Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2930/2025 28.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşı X4 iştirakı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 247.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin 14 oktyabr.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X13 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 247.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına əsas İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin məsləhətçisi X19 tərəfindən 30 sentyabr 2025-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində yerləşən fiziki şəxs X7 mülkiyyətində olan ümumi sahəsi 03413 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hasarlama işləri aparması, torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etməsinə dair MN 2120672№-li inzibati xəta haqqında protokol və akt tərtib etmiş və o, təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin müfəttişləri tərəfindən aparılan monitorinq zamanı Sabunçu rayonu Məmmədli kəndində yerləşən fiziki şəxs X7 mülkiyyətinə verilmiş torpaq sahəsində tikinti işlərinin aparıldığı, torpaq sahəsinin məqsədli təyunatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edildiyi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin müdiri X8 X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək 500 manat məbləğində inzibati qaydada cərimə etməsinə dair 14 oktyabr 2025-ci il tarixli. MN ******* №-li “İnzibati tənbeh vermə haqqında qərarı aşağıda qeyd etdiyim əsaslara görə ləğv olunmalıdır. X13 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta əməlləri törədilməmişdir. Rəvan Məhərrəmov öz mülkiyyətində olan torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilmə halına yol verməmişdir. R. Məhərrəmovun mülkiyyətində Abşeron rayonu Məmmədli kəndi ərazisində 03413 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Abşeron rayonu Məmmədli kəndi ərazisində 0.30 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. X17 rayonu Məmmədli kəndi ərazisində 0.30 ha. torpaq sahəsini 22 iyul 2025-ci il tarixdə X5 0.041340 ha. torpaq sahəsini 01 avqust 2025-ci il tarixdə X11 alqı-satqı müqavilələri əsasında almışdır. X13 tərəfindən torpaq sahələri alınarkən torpaq sahəsini qonşu torpaq sahələrindən hörülmüş divarla ayrılmışdır. Rəvan Məhərrəmov tərəfindən torpaq sahəsində hər hansı bir tikinti işləri aparılmamış və torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməmişdir. X7 Abşeron rayonu. Məmmədli kəndi ərazisində 0.30 ha. torpaq sahəsi üzərində mülkiyyət hüququ 26. 07. 2025-ci il tarixdə və 0.041340 ha. torpaq sahəsi üzərində mülkiyyət hüququ 08. 08. 2025-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin tərəfindən qeydiyyata alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin məsləhətçisi X19 tərəfindən tərtib olunmuş 30 sentyabr 2025-ci il tarixli MN 2120672№-li inzibati xəta haqqında protokoldan göründüyü kimi X12 məxsus 03413 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Abşeron rayonu. Məmmədli kəndi ərazisində yerləşir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin məsləhətçisi X19 torpaq sahəsinin yerləşdiyi ərazinin faktiki ünvanını qəsdən, bilə-bilə ikili ünvan kimi göstərmişdir. Belə ki, inzibati xəta törədilməsi haqqında protokolda 03413 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Bakı şəhərinin və ya Bakı şəhəri tabeliyimdə olan Sabunçu rayonunun ərazisi olmadığını bildiyi halda inzibati məsuliyyətə cəlb olunmasına dair protokolda torpaq sahəsinin Sabunçu rayonu. Abşeron rayoni Məmmədli kənd ərazisi kimi qeyd etmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin məsləhətçisi X14 torpaq sahəsinin hansı rayonun ərazisində yerləşməsini saxtalaşdıraraq Sabunçu və Abşeron rayon ərazisi göstərməsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin müdiri X15 təkrarlayaraq 14 oktyabr 2025-ci il tarixli, MN ******* №-li “İnzibati tənbeh verinə haqqında qərarında X12 mülkiyyət hüququ ilə məxsus olan 03413 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Sabunçu rayonu və Abşeron rayonu Məmmədli kəndi ərazisində olan torpaq sahəsi göstərməklə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin müdiri X2 Rəvan Valeh oğlunun İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi inzibati məsuliyyətə cəlb olunmasına dair qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 42.1-ci və 135.1.5-2-ci maddəsinin tələbini (inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi) pozmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən Bakı şəhəri və Bakı şəhərinin tabeliyində olan rayonların ərazi hüdudlarında olan torpaq sahələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta əməllərinə dair işlərə baxmağa səlahiyyətlidir. Abşeron rayonu ərazisində baş vermiş inzibati hüquq pozuntusuna dair işlərə baxmaqda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi və ya həmin şöbənin müdiri X1 vəzifəli şəxs deyil. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin müdiri X3 Xətalar Məcəlləsinin 42.1-ci maddəsinin tələbini pozaraq X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 500 manat məbləğində inzibati qaydada cərimə etməsinə dair 14 oktyabr 2025-ci il tarixli. MN ******* №-li “İnzibati tənbeh verinə haqqında qərar qəbul etmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin məsləhətçisi X19 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin müdiri X3 Xətalar Məcəlləsinin 21 və 48-ci maddəsinin tələbləri ilə müəyyən olunmuş halları nəzərə almadan, özlarinin xidməti əraziləri hüdudundan kənarda olan, Abşeron rayonu Məmmədli kəndi ərazisində qanunsuz və əsassız yoxlama aparmış və torpaq sahəsinin faktiki yerləşdiyi ərazinin səlahiyyətlərində olan ərazi hüdudlarında olmayan torpaq sahəsi olmasını bilə-bilə əsassız protokol tərtib etmiş və qanunsuz qərar qəbul etmişdir. Ona görə də qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs iştirak etməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşı A. Mursaquliyev şikayətin dəlillərini qəbul etməyərək şikayətinin təmin edilməməsini və xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edərək əlavə olaraq onu da vurğuladı ki, Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisi daxilində, Abşeron rayonu ərazisində yerləşən, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Çıxarışla icarəyəə verilmiş, dövlət mülkiyyətində olan həmin torpaq sahəsində fərdi tikililərin inşa edilməsi faktı ilə bağlı, kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edildiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən 3009.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarla 500,0 manat inzibati cərimə tətbiq edilmişdir. Protokol və qəbul edilmiş qərara dair sənədlərin surətləri sifarişli poçt göndərişləri vasitəsilə şəxsin qeydiyyatda olduğu ünvanına göndərilmişdir. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də görünür ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi təyinatı üzrə istifadə edilmir, halbuki, Torpaq Məcəlləsinin 13-cü maddəsində nəzərdə tutulduğu kimi kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsinə dair məqsədlər üçün istifadə edilə bilər. Foto şəkillərdən də göründüyü kimi əsaslı tikinti işləri aparmaqla torpaqdan təyinatı üzrə istifadəsi həyata keçirilməmişdir. Şikayət ərizəsində olan və tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin 4.10.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində inzibati cərimə edilmişdir. DƏDRX-nin xx.xx.2025-cü il tarixli **********91 saylı çıxarışından görünür ki, Abşeron rayonu, Məhəmmədli kəndi ərazisində yerləşən 0.30 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı (kənd təsərrüfatı məhsullarının istehsalı) torpaq sahəsidir və X7 mülkiyyətindədir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, X7 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin xx.xx.2025-ci il tarixli, inzibati tənbehin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X13 şikayətində özünü təqsirli bilməyərək onun əməlində Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olmadığını göstərərək, Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron rayon ərazi şöbəsinin xx.xx.2025-ci il tarixli MN № ******* qərarından razı olmadığını bildirsə də təqdim edilən geniş görüntülü fotoşəkillərdə sonuncunun mülkiyyətində olan torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi və həmin sahənin əkin sahələri kimi istifadə olunmaması müəyyən olunur. Halbuki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin tələblərinə görə kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilə bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə müvafiq olaraq torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Göründüyü kimi X7 mülkiyyətində olan 0,30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əsaslı tikinti aparılmasına başlamazdan əvvəl yuxarıda qeyd edilən qanun normasının tələbinə uyğun olaraq torpağın kateqoriyasının dəyişdirilməsini həyata keçirmədən torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayaraq dəmir konstruksiyalardan istifadə etməklə birqat daş hasar işləri aparılması ilə qanunvericiliyinin tələblərini pozmuş bu səbəbdən də barəsində əsaslı olaraq inzibati tənbeh tədbiri görülmüşdür. Beləliklə, hazırki iş üzrə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlirəm ki, X7 mülkiyyətində olan 0,30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində məqsədli təyinatına uyğun olmayaraq başqa məqsədlər üçün istifadə etməsi ilə əlaqədar qanun pozuntularına yol verilməsi faktı aşkar edildiyinə görə ona inzibati tənbeh tətbiq edilməsi barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı ərazi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur, ona görə də müvafiq orqanın qərarı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 247.2-ci maddəsi ilə təqsirli bilinib, 500 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilməsin. X7 Azərbaycan Respublikası İXM-in 247.2-ci maddəsi ilə təqsirli bilinib 500 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-2930/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2930/2025
28.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver