Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-304/2020 20.02.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7,inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon Qobu Polis Bölməsinin sahə rəisi, polis leytenantı X1 iştirakları ilə, xx.xx.1993-cü ildə Abşeron rayonunda anadan olmuş, evli, orta təhsilli,fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon Qobu Polis Bölməsinin sahə rəisi, polis leytenantı X2tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon Qobu Polis Bölməsinin sahə rəisi, polis leytenantı X2 bildirdi ki, Şəxs xx.xx.2019-cu il tarixdə Abşeron rayonu,Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs12 məxsus fərdi yaşayış evində 75 manat dəyərində su mühərrikini talamaqla nəticədə ona 75 manat ziyan vurmuşdur. xx.xx.2019-cu il Abşeron rayon X6 şöəsinin müstəntiqi,polis kapitanı X3 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə saat 03 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi,Nübar yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs11 evinin həyətində olan 8 ədəd toyuğu talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur. xx.xx.2019-cu il Abşeron rayonu, X10 Şöbəsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə saat 08 radələrindən 16 radələrindək olan müddət ərzində Abşeron rayonu, Hökməli qəəsbəsi, yeni məhəllədə yaşayan Zərərçəkmiş şəxs10 məxsus fərdi yaşayış evindən su matoru talamaqla nəticədə ona 56 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı,polis kapitanı X11 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində Zərərçəkmiş şəxs9 yeni inşa etdirdiyi fərdi yaşayış evinin zirzəmisindən daxil olaraq 95 manat 350 metr elektrik naqillərini talamaqla nəticədə ona 95 manat ziyan vurmuşdur. xx.xx.2019-cu il tarixdə Abşeron RPİ-nin,İŞ müstəntiqi,polis kapitanı X4 cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs8 məxsus evin qarşısında küçədə saxladığı Hyundai İX35 markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa yan şüşəsinin sındırmaqla içərisindən 10 manat dəyərində yaddaş kartını talamaqla və arxa şüşənin sındırılması ilə nəticədə ona 10 manat ziyan vurmuşdur.xx.xx.2019-cu il Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X5 tərəfindən cinayət işinin başlanması rədd edilmişdr. Bundan başqa o,xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs7 məxsus evdən 40 manat dəyərində 1 ədəd ütünü talamaqla nəticədə ona 40 manat ziyan vurmuşdur. xx.xx.2019-cu il tarixdə AbşeronRPİ-nin İŞnin müstəntiqi, polis baş leytenantı X18 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o,xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Hüseynzadə, ev 15-də yaşayan Zərərçəkmiş şəxs6 məxsus evin həyətindən su nasosu və hidrofonu talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur. xx.xx.2019-cu il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X11 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o,xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, ev 31,mənzil 94-də yaşayan Zərərçəkmiş şəxs5 Namiq oğluna məxsus boş torpaq sahəsindən qaz borusunun dəmir dirəklərini talamaqla nəticədə ona 80 manat ziyan vurmuşdur.xx.xx.2019-cu il tarixdə Abşeron RPİ-nin,İŞ-nin müstəntiqi,polis baş leytenantı X8 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o,xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs4 məxsus evdən ümumilikdə 100 manat dəyərində elektrik avtomatı və istiliik sisteminin krantlarını talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur. xx.xx.2019-cu il tarixdə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X13 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivi ünvanında yaşayan Zərərçəkmiş şəxs3 məxsus evin həyətindən 80 manat dəyərində su mühərrikini talamaqla nəticədə ona 80 manat ziyan vurmuşdur.xx.xx.2019-cu il tarixdə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi,polis kapitanı X3 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu,28 May qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 məxsus evdən 100 manat dəyərində taxta materiallarını talamaqla nəticədə ona 100 manat ziyan vurmuşdur. xx.xx.2019-cu il tarixdə Abşeron Ratyon X10 Şöbəsinin müstəntiqi,polis baş leytenantı X14 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul edərək bildirdi ki, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. Məhkəmə iclasında Şəxs vəkili inzibati xəta törədən şəxsin əməlindən peşman olmasını nəzərə almaqla ona yüngül cəza təyin edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsininəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. MəhkəməAzərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Zərərçəkmiş şəxslərə mülki qaydada dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X12 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, , QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 20 iyirmi gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 16.00 dəqiqədən hesablansın. Zərərçəkmiş şəxslərə mülki qaydada dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X12 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin Qərarın icrası Abşeron rayonİcra və Probasiya Şövəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-304/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-304/2020
20.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver