Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-293/2022 15.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, ilə «Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec» Publik Hüquqi şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsi tərəfindən «Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec» Publik Hüquqi şəxsi barəsində İXM-in 347-ci maddəsi ilə 31.01.2022-ci il tarixdə AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, həmin hüquqi şəxsin mülkiyyətində olan Mitsubishi minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 31.01.2022-ci il tarixdə saat 11:38 radələrində inzibati xəta törədilməsi zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın bu barədə 14 yanvar 2022ci il tarixli sorğusu 17.01.2022-ci il tarixdə daxil olduğu vaxtdan 5 gün müddətinə cavab verməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron Rayon Polis İdarəsinə və publik hüqiqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında onların səlahiyyətli nümayəndəsi iştirak etməmiş, məhkəmədə iştirak etməmə səbəbləri barədə əvvəlcədən məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, məhkəmə iclasının barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin və publik hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Barəsində protokol tərtib edilmiş «Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec» Publik Hüquqi şəxsindən məhkəməyə daxil olmuş məktubdan görünür ki, kollecin istifadəsində olan ** AA *** nömrəli nəqliyyat vasitəsini idarə edən sabiq sürücü X1 avtomobili idarə edən zaman yol qaydalarını pozaraq cəriməyə düşmüşdür. Həmin şəxsə cərimələrin ödənilməsi üçün kollec tərəfindən telefon vasitəsilə xəbərdarlıq edilmişdir. Lakin cərimələr ödənilməmişdir. Bununla əlaqədar avtomobildən kolleci istifadə etmək olmur. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, hüquqi şəxs olan «Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec» Publik Hüquqi şəxsinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin dispozisiyasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec» Publik Hüquqi şəxsi haqqında inzibati tənbeh tətbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə həm də kollec tərəfindən göndərilən məktuba münasibətdə qeyd edir ki, hazırda məhkəmədə həmin avtomobildə olan cərimələrin ödənilmədiyi ilə bağlı deyil, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi ilə bağlı inzibati məsuliyyətin olub olmaması araşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec» Publik Hüquqi şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinsin, ona 300 (üç yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-293/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-293/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver