Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3/2023 16.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası DİN İV Tağım Baş YPX inspektoru Nurəddin Şıxıyev tərəfindən tərtib olunmuş TP № ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN İV Tağım Baş YPX inspektoru Nurəddin Şıxıyev tərəfindən tərtib olunmuş TP № ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırılmışdır ki, 10 dekabr 2021-ci il tarixində, saat 18:30 radələrində etibarnamə ilə idarə etdiyi X3 mülkiyyətində olan ** KT *** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ AXOR 1843LS YÜK” markalı nəqliyyat vasitəsi ilə baş vermiş yol nəqliyyat hadisəsi zamanı onun barəsində İXP ******* saylı, xx.xx.2021-ci il tarixli protokol və onun əsasında inzibati tənbehin tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Həmin protokola əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə əsasən məsuliyyətə cəlb edilmiş, barəsində qəbul edilmiş 10 dekabr 2021-ci il tarixli qərar əsassız və qanunsuz olduğundan ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. O, manevr etdiyi zaman tərəfindən yol hərəkəti qaydalarına tam riayət edilmişdir. Manevr hərəkəti iliyinə başlamazdan əvvəl geri dönmək istədiyi hərəkət hissəsində döngə üçün kifayət edəcək məsafədə boşluq var idi və bu manevr ilə qarşıdan və arxadan gələn nəqliyyat vasitələri üçün maneə yaratmayacağından əmin olmuşdur. Bu səbəbdən, göründüyü kimi, inzibati məsuliyyətə cəlb edilmə əsası olan 342.2.1-ci maddə üzrə inzibati xəta tərəfindən törədilməmişdir. Lakin barəsində hansı səbəbdən belə əsassız, qanunsuz və ən başlıcası məntiqsiz protokol qəbul olunduğu bu günə qədər ona naməlum qalmışdır. Sonda o, Azərbaycan Respublikası DİN İV Tağım Baş YPX inspektoru Nurəddin Şıxıyev tərəfindən tərtib olunmuş TP № ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. İş üzrə Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan bildirişi alsa da, məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN İV Tağım Baş YPX inspektoru Nurəddin Şıxıyev tərəfindən tərtib olunmuş TP № ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə şikayətin obyektiv araşdırılması üçün qərarın tərtib edilməsinə əsas olan sənədləri Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Pİ DYPİ-dən tələb edib nəzərdən keçirmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, X2 əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarını pozmuşdur. Belə ki o, şikayətini əsaslandıran sübutları məhkəməyə təqdim etməmiş, hətta məhkəmə şikayətin obyektiv araşdılması məqsədi ilə sorğular vermiş, lakin onun şikayətinin təmin edilməsini təsdiq edən sübutlar əldə bilməmişdir. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN İV Tağım Baş YPX inspektoru Nurəddin Şıxıyev tərəfindən tərtib olunmuş TP № ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası DİN İV Tağım Baş YPX inspektoru Nurəddin Şıxıyev tərəfindən tərtib olunmuş TP № ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti rədd edilsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-3/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver