Məhkəmə qərarları › İş №3(012)-301/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-301/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-301/2023 10.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Naxçıvan MR-da anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron ray, Hökməli qəs, Yeni yaşayış massivində yaşayan yaşayan Şəxs barəsində Abşeron RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Hyundai Accent” minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində piyada X1 yüngül xəsarət yetirmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Abşeron DYP Təbliğat üzrə inspektor, polis leytenantı X5 tərəfindən xx.xx.2022-ci il tarixli. İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində özünəməxsus etibarnamə ilə idarə etdiyi “Hyundai Accent” minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman svetoforun qırmızı işığından sürətlə hərəkət edən moped onun avtomobilinin qarşısına çıxmış, avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra moped aşmış, sürücü Turan Nəsirov yerə yıxılıb xəsarət almışdır.Bundan sonra mopedin hissələri əks hərəkət zolağında dayanmış dönmə əməliyyatı etməyə hazırlaşan Mercedes Viano markalı, 99LH195 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol buferinə, sol qapısına, sol güzgüyə və kapotun sol tərəfində dəymişdir. Həmin vaxt onlar avtomaşınları saxlayıb, mopedin sürücüsü Turan Nəsirova yardım etmişlər. Onu da qeyd etdi ki, o, həmin vaxt o, spirtli içki qəbul etməmiş, avtomaşını saz və yüksüz vəziyyətdə olmuşdur.Sonda o, əməlindən peşman olmasını əsas gətirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Abşeron DYP-nin ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Şəxs etibarnamə ilə idarə etdiyi “Hyundai Accent” minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman svetoforun qırmızı işığından sürətlə hərəkət edən moped onun avtomobilinin qarşısına çıxmış, avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra moped aşmış, sürücü Turan Nəsirov yerə yıxılıb xəsarət almışdır. Bundan sonra mopedin hissələri əks hərəkət zolağında dayanmış dönmə əməliyyatı etməyə hazırlaşan Mercedes Viano markalı, 99LH195 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol buferinə, sol qapısına, sol güzgüyə və kapotun sol tərəfində dəymişdir. Həmin vaxt onlar avtomaşınları saxlayıb, mopedin sürücüsü Turan Nəsirova yardım etmişlər. Onu da qeyd etdi ki, o, həmin vaxt o, spirtli içki qəbul etməmiş, avtomaşını saz və yüksüz vəziyyətdə olmuşdur. Hadisə nəticəsində X1 yüngül xəsarət yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından onun barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Şəxs etibarnamə ilə idarə etdiyi “Hyundai Accent” minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman svetoforun qırmızı işığından sürətlə hərəkət edən moped onun avtomobilinin qarşısına çıxmış, avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra moped aşmış, sürücü Turan Nəsirov yerə yıxılıb xəsarət almışdır. Bundan sonra mopedin hissələri əks hərəkət zolağında dayanmış dönmə əməliyyatı etməyə hazırlaşan Mercedes Viano markalı, 99LH195 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol buferinə, sol qapısına, sol güzgüyə və kapotun sol tərəfində dəymişdir. Həmin vaxt onlar avtomaşınları saxlayıb, mopedin sürücüsü Turan Nəsirova yardım etmişlər. Onu da qeyd etdi ki, o, həmin vaxt o, spirtli içki qəbul etməmiş, avtomaşını saz və yüksüz vəziyyətdə olmuşdur. Hadisə nəticəsində X1 yüngül xəsarət yetirmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmanlığı onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində ilə təqsirli bilinsin, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar