Məhkəmə qərarları › İş №3(012)-30/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-30/2022

06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-30/2022 06.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X9 katibliyi, Şikayət verən Abşeron rayon Masazır Bələdiyyəsinin nümayəndəsi X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs Abşeron rayon Masazır Bələdiyyəsi sədrinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18.11.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə 06.01.2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs Abşeron rayon Masazır Bələdiyyəsi məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06.12.2021-ci il tarixli, MN1119779 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Abşeron rayon Masazır Bələdiyyəsinin nümayəndəsi X4 bildirdi ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquqi şəxs Masazır bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 44 və 114.11-ci maddələrini rəhbər tutaraq həmin Məcəllənin 234.0.5 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində inzibati qaydada 4000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilərək 18 noyabr 2021-ci il tarixli, MN ******* saylı protokol tərtib etmiş və 06.12.2021-ci il tarixli, MN ******* saylı qərar qəbul etmişdir. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 18 noyabr 2021-ci il tarixli, MN ******* saylı protokol tərtib etmiş və 06.12.2021-ci il tarixli, MN ******* saylı qərarı əsassız və qanunsuzdur. Belə ki, qurum 2021-ci ilin avqust ayından başlayaraq hər ay Masazır kəndi ərazisində “Yoncalıq” adlanan əraziyə Masazır bələdiyyəsi tətəfındən məişət tullantılarının boşaldılması və orada yandırılması faktı ilə əlaqədar bələdiyyəyə məcburi göstərişlə bağlı müraciət etmiş və sonradan isə bələdiyyəyə qarşı,bələdiyyənin xəbəri olmadan əsassız protokol tərtib edərək qərar qəbul etmişdir. Masazır bələdiyyəsi də göstərişdə qeyd edilən ərazinin xüsusi mülkiyyətdə olmasını, bu ərazidən yalniz, bu sahəsini xüsusi mülkiyyətçisinin istifadə və ya sərəncam vermək hüququna malik olmasını, eyni zamanda Masazır bələdiyyəsi tərəfindən həmin ərazidən hər-hansı məqsəd üçün istifadə olunmamasını, məcburi göstərişin göndərmədən əvvəl ərazinin kimin mülkiyyətində olması və bu sahənin kimlər tərəfindən istifadə olunmasının idarə tərəfindən araşdırılmamışdır. Qurumun hər dəfə nəzərinə çatdırılmışdır ki, "Şəhərlər və digər şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları"nm təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 74 saylı Qərarının 10.5-ci bəndində göstərilir ki, bələdiyyələr tərəfindən: - bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması; - əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalanna riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilir. Bu da o deməkdir ki, bələdiyyə Masazır kəndi ərazisində bu məsələ ilə bağlı fəaliyyət göstərmir. Bununla bağlı müvafiq icra qurumları və ya şirkətlər fəaliyyət göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60-cı maddəsində göstərilir ki; Hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarım işə baxılmasının vaxtı və yeri, habelə ayn-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.2.7-ci maddəsinə əsasən - işdə iştirak edən şəxslərə iş üzrə onlarda olan bütün sübu^ann təqdim edilməsinə dair təklif bu sənədlərdə göstərilməmiş və təmin edilməmişdir. Yəni Masazır bələdiyyəsinə təqdim edilən bildirişdə Məcəllənin tələbləri icra edilməmiş və qanunvericiliyin tələb etdiyi hallar öz əksini tapmamışdır. Eyni zamanda 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin Masazır bələdiyyəsinin hüquqlarının pozulması ilə tərib edilmiş İnzibati xətalar haqqında işlər üzrə bildiriş Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 60cı maddəsinin pozulması ilə tərtib və icra edilmişdir. Adı çəkilən qurum tərəfindən protokolun tərtib olunması barədə Masazır bələdiyyəsinin xəbəri olmamış və bu protokolun harda, nə vaxt və kim tərəfindən tərtib edilməsi Masazır bələdiyyəsinin rəhbərliyinə məlumat verilməmiş və onun iştirakı təmin edilməmişdir. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi .Masazır bələdiyyəsi barəsində inzibati xəta haqqında protokolu bələdiyyənin iştirakı olmadan tərtib etmişdir. Sonda o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 noyabr 2021-ci il tarixli, MN ******* saylı protokolun və 06.12.2021-ci il tarixli, MN1119779 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 məhkəmə iclasında göstərdi ki, Abşeron rayon Masazır Bələdiyyəsinin sədri X5 barəsində tərtib olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 06.12.2021-ci il tarixli, MN1119779 saylı inzibati tənbeh vermə haqqında protokolu ilə Abşeron rayon Masazır Bələdiyyəsinin sədri X2 tapşırığı ilə Abşeron rayon Masazır “Yoncalıq” adlanan ərazisində məişət tullantılarının boşaldılması, qalaqlanması, iy-qoxunun miqdarının ətraf mühit üçün yol verilən mühit normadan artıq olması inzibati xəta törədildiyinə görə Azərbaycan Respublikası İXMnin 271 və 234.0.5-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, onun barəsində tərtib olunmuş 06.12.2021-ci il tarixli, MN1119779 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, inzibati xətanın törədilməsində Azərbaycan Respublikası İXM-nin 271 və 234.0.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirləndirilərək 4000 (dörd min ) manat məbləğində inzibati cərimə edilmişdir. Abşeron rayon Masazır Bələdiyyəsinin sədri X3 Abşeron rayon Masazır “Yoncalıq” adlanan ərazisinə məişət tullantılarının boşaldılması, qalaqlanması, iy-qoxunun miqdarının ətraf mühit üçün yol verilən mühit normadan artıq olması barədə xəbardarlıq edilməsinə və ətrafda yaşayan vətəndaşların şikayətlərinə baxmayaraq, bələdiyəyə məxsus yük maşınları ilə artıq gecə vaxtı məişət tullantılarını həmin əraziyəyə boşaltdırmağa başlamış, onların hərəkəti videogörüntüyə alınmış, ona görədə onun barəsində vətəndaşların şikayəti əsasında araşdırma aparılmış, bu barədə ona yazılı məlumat verilmiş, lakin araşdırma aparılmasına dair bildirişin bələdiynin baş mütəxəsisi D. Nəsiboya təqdim edilməsinə baxmayaraq, o, idarəyə gəlməmiş və onun barəsində protokol tərtib olunmuşdur. Sonda o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi F. Piriyevin tərtib etdiyi Abşeron rayon Masazır Bələdiyyəsinin sədri X2 barəsində Abşeron rayon Masazır “Yoncalıq” adlanan ərazisində məişət tullantılarının boşaldılması, qalaqlanması, iy-qoxunun miqdarının ətraf mühit üçün yol verilən normadan artıq olmasına dair inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 271 və 234.0.5-ci maddələri ilə inzibati xəta haqqında tərtib olunmuş 06.12.2021-ci il tarixli, MN1119779 saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğu üçün ləğv edilməməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon Masazır Bələdiyyəsinin sədri X5 barəsində tərtib olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 18.11.2021ci il tarixli, MN1200688 saylı inzibati tənbeh vermə haqqında protokolundan görünür ki, Abşeron rayon Masazır “Yoncalıq” adlanan ərazisində Abşeron rayon Masazır Bələdiyyəsinin sədri X2 tapşırığı ilə məişət tullantılarının boşaldılması, qalaqlanması, boşaldılması və iyqoxunun miqdarının ətraf mühit üçün yol verilən mühit normadan artıq olması inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 271 və 234.0.5-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Abşeron rayon Masazır Bələdiyyəsinin sədri X5 barəsində tərtib olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06.12.2021-ci il tarixli, MN1119779 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, o, Azərbaycan Respublikası İXM-nin 271 və 234.0.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirləndirilərək 4000 (dörd min ) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayətin obyektiv və hərtərəfli araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən 06.12.2021-ci il tarixli, MN1119779 saylı inzibati tənbeh vermə haqqında qərarının tərtib edilməsinə səbəb olmuş sənədləri tələb edib nəzərdən keçirmişdir. Tələb edilən materialda olan 10 noyabr 2021-ci il tarixli 13/1499 saylı inzibati xəta haqqında işlər üzrə bildirişdən görünür ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyi Abşeron rayon Masazır Bələdiyyəsinin sədri X3 xidməti ərazisində tullantıların qalaqlanması və yandırılması faktı ilə bağlı barəsində inzibati araşdırma başlanması, inzibati araşdırma ilə bağlı 17.11.2021-ci il tarixində saat 11:00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində olması xahiş olunmuş, əks təqdirdə inzibati araşdırmanın onun iştirakı olmadan aparılması və inzibati xətanın törədilməsi barədə protokol tərtib olunmasına dair xəbərdarlıq edilməsi barədə bildiriş baş mütəxəssis D. Nəsibova tərəfindən imza edilməklə və ********** telefon nömrəsini və imzasını qeyd etdirməklə qəbul edilmişdir. Tələb edilən iş materialda olan Abşeron rayon Masazır Bələdiyyəsinin sədri X2 imzası ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanladığı 02 avqust 2021-ci il tarixli, 467/24 saylı məktubdan görünür ki, Masazır Bələdiyyəsinin inzibati ərazi vahidində kommunal xidmətlərin yaxşılaşdırılması məqsədi ilə məişət tullantılarının yığılması və daşınması ilə bağlı Masazır Bələdiyyəsinə məxsus aşağıdakı 1. MAZ ** JT ***, 2. MAZ ** BA ***, 3. JAK ** YA *** yük maşınları fəaliyyət göstərir. Məhkəməy təqdim olunmuş videogörüntülərdən görünür ki, Zəngilan şəhərciyi adlanan əraziyə yaxın, Məzunlar üçün tikilən çoxmərtəbəli tikintinin qarşısında və ətrafı fərdi evlər olan geniş sahəni əhatə edən ərazidə məişət tullantıları boşaldılması, qalaqlanması, tullantıların bəzi hissəsinin yandırılması, yandırılmış tullantılardan tüstü çıxması, gündüz vaxtı MAZ markalı ** BA *** qeydiyyat nişanlı yük maşının məişət tullantılarını boşaltması, o cümlədən gecə vaxtı Masazır Bələdiyyəsinə məxsus üç ədəd yük maşınlarının, həmçinin MAZ markalı ** BA *** qeydiyyat nişanlı yük maşınının qalaqlanmış məişət tullantılarını əraziyə daşıyıb gətirməsi müşahidə olunur. Tələb edilən iş materialında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Abşeron rayon, Masazır qəsəbəsi yeni yaşayış massivində yaşayan Vəfa Mahmudovaya göndərilən 10.11.2021-ci il tarixli, 43/99-641 saylı məktubdan görünür ki, bələdiyyənin maşınları tərəfindən yaşadığı evin yaxınlığında tullantıların atılması, yandırılması və iy-qoxu sakinləri narahat etməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” mərkəzinə daxil olmuş müraciəti əsasında idarənin əməkdaşları tərəfindən yerində araşdırılması, araşdırma müddətində sözügedən ərazidə tullantıların yandırlıması zamanı iy-qoxunun ətraf mühit üçün norma daxilində olmasını vizual yolla müəyyən etmək mümkün olmadığından ölçmə işlərinin aparılması üçün Nazirliyin Milli Hidrometeorologiya Xidmətinə müraciət olunmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometereologiya Xidmətinin əməkdaşları ilə birgə sözügedən ərazidə ölçmə işləri aparılmış, monitorinqin nəticələrinə əsasən ətraf mühit üçün yol verilən hədd normasından artıq olduğu müəyyən edilmişdir. Bunlada baş vermiş qanun pozuntusu ilə əlaqədar olaraq Abşeron rayon Masazır bələdiyyəsinin sədri Rüfət Fətullayev barəsində akt tərtib edilərək barəsində inzibati qaydada protokol tərtib edilməsi üçün idarəyə dəvət olunmuşdur. Tələb edilən iş materiallarında olan 19 oktyabr 2021-ci il tarixli monitorinq aktından görünür ki, Abşeron rayon, Masazır qəsəbəsi Parniklərin yaxınlığında həyət evində yaşayan Vəfa Mahmudovanın şikayəti ilə bağlı saat 12-də həmin əraziyə monitorinq keçirilmiş, monitorinq zamanı ətrafda iy - qoxu, zibil maşınları ilə zibillənməsi müşahidə olunmuşdur. Ərazi Abşeron rayon, Masazır Bələdiyyəsinin ərazisidir. Tələb edilən iş materiallarında olan foto şəkillərdən görünür ki, ərazi məişət tullantıları ilə dolu və yandırılmış haldadır. Məhkəmə zamanı müəyyən edildi ki, Masazır Bələdiyyəsinin inzibati ərazi vahidində kommunal xidmətlərin yaxşılaşdırılması məqsədi ilə məişət tullantılarının yığılması və daşınması ilə bağlı Masazır Bələdiyyəsinə məxsus MAZ ** JT ***, MAZ ** BA ***, JAK ** YA *** yük maşınları fəaliyyət göstərir. Abşeron rayon, Masazır qəsəbəsi yeni yaşayış massivində yaşayan Vəfa Mahmudovanın Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə şikayəti əsasında həmin əraziyə saat 12-də monitorinq keçirilmiş, Abşeron rayon Masazır “Yoncalıq” adlanan ərazisinə monitorinq zamanı ətrafda iy qoxu, Masazır Bələdiyyəsinə məxsus yük maşınları ilə zibillənməsi, məişət tullantılarının boşaldılması, qalaqlanması, boşaldılması və iy-qoxunun miqdarının ətraf mühit üçün yol verilən mühit normadan artıq olması müşahidə olunmuşdur. Bu fakt məhkəmə tərəfindən tələb edilib nəzərdən keçirilən videgrüntülər və fotoşəkillərlədə təsdiq olunur. Bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 05.11.2021-ci il tarixli akt tərtib edilmiş, Abşeron rayon Masazır Bələdiyyəsinin sədri X3 21.11.2021-ci il tarixli “Məcburi göstəriş” göndərilmiş, araşdırma aparılması ilə əlaqədar yazılı bildirişlərlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət edilmiş, lakin bildirişlər rəsmi qaydada bələdiyyənin işçisinə təqdim edilməsinə baxmayaraq o, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə getməmiş, Abşeron rayon Masazır Bələdiyyəsinin sədri X2 tapşırığı ilə Abşeron rayon Masazır “Yoncalıq” adlanan ərazisində məişət tullantılarının boşaldılması, qalaqlanması, boşaldılması və iy-qoxunun miqdarının ətraf mühit üçün yol verilən mühit normadan artıq olması inzibati xətanı törətdiyinə görə Abşeron rayon Masazır Bələdiyyəsinin sədri X5 barəsində Azərbaycan Respublikası İXM-nin 271 və 234.0.5-ci maddələri ilə inzibati xəta haqqında 18.11.2021-ci il tarixli, MN1200688 saylı protokol tərtib edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06.12.2021-ci il tarixli, MN1119779 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 271 və 234.0.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirləndirilərək 4000 (dörd min ) manat məbləğində inzibati cərimə edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs Abşeron rayon Masazır Bələdiyyəsinin sədri X5 barəsində tərtib olunmuş Azərbaycan Respublikası İXM-nin 271 və 234.0.5-ci maddələrinin tələblərini pozmaqla düzgün olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsində göstərilir ki, sənaye və məişət tullantılarının toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayəti araşdırarkən aşağıdakı hüquq normalarına istinad edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, Abşeron rayon Masazır Bələdiyyəsinin sədri X5 tərəfindən verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi tərəfindən qəbul edilmiş 18 noyabr 2021-ci il tarixli, MN ******* saylı protokolun və AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul edilmiş 06.12.2021-ci il tarixli, MN1119779 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Abşeron rayon Masazır Bələdiyyəsinin sədri X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi tərəfindən qəbul edilmiş 18 noyabr 2021-ci il tarixli, MN ******* saylı protokolun və idarənin rəisi tərəfindən qəbul edilmiş 06.12.2021-ci il tarixli, MN1119779 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar