Məhkəmə qərarları › İş №3(012)-2956/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2956/2025

21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2956/2025 21.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi ilə Prortokol tərtib etmiş: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmətinin 02 saylı X2 nümayəndəsi Nümayəndə Barəsində inzibati icraat aparılan “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hüquqi şəxsin nümayəndəsi: Heydər Əliyev adına X15” nümayəndəsi X5 iştirakı ilə “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X15” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmətinin 02 saylı X1 daxil olmuş materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmətinin 02 saylı X4 tərəfindən məhkəməyə daxil olmuş inzibati xəta haqqında 12 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 27 oktyabr 2025-ci il tarixdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X15 13 №-li sahəsində formalaşan tullantı sularının təmizlənmədən birbaşa Daşagil gölünə axıdılması aşkar edilmişdir. Bununla da “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmətinin 02 saylı X2 nümayəndəsi Nümayəndə məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, 27 oktyabr 2025-ci il tarixdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən (40 26 33 20 N, 49 40 10 14 E) Socar Şirkətinin Heydər Əliyev adına X15 neft məhsullarının qəbulu, saxlanılması və göndərilməsi üzrə 13 №-li sahəsində formalaşan tullantı sularının təyinatsız axıdılması faktı aşkar olunmuşdur. Həmin ərazidə formalaşmış tullantı sularının zərərli təsirinin qarşısını almaq üçün tələb olunan tədbirlər görülmədən axıdıldığı müəyyən edilmişdir. Mövcud tullantı sularının ərazidən zərərsizləşdirilmə tədbirləri görülmədən axıdıldığı müşahidə edilmişdir. Bunu təsdiq edən araşdırmanın nəticələrini əks etdirən akt və videogörüntülər məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X15” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X15” nümayəndəsi Rövşən Məmmədov məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş inzibati xəta haqqında protokolla bağlı özünü təqsirli bilməyərək, bildirdi ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X6i xidməti 2 saylı Abşeron–X9 məsləhətçisimüfəttişi Nümayəndə tərəfindən Heydər Əliyev adına X16 barəsində tərtib olunmuş 12 noyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixində Abşeron rayonu, A. Güzdək qəsəbəsi ünvanında DNS-nin Heydər Əliyev adına NEZ-in 13 nömrəli sahəsində formalaşan tullantı sularının təmizlənmədən birbaşa Daşağıl gölünə axıdılması faktı aşkar olunmuşdur. Nəticədə DNS-nin Heydər Əliyev adına NEZ-in 13 nömrəli sahəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, Heydər Əliyev adına X16 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə bağlı başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, 27 oktyabr 2025-ci il tarixli 000493 nömrəli aktda göstərilmişdir ki, Heydər Əliyev adına X15 neft məhsullarının qəbulu, saxlanılması və göndərilməsi üzrə 13 nömrəli sahədə formalaşan tullantı sularının təyinatız axıdılması faktına rast gəlinmişdir. Keçirilən baxış zamanı 13 nömrəli sahənin fəaliyyəti zamanı formalaşan tullantı suları xüsusi çəkilmiş boru ilə heç bir təmizlənmə prosesindən keçmədən birbaşa Daşağıl gölünə axıdılması müəyyən edilmişdir. Bildirirki protokolu tərtib etmiş qurum tərəfindən məhkəməyə təqdim olunmuş foto şəkildə quyunun içərisinə boru salındığı görünsə də, əslində həmin vaxt boru vasitəsilə quyuya hər hansı tullantı suyu axıdılmamışdır. Həmin quyu Zavodun balansında olsa da, uzun müddətdir ki, Zavod tərəfindən istismar olunmur. Şəkildə təsvir olunmuş boru isə 13 nömrəli sahəyə gələn içməli su xəttində baş vermiş xətanın aradan qaldırılması zamanı hər ehtimala qarşı suyun ətrafa axacağı təqdirdə baş verə biləcək fəsadların qarşısının alınması üçün quyuya yönləndirilmişdir. Lakin su xəttində baş vermiş nasazlıq aradan qaldırılmış və boru xətti ilə quyuya suyun axıdılmasına zərurət qalmamışdır. Bundan başqa, quyuya suyun axıdılmasının təsdiq olunması üçün boru xəttinin qoşulduğu başlanğıc nöqtənin də şəklinin çəkilməsi mütləq olduğu halda, məhkəməyə təqdim olunmuş şəkildə yalnız borunun quyuya salınmış hissəsi təsvir olunmuşdur. Çünki zərurət yaranmadığından boru vasitəsilə suyun axıdılması prosesi baş verməmişdir. Göründüyü kimi, quyuya salınmış, faktiki istifadə olunmamış boruya görə ehtimallara əsaslanaraq X16 barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Tərtib olunmuş 27 oktyabr 2025-ci il tarixli 000493 nömrəli aktda ümumi olaraq “tullantı suları” ifadəsi işlədilsə də, Zavod tərəfindən hansı tullantı sularının axıdıldığı konkret olaraq göstərilməmiş və bu halları təsdiq edən hər hansı sənəd protokolu tərtib edən dövlət qurumu tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bildirir ki, neft məhsullarının qəbulu, saxlanılması və göndərilməsi üzrə 13 nömrəli sahədə formalaşan tullantı sularının yığılması üçün bir neçə çən mövcuddur. 13 №-li istehsalatın 1009 və 1010 №-li çənlərində qarışıq məhsullar, eləcə də tullantı suları yığıldıqdan sonra oradan xüsusi maşınlar vasitəsilə mütəmadi olaraq Zavodun 2 nömrəli istehsalatına daşınır. Aparılmış araşdırma zamanı bu qurğuların mövcud olub-olmadığı aydınlaşdırılmamışdır. Əgər araşdırma aparılmış olsaydı, o zaman Heydər Əliyev adına X15 13 nömrəli istehsalatının ərazisində tullantı sularının saxlanılması üçün avadanlıqların (çənlərin) mövcud olduğu aşkar edilmiş olardı. Bildiririk ki, inzibati araşdırma aparılmasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Heydər Əliyev adına X15 nümayəndəsinin iştirakı təmin olunmamış, araşdırmanın yeri və vaxtı barədə Zavoda məlumat verilməmişdir. X10 adına X16 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmətinin 02 saylı X3 tərəfindən 27 oktyabr 2025-ci il tarixli, 000493 saylı aktdan görünür ki, 27 oktyabr 2025-ci il tarixdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən (40 26 33 20 N, 49 40 10 14 E) Socar Şirkətinin Heydər Əliyev adına X15 neft məhsullarının qəbulu, saxlanılması və göndərilməsi üzrə 13 №-li sahəsində formalaşan tullantı sularının təyinatsız axıdılması faktına rast gəlinmişdir. Keçirilən baxış zamanı Socar Şirkətinin Heydər Əliyev adına X15 neft məhsullarının qəbulu, saxlanılması və göndərilməsi üzrə 13 №-li sahəsində formalaşan tullantı suları xüsusi çəkilmiş boru ilə heç bir təmizlənmə prosesindən keçmədən birbaşa Daşagil gölünə axıdılması müəyyən edilmişdir. Socar Şirkətinin Heydər Əliyev adına X15 neft məhsullarının qəbulu, saxlanılması və göndərilməsi üzrə 13 №-li sahəsinin nümayəndəsi X7 yerində aparılan araşdırma zamanı onlarla birlikdə iştirak etmişdir. Nümayəndə şifahi olaraq tullantı sularının Daşagil gölünə axıdılmasına dair müvafiq icra hakimiyyəti orqanının səndədlərinin olmadığını bildirmişdir. Bununla da Socar Şirkətinin Heydər Əliyev adına X15 neft məhsullarının qəbulu, saxlanılması və göndərilməsi üzrə 13 №-li sahəsi tərəfindən Azərbaycan Respublikası Su Məcəlləsinin 77, 78 və 103-cü maddələrinin və Su Təchizatı və Tullantı Suları haqqında Qanuni və Ətraf Mühütün çirkənləndirilməsinə görə ödənişlərin tətbiqi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 mart 1992-ci il tarixli 122 №-li qərarından irəli gələn tələbləri pozulmuşdur.

2. İnzibati xəta haqqında 12 noyabr 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, 27 oktyabr sentyabr 2025-ci il tarixdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X15 13 №-li sahəsində formalaşan tullantı sularının təmizlənmədən birbaşa Daşagil gölünə axıdılması aşkar edilmişdir.

Məhkəmə proses iştirakçıılarını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X16 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən hüquqi şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası Su Məcəlləsinin: 1-ci maddəsinə əsasən su obyekti — relyef formasına uyğun olaraq yerin üstündə və ya yerin təkində suların toplandığı sərhədləri, ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft, yaxud geoloji strukturdur; 38-ci maddəsində göstərilmişdir ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai ehtiyacları ödəmək məqsədi ilə həyata keçirilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur; 40-cı maddəsinə əsasən su obyektləri istifadəyə icazə və sudan istifadə müqaviləsi əsasında verilir; 103-cü maddəsinə əsasən su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər bu Məcəllənin 102-ci maddəsində göstərilən hallarda; su obyektlərini özbaşına tutduqda və ya sudan özbaşına istifadə etdikdə; su obyektlərində özbaşına hidrotexniki və digər qurğular tikdikdə; su obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri pozduqda; sudan istifadə limitlərinə əməl etmədikdə; su istehlakçılarını müəyyən olunmuş müddətlərdə və həcmdə su ilə təmin etmədikdə; su obyektlərini çirkləndirdikdə, zibilləndirdikdə və tükəndirdikdə; su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar etdikdə; su ehtiyatlarından israfçılıqla istifadə etdikdə; sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suları çirkləndirdikdə, torpaqların su eroziyasına və başqa zərərli hallara səbəb olduqda; hidrotexniki və kommunal su təsərrüfatına aid olan işləri özbaşına gördükdə; su təsərrüfatı qurğularını və avadanlığını zədələdikdə, onların istismarı qaydalarına riayət etmədikdə; su təsərrüfatı qurğularının və avadanlıqlarının istismarı qaydalarını pozduqda; sudan təyinatı üzrə istifadə etmədikdə; su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda; kollektor və drenaj sistemlərini dağıtmaqla torpaqların meliorasiya vəziyyətini pisləşdirdikdə; sudan istifadəyə görə haqqı və sudan istifadə qaydalarını pozmağa görə cərimələri, habelə su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sular görə ödənişləri vaxtında ödəmədikdə; lazımi icazə olmadan su çıxarmaq üçün quyular qazdıqda və ya su çıxarmaq üçün quyuların qazılması qaydalarını və texnologiyasını pozduqda; su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə; su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət etmədikdə; xüsusi qorunan su obyektlərinin rejimini pozduqda; su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət edən orqanların göstərişlərini yerinə yetirmədikdə; içməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitariya mühafizəsi zonalarının tələblərini pozduqda; içməli suyun keyfiyyəti sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlmədikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə görə su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə materialları, tərtib olunmuş inzibati xəta haqqında protokolu, təqdim edilmiş akt və əlavələri, foto və video materialları, habelə tərəflərin izahatlarını araşdırmaqla müəyyən etmişdir ki, Heydər Əliyev adına X16 tərəfindən formalaşan tullantı sularının təmizlənmədən ətraf mühitə axıdılması ilə bağlı göstərilən hallar öz təsdiqini tapmışdır. Belə ki, Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X15 13 №-li sahəsində formalaşan tullantı sularının xüsusi çəkilmiş boru vasitəsilə təmizlənmə prosesindən keçmədən Daşağıl gölünə axıdılması iş materiallarına əlavə olunmuş foto və videoçəkilişlərlə də təsdiq olunmuşdur. Bundan başqa barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında tərtib olunmuş aktda “zavod tərəfindən hansı tullantı sularının axıdılmasının konkret olaraq göstərilmədiyini bildirsə də, lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinin tətbiqi üçün tullantı sularının kimyəvi tərkibinin müəyyən edilməsinə ehtiyac yoxdur. Beləliklə qeyd olunanlara əsasən müəyyən edilmişdir ki, tullantı sularının hansı tərkibli olması inzibati xəta tərkibinin yaranmasına mane hesab olunmur. Bundan başqa barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında qeyd etdiyi digər halla bağlı yəni borunun “ehtimal üçün” quyuya yönləndirildiyini, lakin suyun faktiki olaraq axıdılmadığına dair verdiyi izahatında borunun aktiv su xətləri üzərində aparılan işlər əlaqədar çəkilməsini, borunun birbaşa quyuya yönləndirilməsini, fövqəladə vəziyyətin aradan qaldırıldığını iddia etsə də, bunun təsdiqi üçün heç bir rəsmi sənəd və akt təqdim etməməsi sübutların tam təsdiq olunmadığını göstərir. Hüquqi şəxs öz iddiasını sübut etmək üçün əlavə materialları təqdim etmək öhdəliyinə malikdir. İnzibati xətanın mövcud olmaması ilə bağlı iddianın sübut edən əlavələrin təqdim edilməsi isə hüquqi şəxsin vəzifəsindədir. Həmçinin Zavodun nümayəndəsi tərəfindən tullantı sularının yığılması üçün çənlərin mövcud olmasını qeyd etsə də, lakin məhkəmə həmin faktla bağlı qeyd edir ki, həmin gün tullantının quyuya yönləndirilmədiyini sübut etmək mümkün deyil. Borunun quyuya salınmış vəziyyətdə olması normadan kənar dövriyyəsini göstərir. Buna görə də çənlərin mövcudluğu inzibati xətanın mövcudluğunu aradan qaldırmır. Son olaraq aparılan inzibati araşdırma zamanı zavodun nümayəndəsinin iştirak etməməsi faktın sübut edilmiş olmasını aradan qaldırmır. Belə ki, araşdırma zamanı zavodun nümayəndəsinin iştirakının təmin edilməməsi prosesual pozuntu hesab olunsa da, lakin bu əməlin törədilməsinə dair sübutları şübhə altına almır. Belə ki, qanunvericiliyə əsasən qeyd olunan prosesual pozuntu yalnız dəlillərin əldə edilməsinə birbaşa təsir göstərdiyi halda hüquqi nəticə doğura bilər. Hazırkı işdə təqdim olunmuş foto, video və akt materialları bu pozuntudan asılı olmayaraq əməlin törədilməsini təsdiqləyir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X16 barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri və ictimai təhlükəlilik dərəcəsi, əməlin törədilmə şəraiti, hüquqi şəxsin davranışı və onun üzərinə düşən vəzifələri yerinə yetirməməsi, habelə təqsirin sübuta yetirilmiş olması nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimənin aşağı həddə müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 7500 (yeddi min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar