Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3021/2025 28.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 02 saylı X2 nümayəndəsi Nümayəndə Barəsində inzibati icraat aparılanhüquqi şəxsin nümayəndəsi: Şəxs Vəkil iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 02 saylı X1 daxil olmuş materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 02 saylı X4 tərəfindən məhkəməyə daxil olmuş inzibati xəta haqqında 14 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 28 oktyabr sentyabr 2025-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında fəaliyyət göstərən Şəxs MMC-nin sahəsində formalaşan tullantı sularının təmizlənmədən birbaşa Qır gölünə axıdılması aşkar edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 02 saylı X2 nümayəndəsi Nümayəndə məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, 28 oktyabr 2025-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində fəaliyyət göstərən Şəxs MMC-nin sahəsində formalaşan tullantı sularının təyinatsız axıdılması faktı aşkar olunmuşdur. Həmin ərazidə formalaşmış tullantı sularının zərərli təsirinin qarşısını almaq üçün tələb olunan tədbirlər görülmədən axıdıldığı müəyyən edilmişdir. Mövcud tullantı sularının ərazidən zərərsizləşdirilmə tədbirləri görülmədən axıdıldığı müşahidə edilmişdir. Bunu təsdiq edən araşdırmanın nəticələrini əks etdirən akt və videogörüntülər məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi Şəxs MMC-nin nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş inzibati xəta haqqında protokolla bağlı bildirdi ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X5i xidməti 2 saylı Abşeron–X8 məsləhətçisi-müfəttişi Nümayəndə tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş 14 noyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixində Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında Şəxs MMC-nin sahəsində formalaşan tullantı sularının təmizlənmədən birbaşa Qır gölünə axıdılması faktı aşkar olunmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə bağlı başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Monitorinq adı altında yoxlama aparılmış, lakin yoxlamanın aparılması qaydalarına əməl edilməmiş, pozuntularla aparılmış yoxlamanın hüquqi nəticəsi yoxdur. Həmçinin araşdırılmanın aparılması barədə hüquqi şəxsin ünvanına bildiriş göndərildiyi qeyd edilsə də, poçt qəbzlərindən görünür ki, həmin bildiriş ünvana çatatanadək artıq iş məhkəməyə göndərilmişdir. Burdan da məlum olur ki, bildiriş formal sənədləşdirilmə prosedura olaraq həyata keçirilmişdir. Sənədləşdirilmə düzgün aparılmamışdır. İnzibati xəta hadisəsinin mövcudluğu sübut edilməmişdir. Belə ki, həmin əraziin kimə məxsus olması, həmin ərazidə hamsı müəssisə və yatəşkilatın fəaliyyət göstərməsi, həqiqətən tullantı sularının axıdılıb axıtılmaması, axıdılırsa məsul şəxsin kimliyi müəyyən edilməmişdir. Beləliklə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 02 saylı X3 tərəfindən 28 oktyabr 2025-ci il tarixli, 000475 saylı aktdan görünür ki, 28 oktyabr 2025-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində fəaliyyət göstərən Şəxs MMC-nin sahəsində formalaşan tullantı sularının təyinatsız axıdılması faktına rast gəlinmişdir. Keçirilən baxış zamanı həmin sahədə formalaşan tullantı suları xüsusi çəkilmiş boru ilə heç bir təmizlənmə prosesindən keçmədən birbaşa Qır gölünə axıdılması müəyyən edilmişdir. Şəxs MMC-nin nümayəndəsi X6 yerində aparılan araşdırma zamanı onlarla birlikdə iştirak etmişdir. Nümayəndə şifahi olaraq tullantı sularının Qır gölünə axıdılmasına dair müvafiq icra hakimiyyəti orqanının səndədlərinin olmadığını bildirmişdir. Bununla da Şəxs MMC-nin tərəfindən Azərbaycan Respublikası Su Məcəlləsinin 77, 78 və 103-cü maddələrinin və Su Təchizatı və Tullantı Suları haqqında Qanuni və Ətraf Mühütün çirkənləndirilməsinə görə ödənişlərin tətbiqi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 mart 1992-ci il tarixli 122 №-li qərarından irəli gələn tələbləri pozulmuşdur.
2. İnzibati xəta haqqında 14 noyabr 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, 28 oktyabr sentyabr 2025-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında Şəxs MMC-nin ərazisində formalaşan tullantı sularının təmizlənmədən birbaşa Qır gölünə axıdılması aşkar edilmişdir.
Məhkəmə proses iştirakçıılarını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilmədiyindən hüquqi şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Su Məcəlləsinin: 1-ci maddəsinə əsasən su obyekti — relyef formasına uyğun olaraq yerin üstündə və ya yerin təkində suların toplandığı sərhədləri, ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft, yaxud geoloji strukturdur; 38-ci maddəsində göstərilmişdir ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai ehtiyacları ödəmək məqsədi ilə həyata keçirilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur; 40-cı maddəsinə əsasən su obyektləri istifadəyə icazə və sudan istifadə müqaviləsi əsasında verilir; 103-cü maddəsinə əsasən su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər bu Məcəllənin 102-ci maddəsində göstərilən hallarda; su obyektlərini özbaşına tutduqda və ya sudan özbaşına istifadə etdikdə; su obyektlərində özbaşına hidrotexniki və digər qurğular tikdikdə; su obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri pozduqda; sudan istifadə limitlərinə əməl etmədikdə; su istehlakçılarını müəyyən olunmuş müddətlərdə və həcmdə su ilə təmin etmədikdə; su obyektlərini çirkləndirdikdə, zibilləndirdikdə və tükəndirdikdə; su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar etdikdə; su ehtiyatlarından israfçılıqla istifadə etdikdə; sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suları çirkləndirdikdə, torpaqların su eroziyasına və başqa zərərli hallara səbəb olduqda; hidrotexniki və kommunal su təsərrüfatına aid olan işləri özbaşına gördükdə; su təsərrüfatı qurğularını və avadanlığını zədələdikdə, onların istismarı qaydalarına riayət etmədikdə; su təsərrüfatı qurğularının və avadanlıqlarının istismarı qaydalarını pozduqda; sudan təyinatı üzrə istifadə etmədikdə; su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda; kollektor və drenaj sistemlərini dağıtmaqla torpaqların meliorasiya vəziyyətini pisləşdirdikdə; sudan istifadəyə görə haqqı və sudan istifadə qaydalarını pozmağa görə cərimələri, habelə su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sular görə ödənişləri vaxtında ödəmədikdə; lazımi icazə olmadan su çıxarmaq üçün quyular qazdıqda və ya su çıxarmaq üçün quyuların qazılması qaydalarını və texnologiyasını pozduqda; su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə; su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət etmədikdə; xüsusi qorunan su obyektlərinin rejimini pozduqda; su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət edən orqanların göstərişlərini yerinə yetirmədikdə; içməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitariya mühafizəsi zonalarının tələblərini pozduqda; içməli suyun keyfiyyəti sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlmədikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1. su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə; - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə materialları, tərtib olunmuş inzibati xəta haqqında protokolu, təqdim edilmiş akt və əlavələri, foto və video materialları, habelə tərəflərin izahatlarını araşdırmaqla müəyyən edir ki, Şəxs MMC tərəfindən ərazidə formalaşan tullantı sularının təmizlənmədən ətraf mühitə axıdılması ilə bağlı göstərilən hallar təsdiqini tapmamışdır. Həmçinin Şəxs MMC-nin nümayəndəsi kimi qeyd edilən şəxsin səlahiyyəti vəzifəsi müəyyən edilməmiş, hüquq və vəzifələri izah edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə Şəxs MMC barəsində inzibati xəta haqında protokol tərtib edilərkən və iş materialları məhkəməyə təqdim edilərkən sübutlar tam və qanunvericiliyin tələbinə uyğun olaraq əldə edilməmiş, araşdırılma aparılmamış, hüquqi şəxsin məsuliyyətini istisna edən hallar araşdırılmamış, şübhələr aradan qaldırılmamışdır. Qeyd edilənlər inzibati iş üzrə icraata sübutların kifayət etməməsi səbəbi ilə xitam verilməsi üçün əsas hesab edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
Şəxs MMC barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənn 53.2 maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov