Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-30/2024 22.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Ab;yev Elnur Elman oğlunun katibliyi, X9 müdafiəçisi “Fides” vəkil bürosunun vəkili X6, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidməti Abşeron Xızı regional şöbəsinin etibarnamə ilə nümayəndəsi X14 iştirakı ilə, X15 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidməti Abşeron Xızı regional şöbəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X15 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidməti Abşeron Xızı regional şöbəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Abşeron-Xızı regional şöbəsinin ******* saylı 29 Noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Abşeron- Xızı regional şöbəsinin ******* saylı 29 Noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Qərarın qəbul edilməsinə əsas yuxarıda adı göstərilən qurumun 21 Noyabr 2023-cü il tarixli ******* saylı protokolu olmuşdur. Protokolun (21 Noyabr 2023-cü il tarixli ******* saylı) İnzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti qrafasında yəni müəyyən edildi hissəsində göstərilmişdir ki, guya o, işəgötürən qismində (Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanita Kollec publik hüquqi şəxsin direktoru olaraq) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 177-ci maddəsinin tələblərini pozaraq kollecin müəllimləri olmuş X3 və X5 işdənçıxma müavinətlərinin hesablanması və ödənilməsində pozuntulara yol vermişdir. Bundan başqa Əmək Məcəlləsinin 16.1, 16.3 və 156-cı maddələrinin tələblərini pozaraq hazırda kollecin müəlliməsi olan X13 normal əmək və istirahət rejiminə riayət etməmiş və əmək haqqını düzgün ödəməmişdir. Qərarın (1291401 saylı 29 Noyabr 2023-cü il tarixli) müəyyən edildi hissəsində isə göstərilmişdir ki, İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanılmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntularına yol verilməsinə görə. Bununla da guya tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İlk öncə qeyd olunmalıdır ki, səlahiyyətli orqan nəzərə almayıb ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində 16.1 və 16.3 saylı maddələr yoxdur. 16-cı maddənin 1-ci hissəsi və 16-cı maddənin 3-cü hissəsi mövcuddur. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Qanununun 30.1ci maddəsinə əsasən normativ hüquqi aktın struktur elementləri preambuladan, bölmədən, fəsildən, maddədən, hissədən, bənddən, yarımbənddən və abzasdan ibarətdir. Həmin qanunun 30.2-ci maddəsinə əsasən normativ hüquqi aktın mətni onun növündən asılı olaraq, bölmədə birləşən fəsillərə, fəsildə birləşən maddələrə, maddədə birləşən hissələrə, hissədə birləşən bəndlərə, bənddə birləşən yarımbəndlərə və yarımbənddə birləşən abzaslara bölünə bilər. Bununla da, səlahiyyətli orqan tərəfindən Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Qanununun 30.1 və 30.2-ci maddələrinin tələbləri pozulub. Bundan başqa səlahiyyətli orqan nə ******* saylı 29 Noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarında, nə də 21 Noyabr 2023-cü il tarixli ******* saylı protokolunda işdənçıxma müavinətlərinin hesablanması və ödənilməsində pozuntunun nədən ibarət olmasını, bu pozuntunun riyazi səhf olub- olmamasını (X27 Məcəlləsinin 192.4-cü maddəsinin dispozisiyasında riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olaraq qeyd olunub ) göstərməmişdir.X20 Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti protokolda qeyd olunmalıdır. X16 münasibətdə isə qeyd olunmalıdır ki, səlahiyyətli orqanın Əmək Məcəlləsinin 16-cı və 156-cı maddələrinin hansı aspektdə pozulması da naməlumdur. Çünki Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci hissəsi (Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.) sırf qadağanedici norma olduğu halda həmin maddənin 3-cü hissəsi şəxsin məsuliyyəti haqdadır və bu norma pozula bilməz. Eyni zamanda bildirir ki, Əmək Məcəlləsinin 156-cı maddəsi 7 hissədən ibarətdir. Günay Həsənliyə qarşı həmin maddənin hansı hissəsinin pozulması da nə qərarda, nə də protokolda göstərilməyib. Tərəfindən həmin maddənin tələbləri pozulsaydı belə mənə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh verilə bilməz. X27 Məcəlləsinin 192.4-cü maddəsi İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyəti nəzərdə tutur. X31 ilə bağlı pozuntu iddiası verilmiş arqument sırf ayrı seçkilik və əməyin ödənilməməsi ilə bağlıdır.Şikayətin mahiyyəti ilə bağlı isə, X4 və X7 münasibətdə qeyd olunmalıdır ki, hər iki müəllim ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Həmin şəxslər aparılmış ixtisardan, yəni əmək müqaviləsinə xitam verilməsi əmrindən şikayət etmişlər. Onların aparılmış ödənişlə bağlı heç bir şikayəti olmayıb. Səlahiyyətli orqan da ixtisar əmrlərinin qanunsuzluğu ilə bağlı hər hansı arqument gətirməmişdir. Əksinə protokol və qərar tərtib edilən zaman həmin əmrlərin qanuni olması bizə bildirilmişdir. Buna sübut olaraq İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə tənbeh edilməməsidir. X16 münasibətdə isə bildirir ki, onunla bağlanmış əmək müqaviləsi qüvvədədir. Onun şikayəti barəsində olan boşdayanma əmri ilə bağlı olmuşdur. Səlahiyyətli orqan nəzərə almayıb ki, İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsində iş rejimindən söhbet belə getmir, yəni həmin əsasla inzibati məsuliyyətə cəlb olunmağı mümkün deyil. X1 müdafiəçisi “AAA” vəkil bürosunun vəkili X11 eyni məzmunda izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidməti Abşeron Xızı regional şöbəsinin nümayəndəsi X25 qərarı müdafiə edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan qərardan görünür ki, işçinin əmək və məzuniyyət haqlarının ezamiyyə xərclərinin əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödəmələrin hesablanmasında və ödənilməsində riyazi hesablamalar istisna olmaqla qanun pozuntularına yol verilməsinə görə X15 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan arayışlardan görünür ki, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecin “Pedoqogika, psixologiya və metodikalar” fənn birləşməsinin müəllimi X12 və X8 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir.İşçi ilə bağlı il ərzində hesablanmış əmək haqqı məzuniyyət və müavinətlər cədvəldə göstərilən qaydada ödənilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsilə nəzərdə tutulan xətanı tərətməsinə dair qərar tam araşdırma aparılmadan, iş materiallarında olan sübutlar düzgün qiymətləndirmədən və son haqq-hesab Azərbaycan Respublikası ƏM-nin 177-ci maddəsinin tələblərinə zidd olmaqla düzgün qaydada hesablanmadığından ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və yenidən araşdırılması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidməti Abşeron Xızı regional şöbəsinə qaytarılmalıdır Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmədə müəyyən edilmişdir ki, Səhər Orucova barəsində inzibati tənbeh verilməsi barədə qərarın qəbul olunmasına əsas Azərbaycan Respublikası Əmək Məcəlləsinin 177-ci maddəsinin tələblərini pozaraq kollecin müəllimləri olmuş X3 və X5 işdənçıxma müavinətlərinin hesablanması və ödənilməsində pozuntulara yol verilməsi, bundan başqa Əmək Məcəlləsinin 16.1, 16.3 və 156-cı maddələrinin tələblərini pozaraq hazırda kollecin müəlliməsi olan X13 normal əmək və istirahət rejiminə riayət etməməsi və əmək haqqını düzgün ödənilməməsi olmuşdur. Lakin məhkəmədə həm də müəyyən edilmişdir ki, Əmək Müfəttişliyi də özü son haqq hesabı hesablayarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 177-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, Əmək Müfəttişliyi son haqq-hesabı son iki ayın əmək haqqı toplanılmaqla 2-yə bölünməklə, alınan nəticəni isə 2-yə vurmaqla hesablamışdır. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 177.2-ci maddəsində isə əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. Həmin Məcəllənin 3-cü bəndində əsasən 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktik işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur. Bundan başqa məhkəmədə müəyyən edilmişdir ki, X13 barəsində boşdayanma əmri vardır və əmək haqqı da bu əmrə müvafiq qaydada ödənilir.. G.Hüseynli həmin əmrdən şikayət verməmiş və mübahisələdirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bu hal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın təkibini yarada bilməzdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyəti nəzərdə tutur. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X15 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidməti Abşeron Xızı regional şöbəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidməti Abşeron Xızı regional şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X10 şikayəti qismən təmin edilsin. X15 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidməti Abşeron Xızı regional şöbəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidməti Abşeron Xızı regional şöbəsinə göndərilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-30/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-30/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver