Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3050/2025 21.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi Abbasova Fatimə Ramil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs: X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X6 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron-1” yaşayış kompleksi ünvanında aralarında baş vermiş mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu X4 döymüşdü, bununla da “döymə” inzibati xətasını törətmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, X7 ilə bir ilə yaxındır ki, münasibəti vardır. Onunla yola gedə bilmirdi, ona qarşı nalayiq ifadələr işlədirdi. Hadisə günü, yəni 04 sentyabr 2025-ci il tarixdə aralarında yaranmış münaqişə zamanı Əfsanə Məmmədova onun üzərinə hücum çəkmiş, ona xəsarətlər yetirmiş, o da özünü müdafiə etmək məqsədi ilə onu itələmişdir. Ona qarşı heç bir zor tətbiq etməmiş, özünü müdafiə etmişdir. Daha sonra isə polisə şikayət etdiyindən məlumatı olmuşdur. Lakin araşdırma düzgün həyata keçirilməmiş, ona vurulmuş xəsarətlərlə bağlı ona məlumat verilməmiş, qəbul edilmiş qərarla heç tanış olmamışdır. Odur ki, barəsində əladətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında izahat verərək, bildirdi ki, Şəxs ilə qeyrirəsmi biryerdə yaşamışdır. Uzun müddətdir ki, Şəxs ona təzyiqlər edir, döyür. Bununla bağlı polis orqanına şikayət etmiş, lakin sonradan barışdığı üçün şikayətini geri götürmüşdür. Mahiyyəti üzrə bildirir ki, 04 sentyabr 2025-ci il tarixdə o, öz ailəsi ilə danışmadığı halda Salehin öz ailəsi ilə əlaqə saxladığını, bunu özünə qarşı hörmətsizlik kimi qəbul edib Şəxs etirazını bildirmişdir. Saleh isə onun bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirmiş onu döymüşdür. Bu halın dəfələrlə təkrarlandığını bildirmişdir. Sonda Şəxsla barışmadığını, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X8 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin gənc olmasını, ailə daxili münaqişələr olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli 2147 saylı ekspert rəyindən görünür ki, vətəndaş X2 məhkəmə tibbi müayinəsi zamanı bədən üzərində aşkar edilmiş xəsarətlər – boyunun sol yan səthinin, sağ sol bazu nahiyələrinin, sağ sol baldır nahiyələrinin qançırları küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2025-ci il tarixdə dava-dalaş nəticəsində yarana bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri üçün təyin edilmir; 04 oktyabr 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Abşeron RPİ-nin İTŞ-yə göndərilmişdir; Məhkəmə proses iştirakçılarının izahatları dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli zərərçəkmişin məhkəmə iclasında vermiş olduğu izahatı, 04 oktyabr 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş rəy və digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatında bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, həmin hallar özünümüdafiə xarakteri daşıyır və keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə məhkəmə inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, Şəxs cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını və onun cəmiyyətdən təcrid etmədən islah etməyin mümkün olduğunu nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 33 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 400 (dörd yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 33 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-3050/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3050/2025
21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver