Məhkəmə qərarları › İş №3(012)-3/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3/2022

19.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3/2022 19.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızı, 30 dekabr 1986-cı il təvəllüdlü ünvan 1 ünvanında yaşayan X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-2.2-ci maddəsi ilə Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 26 noyabr 2013-cü il tarixli 516894 saylı protokolda göstərilmişdir ki, X2 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində icra etməmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədi nəzərdən keçirib belə qənaətə gəlirəm ki, X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-2.2-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-2.2-ci maddəsinin dispozisiyasına görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi – həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Qeyd edilməlidir ki, həmin normada müəyyən edilmiş 3 aylıq müddət özündə inzibati tənbeh etmə haqqında qərarın qüvvəyə mindiyi tarixdən hesablanmaqla birinci ayın ilk günündən üçüncü ayın son günü də daxil olmaqla olan müddəti ehtiva edir. Belə olan halda üçüncü ayın son günü tamamlandıqda Azərbaycan Respublikasının İXM-nin 313-2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yaranmış olur və bununla da inzibati xəta baş vermiş sayılır. İş materiallarından isə görünür ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməsinə görə X1 cərimə növündə inzibati tənbeh edilməsi haqqında xx.xx.2013-cü il tarixli qərar 01 fevral 2013-cü il tarixdə qüvvəyə minmiş və həmin gündən hesablanmaqla cərimənin ödənilməsi üçün müəyyən edilmiş 3 ay müddət 01 may 2013-cü il tarixdə bitməklə həmin tarixdə hazırki inzibati xəta baş vermiş sayılmışdır. Həmin hal isə 26 noyabr 2013-cü il tarixdə R.M.Tağıyev barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-2.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə rəsmiləşdirilmiş və toplanmış inzibati xəta haqqında material baxılması üçün 30 noyabr 2013-cü il tarixdə Abşeron Rayon Məhkəməsinə göndərilməklə 16 dekabr 2013-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, inzibati xəta haqqında material Abşeron Rayon Məhkəməsinə daxil olduqda inzibati xətanın törədildiyi tarixdən iki aydan da artıq vaxt keçmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsində göstərilir ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci iki ay keçənədək verilə bilər. Həmin Məcəllənin 367.0.6-cı maddəsində qeyd olunur ki, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 36-cı maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 417.0.4-cü maddəsində nəzərdə tutulmuşdur ki, hakim inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 420.2-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı bu Məcəllənin 367-ci və 415.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Eyni zamanda qeyd edilməlidir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 411.1 və 411.2-ci maddələrinin tələbləri də kobud sürətdə pozulmuşdur. Belə ki, 01 may 2013-cü il tarixdə inzibati xəta hadisəsi baş vermiş olduğu halda, həmin inzibati xəta hadisəsi üzrə hazırki inzibati xəta haqqında protokol 6 ay 25 gün sonra, yəni 26 noyabr 2013-cü il tarixdə tərtib olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 411.1 və 411.2-ci maddələrində göstərilmişdir ki, inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək müddətdə tərtib edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, inzibati tənbeh etmə müddəti keçdiyindən X2 barəsində Azərbaycan Respublikasının İXM-nin 313-2.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 367, 417, 420 və 430-432-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-2.2ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar