Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-299/2020 17.02.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 və inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon RPİ-nin, Qobu Polis bölməsinin sahə rəisi, polis mayoru X14, Abşeron rayon RPİ-nin, Qobu Polis bölməsinin sahə rəisi, polis kapitanı X2 iştirakları ilə xx.xx.1992-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Abşeron rayon,Hökməli qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon RPİ-nin İTŞ–nin sahə rəisi, polis mayoru X28 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X28 bildirdi ki, xx.xx.2019-cu il tarixdə saat 12 radələrindən 15 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Atyalı yaşayış massivində yerləşən fərdi evə daxil olaraq saxlanc yeri hesab edilən mənzildə olan mücrünün içərisindəki 50 manat pulu oğurlamaqla nəticədə ona 50 manat maddi ziyan yetirmişdir. xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nin, Qobu PB-nin təhqiqatçısı, polis kapitanı X21 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə keçən gecə Zərərçəkmiş şəxs2 məxsus Qobu qəsəbəsindəki evin həyətindən su matoru talamaqla 80 manat dəyərində ziyan vurmuşdur. xx.xx.2019-ci il tarixli Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X15 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində Hüseynova Azadə Möhübbət qızına məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinin pəncərəsini sındırmaqla evə daxil olaraq oradan 2 ədəd lampoçka və təxminən 70 manat dəyərində elektrik naqillərini gizli talamaqla nəticədə ona 70 manat ziyan vurmuşdur. xx.xx.2018-ci il tarixli Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin Müstəntiqi, polis baş leytenantı X3 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs28 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, S.S.Axundov küçəsində yerləşən yarımtikili evdən 100 manat dəyərində elektrik naqillərini talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis leytenantı X22 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs27 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evindən naqilləri talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X21 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yaşayan Zərərçəkmiş şəxs26 məxsus evin həyətindən 50 manat dəyərində kondisioneri talamaqla nəticədə ona 50 manat ziyan vurmuşdur.xx.xx.2019-cu il tarixdə Abşeron RPİ –nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X10 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Nubar yaşayış massivi ünvanında yaşayan Zərərçəkmiş şəxs25 yaşadığı evin qarşısında küçədə saxladığı Chevrolet markalı ** XG *** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sağ yan şüşəsinin sındırılması yolu ilə avtomaşından 10 manat dəyərində gün eynəyini talamaqla nəticədə ona 10 manat ziyan vurmuşdur. xx.xx.2019-cu il tarixdə Abşeron RPİ –nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X11 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə saat 13 radələrindən 19 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs24 məxsus Abşeron rayonu, Atyalı yaşayış massivində yerləşən fərdi yaşayış evinə daxil olaraq 40 manat dəyərində qol saatını talamaqla nəticədə ona 40 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X21 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs23 məxsus evdən elektrik naqillərini talamaqla nəticədə ona 95 manat ziyan vurmuşdur. xx.xx.2019-cu il tarixdə Abşeron RPİ –nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X15 tərəfindən cinayət işinin başlanması rədd edilişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə X12 məxsus Aşeron rayonu, At yalı qəsəbəsində yerləşən evinin pəncərəsinin dəmir barmaqlığını sındıraraq içəri daxil olub ordan 60 manat məbləğində pulu talamışdır. xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs21 məxsus Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşən evin həyətindən su qızıdırıcını talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nin Təhqiqat şöbəsinin, polis kapitanı X21 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə gecə saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsi, fərdi yaşayış evində kirayədə yaşayan Zərərçəkmiş şəxs20 yaşadığı kirayə evin hasarından daxil olaraq həyətə keçmə yolu ilə su borusunun üzərində olan su mühərrikini talamaqla ona 86 manat ziyan vurmuşdur. xx.xx.2019-cu il tarixdə Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi,polis baş leytenantı X1 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir . Bundan başqa o, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində ünvan 2 ünvanda yaşayan Xəlilova Aybəniz Böyükağa qızının yaşadığı evin pəncərəsindən evə qanunsuz daxil olma yolu ilə yataq otağından uşaqlara aid olan qızıl sep və sırğanı talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur. xx.xx.2019-cu il tarixdə Abşeron RPİ-nin X20 şöbəsinin müstəntiqi, polis baş leytenantı X16 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs18 məxsus evin pəncərəsinin dəmir barmaqlıqlarının sındırıması yolu ilə yataq otağına daxil olaraq oradan gizlicə 0.80 qəpik oğurlamaqla nəticədə ona 0.80 qəpik ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir . Bundan başqa o, xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs17 yaşadığı evin həyətindən 75 manat dəyərindı su nasosunu talamaqla nəticədə ona 75 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron RPİ –nin TŞ-nin təhqiqatçısı,polis leytenantı X22 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o , xx.xx.2019-cu il tarixdəsaat 01 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yaşayan Zərərçəkmiş şəxs16 məxsus evdən 120 manat dəyərində su qızıdırıcını talamaqla nəticədə ona 120 manat ziyan vurmuşdur. xx.xx.2019-cu il tarixdə Abşeron RPİ-nin İŞ müstəntiqi,polis baş leytenantı X3 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir . Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs15 məxsus evdən 1 ədəd 20 manat dəyərində alışqanı gizli talayaraq nəticədə ona 20 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X29 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Hökməli-Qobu yolunda yaşayan Zərərçəkmiş şəxs14 məxsus evdən 40 manat dəyərində peyk antenasını və başlığını, xx.xx.2019-cu il tarixdə isə 90 manat dəyərində su nasosunu talamaqla nəticədə ona 130 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən cinayət işinin başlanması rədd ediilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi, Koroğlu küçəsində yaşayan X17 məxsus evin zirzəmisindən 15 manat dəyərində elektrik naqillərini talamaqla nəticədə ona 15 manat ziyan vurmuşdur.xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nin TŞnin təhqiqatçısı,polis leytenantı X22 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Hökməli qəəsbəsi, Atyalı yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs12 məxsus evin həyətindən 100 manat dəyərində elektrik naqillərini talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur.xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nin Təhqiqat Şböbəsinin baş təhqiqatçısı,polis mayoru X7 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs11 məxsus evdən 1 ədəd odun sobasını, telefon və hesablama aparatını talamaqla nəticədə ona 35 manat ziyan vurmuşdur.xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nin Təhqiqat şöbəsinin, polis mayoru X44 oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir Bundan başqa o, xx.xx.2019-cu il tarixdə saat 11 radələrində Abşeron rayonu Güzdək kəndində E.Heydərov küçəsi ev 34-də yaşayan Zərərçəkmiş şəxs10 məxsus VAZ-2107 markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomaşından bir ədəd 95 manat dəyərində akkumulyatoru talamaqla nəticədə ona 95 manat ziyan vurmuşdur. xx.xx.2019-cu il tarixdə Abşeron RPİ-nin İŞnin müstəntiqi, polis baş leytenantı X24 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs9 məxsus Abşeron rayonu, Hökməli-Qobu yolunun sağ hissəsində, yeni məhəllədə olan evin həyətində su çəninə quraşdırılmış 90 manat dəyərində 1 ədəd su matoru və su matoruna gələn elektrik naqilini talamaqla nəticədə ona 91 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhiqaqatçısı,polis mayoru X7 oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs8 məxsus evdən 100 manat dəyərində su nasosunu talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur.xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis leytenantı X22 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yaşayan Zərərçəkmiş şəxs7 məxsus evin həyətindən 100 manat dəyərində su mühərrikini və hidrofunu talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur. xx.xx.2019-cu il Abşeron RPİ-nin, Qobu PB-nin təhqiqatçısı, polis leytenantı X22 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yaşayan Zərərçəkmiş şəxs6 məxsus 50 manat dəyərində bijuteriyanı talamaqla nəticədə ona 50 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Aşeron RPİ-nin TŞ-nin təhqiqatçısı,polis leytenantı X22 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir . Bundan başqa o, xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yaşayan X4 məxsus evin həyətindən 85 manat dəyərində su matorunu talamaqla nəticədə ona 85 manat zuyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nin təhqiqatçısı, polis kapitanı X21 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Abşeron rayon, Hökməli qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs4 məxsus evin həyətindən 90 manat dəyərində su qızdırıcını talamaqla nəticədə ona 90 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X21 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 xalası X8 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən evindən 80 manat dəyərində elektrik naqillərini talamaqla nəticədə ona 80 manat ziyan vurmuşdur. Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X3 tərəfindn cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul edərək bildirdi ki,özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. Məhkəmə iclasında dindirilmiş müdafiəçi X18 bildirdi ki, Şəxs əməlindən səmimi peşman olmasını və inzibati xəta törətməsini nəzərə alaraq məhkəmədən yüngül cəza təyin etməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsininəzərə alır. Məhəmə iclasında dindirilmiş müdafiəçi X18 bildirdi ki, X23 əməlindən səmimi peşman olmasını və inzibati xəta törətməsini nəzərə alaraq məhkəmədən yüngül cəza təyin etməsini xahiş etdi Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. MəhkəməAzərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs X5 məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X9 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il saat 12:00-dan hesablansın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 25 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X9 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şövəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-299/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-299/2020
17.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver