Məhkəmə qərarları › İş №3(012)-2961/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2961/2025

21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2961/2025 21.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, qərardan şikayət vermiş X4 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 555.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR ƏƏSMN yanında DƏMX Abşeron Xızı regional şöbəsinin rəisi X12 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN №1870978 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinərək 1200 (min iki yüz) manat /məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, qəbul ediimiş qərar tam əsassızdır. Belə ki, AR ƏƏSMN yanında DƏMX Abşeron Xızı regional şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə ona məktub göndərilmişdir. Həmin məktubda göstərilmişdir ki, X11 ilə iş vaxtı baş vermiş hadisə ilə bağlı ətraflı məlumat verilməsi, araşdırmaya dair sənədlərin (1. Əmək müqaviləsinin surətinin, iş vaxtının uçotu tabellərindən çıxarış 2025-ci ilin iyul və avqust ayları üzrə vəzifə tələimatının surəti, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair keçirilən təlimatlar haqqında sənədlərdən çıxarış, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən çıxarış) 7 iş günü müddətində DƏMX-nin Abşeron-Xızı regional şöbəsinə təqdim edilməsi üçün göndərilən xx.xx.2025-ci il tarixli 3-17-5/2-H-69616/2025 nömrəli məktubu xx.xx.2025-ci il qəbul etmişdir. Lakin həmin məktub ona gəlib çatmamışdır. Bu barədə Abşeron Rayon Qobu PŞ-nə müraciət etmişdir. Oradan ona rəsmi olaraq izahat təqdim edilmişdir. Həmin izahatında poçtalyon Solmaz Ağayeva bildirmişdir ki, xx.xx.2025-ci il tarixində SS ********* AZ ştrix kodu olan məktubun sahibini tanımadığına görə ona zəng etmiş, lakin telefona zəng çatmamış, evini isə tanımamışdır. 1 həftədən sonra telefona yenidən zəng etmiş xanımla danışıb məktubu çatdırmışdır. Odur ki, üzürlü hesab edilməsini, xanımı tanımadığı üçün məktubu geri qaytarmayıb, 1 həftədən sonra telefon aktiv olarkən ona çatdırmışdır. Buradan da görünür ki, barəsində tərtib olunan protokol ona gec çatmışdır. O daha sonra xx.xx.2025-ci il tarixdə keçririlən iclasda iştirak edərək, hadisə ilə bağlı ərizə yazmışdır. Lakin orada ona sənədlərin təqdim olunması bildirilməmişdir. Cərimə olunduğu maddəsində qeyd olunduğu kimi bədbəxt hadisə baş verməmişdir. X14 hadisə zamanı yüngül xəsarət almışdır. Ona ilkin tibbi yardım göstərilmiş, tezliklə sağalmışdır. Hadisə günü onun aparıldığı xəstəxanaya da bu barədə məlumat verilmişdir. Buna görə də, İXM-nin 555.1-ci maddəsi ilə tənbeh edilməyinə dair AR ƏƏSMN yanında DƏMX Abşeron Xızı regional şöbəsinin rəisi X12 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar inzibati xəta hadisəsi olmadığından ləğv edilməlidir. Ona görə də şikayətinin təmin olunmalıdır. Bununla yanaşı X6 yazılı vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, AR ƏƏSMN yanında DƏMX Abşeron Xızı regional şöbəsinin rəisi X12 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN №1870978 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin qərar poçt vasitəsi ilə ona xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Lakin şikayətdə də qkeyd etdiyi kimi poçtalyon tərəfindən ona gec çatdırılmışdır, (poçtalyon tərəfindən verilmiş izahatı şikayətimə əlavə etmişəm) Belə ki, qərarı xx.xx.2025-ci ildə ona təqdim etmişlər. Qeyd olunanları nəzərə alaraq, AR ƏƏSMN yanında DƏMX Abşeron Xızı regional şöbəsinin rəisi X12 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN №1870978 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmə müddətinin buraxılması səbəbinin üzrlü hesab edilməsini və həmin müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X6 vəsatətin dəlillərini əsaslandırıb, eyni zamanda şikayətinin mahiyyətinə uyğun çıxış edərək vəsatətin və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X3 şikayəti əsassız hesab edərək bildirdi ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və onlara hüquqi qiymət verilməsi səlahiyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə məxsusdur. Əmək Məcəlləsi və Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş tələblərə əsasən, işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş verməsi barədə X10 Xidmətinə dərhal məlumat verilməsi öhdəliyi nəzərdə tutulur. Bu öhdəlik hadisənin başvermə faktı qeydə alındığı andan etibarən işəgötürənin üzərinə düşür. Hadisə barədə daxil olmuş məlumat əsasında X10 Xidməti tərəfindən ilkin qiymətləndirmə aparılır. Əgər hadisə istehsalatla bilavasitə bağlıdırsa, qanunvericiliyin tələblərinə uyğun olaraq, Xidmət tərəfindən araşdırma başlanılır və müvafiq rəy tərtib olunur. Əgər araşdırma nəticəsində hadisənin istehsalat fəaliyyəti ilə əlaqəli olmadığı müəyyən edilərsə, X10 Xidməti tərəfindən əlavə araşdırma aparılmır və işə xitam verilir. X6 tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən "Osmanlı’’ restoranında "fırınçı” işində işləyən X13 xx.xx.2025-ci il tarixdə saat 14:00 radələrində iş vaxtı yanıq xəsarət alması nəticəsində baş vermiş bədbəxt hadisənin baş vermə faktı barədə X10 Xidmətinə hər hansı məlumat verilməmiş, bu hal şəxsin öz şikayətində də qeyd olunmuşdur. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsinin tələbləri pozulmuş və onun barəsində xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 1200 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Odur ki, göstərilənlərə əsasən X6 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, X6 inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXMnin 555.1-ci maddəsi ilə 1200 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə qərardan şikayət vermiş X4 qəbul edilən xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülməmiş hesab edilməsi barədə vəsatətinə münasibətdə qeyd edir ki, hazırda işə baxılarkən müəyyən edilmişdir ki, mübahisələndirilən qərar X5 rəsmi qaydada verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1- ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qanunun mənasına görə, qərardan şikayət vermə hüququnun yaranması, müddətin axımının başlanması üçün qərar müvafiq şəxsə rəsmi qaydada verilməli, təqdim olunmalıdır. Hansı ki, baxılan iş üzrə mübahisələndirilən qərarın X5 verilmədiyi müəyyən olunmuşdur. O, qərar barədə şifahi məlumat əldə etdikdən sonra ondan şikayət vermişdir. Ona görə məhkəmə hesab edir ki, vəsatət təmin olunmalı, X4 xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət onun tərəfindən ötürülməmiş hesab edilməlidir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Abşeron-Xızı regional şöbəsi xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları təsdiq edilmişdir. İşçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: Əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən, müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən, müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində, keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə, istehsal avadanlıqları və obyektlərində qəza zamanı, növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt, işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə, işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt, əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə, əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmə-tibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər. İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: Təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü, texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə inzibati məsuliyyət yaranır. Belə ki, şikayətdə göstərildiyi kimi şikayət vermiş şəxsin şikayətində bildirdiyi kimi X10 Xidmətinə pozuntu barədə bildirməməsi işin mübahisəsiz halı olmaqla, şikayət vermiş şəxsin şikayətdə göstərdiyi kimi həmin hal barədə qanunu bilməməsi və baş vermiş hadisənin istehsalatda baş verən bədbəxt hadisə hesab edilməməsi səbəbindən xəbər veilrməməsi, onu inzibati qaydada məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və onlara hüquqi qiymət verilməsi səlahiyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə məxsusdur. Əmək Məcəlləsi və Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş tələblərə əsasən, işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş verməsi barədə X10 Xidmətinə dərhal məlumat verilməsi öhdəliyi nəzərdə tutulur. Bu öhdəlik hadisənin başvermə faktı qeydə alındığı andan etibarən işəgötürənin üzərinə düşür. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsi). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi). Bununla əlaqədar məhkəmə qeyd edir ki, X4 Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun qərarı qəbul edilmişdir. Məhkəmə şikayət verən şəxs X5 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmiş və onun əməli düzgün olaraq İXM-in 555.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X4 Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X4 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin, X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarından şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət onun tərəfindən üzrlü səbəbdən ötürülmüş hesab edilərək ona münasibətdə həmin müddət bərpa edilsin. Şikayət təmin edilməsin. X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar