Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-294/2023 07.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X2ynun katibliyi, X1nun və onun vəkili X4, qərarından şikayət verilən şəxs Baş Dövlət Yol Polisi İdarəsinin İ tağım YPX əməkdaşı polis baş serjantı Nümayəndə iştirakları ilə, Baş Dövlət Yol Polisi İdarəsinin İ tağım YPX əməkdaşı polis baş serjantı Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan X3 şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Baş Dövlət Yol Polisi İdarəsinin İ tağım YPX əməkdaşı polis baş serjantı Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İ Tağım YPX əməkdaşı polis baş serjantı Nümayəndə xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında Qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 150 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Qərarın surəti rəsmi qaydada X5 08 fevral 2022-ci ildə təqdim edilmişdir. Həmin qərarla “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 tərtib edilmiş xx.xx.2023-ci il tarixli İXP5139238 nömrəli protokola əsasən o, xx.xx.2023-ci il tarixdə, saat 16:54-də Bakı Quba yolu 23 cü km ərazidə VOLVO FH 12 YÜK markalı 990A411 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına yol verdiyindən İXM-nin 342.5 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyindən 150 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü təqdim edilmişdir.” Hesab edir ki, həmin qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, X6 xx.xx.2023-ci il tarixdə, saat 16:54-də Bakı- Quba yolunun 23-cü kilometrliyində, Abşeron rayonu ərazisində VOLVO FH 12 YÜK markalı ** OA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən DİN BDYP İdarəsinin İ Tağım YPX əməkdaşı polis baş serjantı Nümayəndə tərəfindən saxlanılmış, avtomaşının kabinəsi üzərində mövcud olan 2 xarici işıq cihazı ilə bağlı ona irad tutulmuşdur. Telman Alışov həmin xarici işıq cihazının avtomaşının komplektasiyasına daxil olduğunu, avtomaşını 2008-ci ildə etibarnamə əsasında əldə etdiyini, həmin vaxtdan hazırkı vaxta kimi idarə etdiyini, hər il texniki baxışdan keçirdiyini, heç vaxt qeyd olunan xarici işıq cihazı ilə bağlı ona irad tutulmadığını bildirmişdir. Lakin YPX əməkdaşı Nümayəndə onunla razılaşmamış, göstərilən işıq cihazlarının sökülüb çıxarılması barədə göstəriş vermişdir. Telman Alışov YPX əməkdaşının göstərişinə əməl etmiş, avtomaşının kabinəsi üzərində mövcud olan 2 xarici işıq cihazını söküb çıxarmışdır. Buna baxmayaraq YPX əməkdaşı Nümayəndə inzibati protokol və inzibati qərar tərtib edərək Telman Alışovu 150 manat cərimə etmişdir. Telman Alışov barəsində tətbiq edilmiş inzibati tənbeh tədbiri ilə razılaşmadığından şikayət ərizələri ilə Abşeron rayon prokuroruna və DİN BDYPİ-nə şikayət ərizələri ilə müraciət etmiş, lakin heç bir müsbət nəticəsi olmamışdır. Göründüyü kimi, Telman Alışovun əməlində İXM-nin 342.5 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Belə ki, sözügedən xarici işıq cihazları Telman Alışov tərəfindən idarə etdiyi nəqliyyat vasitəsinə quraşdırılmamışdır. Həmin xarici işıq cihazları zavod istehsalı şəraitində VOLVO FH 12 YÜK markalı nəqliyyat vasitəsinə quraşdırılmışdır. Belə olmasaydı ötən 15 il ərzində hər il keçirilmiş texniki baxış zamanı göstərilən xarici işıq cihazlarının istifadəsi qadağan edilərdi. Digər tərəfdən, Telman Alışov YPX əməkdaşının göstərişinə əməl etmiş, avtomaşının kabinəsi üzərində mövcud olan 2 xarici işıq cihazını söküb çıxarmışdır. Şərh olunanlara əsasən, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 150 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsinə dair DİN BDYP İdarəsinin İ Tağım YPX əməkdaşı polis baş serjantı Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli İXP ******* nömrəli protokol və xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən X1 xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən X1 vəkili X7 şikayəti müdafiə edərək xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin İ tağım YPX əməkdaşı polis baş serjantı Nümayəndə şikayətin əsassız olduğunu, ona görə də qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İ Tağım YPX əməkdaşı polis baş serjantı Nümayəndə xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında Qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 150 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, toplanmış iş materiallarında X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilməsi göstərilsə də, X3 əməlində həmin Məcəllənin 342.2.2 və 342.5-ci maddələrində nəzərdə tutulan xətanın tərkib əlamətlərinin olmasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsindən görünür ki, Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə məsuliyyəti nəzərdə tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsindən görünür ki, Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyasından görünür ki, Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə məsuliyyəti nəzərdə tutulmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin avadanlığın sonradan quraşdırılması və ya zavod istehsalı olmasına dair mübahisə mövcuddur Sözügedən inzibati xəta haqqında iş üzrə isə X3 əməlində həmin maddənin dispozisiyasında göstərilən pozuntunun olması müəyyən edilməmişdir. Bu da bir daha sübut edir ki, DYP tərəfindən iş üzrə tam, hərtərəfli və dəqiq araşdırma aparılmadan şəxsin məsuliyyətə cəlb edilməsi üçün müvafiq iş materialları toplanmaqla barəsində inzibati icraat aparılaraq düzgün qərar qəbul edilməmişdir. Ona görə də, məhkəmə X3 əməlində qeyd olunan inzibati xəta tərkibinin olmaması səbəbi ilə verilmiş şikayətin qismən təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Sadalanan qanun normalarının tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildiyi vaxt dərhal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə inzibati xəta haqqında protokol tərtib edilməli, şəxsə İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməli, tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsə verilməlidir. Məhkəmədə X3 göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübut olunmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, barəsində tərtib edilmiş protokol əsasında mütəxəssis rəyi olmadan onun inzibati cərimə edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası İXM-in 342.5 və 342.2-ci maddəsi ilə təqsirli bilinib, 150 manat inzibati cərimə tətbiq edilməsinə dair Baş Dövlət Yol Polisi İdarəsinin İ tağım YPX əməkdaşı polis baş serjantı Nümayəndə xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və və inzibati xəta haqqında işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İXM-nin 342.5 və 342.2-ci maddəsi ilə qəbul olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün qərarı qəbul edən Baş Dövlət Yol Polisi İdarəsinin İ Tağım YPX-nə göndərilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-294/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-294/2023
07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver