlar bir daha barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ24357684 nömrəli inzibati xəta haqqında elektron qərarın əsassız və qanunsuz olduğunu sübut edir. Beləliklə, yuxarıda qeyd etdiklərni nəzərə alaraq, hesab edir ki, Abşeron rayon Məhkəməsi tərəfindən 3(012)-230/2025 nömrəli inzibati xəta haqqında iş üzrə barəsində Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ24357684 nömrəli inzibati tənbeh tətbiq etmək haqqında qərardan məhkəməyə verdiyi şikayətin geri qaytarılmasında məhkəmə haqlı olmamışdır. Hesab edir ki, barəmdə Azərbaycan Respublikası DİN-nin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ24357684 nömrəli inzibati tənbeh tətbiq etmək haqqında qərardan məhkəməyə verdiyi şikayətin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən icraata götürülərək baxılması üçün əsaslar vardır. Odur ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla həmin Məcəllənin 346.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ24357684 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməklə, həmin inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməsi olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati qərardan şikayət verilmiş orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə inzibati qərardan şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 26 oktyabr 2024-cü il tarixli, EQ 24357684 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 26 oktyabr 2024-cü il tarixli, EQ 24357684 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində 20 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, X2 oğlu barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən 26 oktyabr 2024-cü il tarixdə qəbul edilmiş EQ 24357684 saylı inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin sonuncunun həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün, məhkəmə belə bir qərarın qanuniliyini yoxlaya bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə inzibati xəta kimi müəyyən edilmiş maddənin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə iclasında Faiq Kazımov izahatında bildirmişdir ki, səlahiyyətli orqana barəsində tərtib edilmiş protokolun və qərarın surətini əldə etmək üçün dəfələrlə müraciət etməsinə baxmayaraq, ona həmin protokolun və qərarın surəti təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmiş, bu isə öz növbəsində X1 şikayətinin qismən təmin edilməsinə, hazırki material üzrə sonuncunun iştirakı ilə yenidən hərtərəfli, tam və obyektiv araşdırmanın təmin edilməsinə zərurət yaratmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏRARA ALDİ:

X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 26 oktyabr 2024-cü il tarixli, EQ 24357684 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Şikayət digər hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar