Məhkəmə qərarları › İş №3(012)-3061/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3061/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3061/2025 08.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi ilə, xx.xx.2005-ci ildə Abşeron rayonunda anadn olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qosbustan rayonu, H.Əliyev prospekti, ev 194 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-si tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Mercedes Benz markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu Xırdalan şəhəri Həsən Əliyev küçəsi ilə hərəkətdə olan zaman 1.1 üfüqi nişanlanma xəttin tələbini pozub əks istiqamətli hərəkət zolağına çıxaraq əks istiqamətdə hərəkətdə olan sürücü X2 idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21043” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və toqquşma nəticəsində sonuncu avtomobilin sürücüsü X4, onun idarə etdiyi avtomobilin sərnişinləri olan X3 yüngül bədən xəsarətinin yetirilməsi, X13 dərəcəsi təyin edilməyən bədən xəsarətinin, X6 Ağır bədən bədən xəsarətinin, eləcədə sürücü Şəxs özü dərəcəsi təyin edilməyən bədən xəsarətinin alması, onun idarə etdiyi avtomobilin sərnişinləri olan X14 Az ağır və X9 dərəcəsi təyin edilməyən bədən xəsarətinin yetirilməsi ilə nəticələnən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs İXMin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. İş üzrə məhkəmə iclası təyin edilmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, protokolu tərtib etmiş orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına dəvət edilmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, protokolu tərtib etmiş orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3, 62.4 və 112.1.4-cü maddələrinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı ilə baxılır. Həmin işlərə tərəflərin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin onlara vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış məhkəməyədək sadələşdirilmiş icraata xitam verilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərar aidiyyəti Abşeron RPİ–in DYPŞ-nə həvalə edilmişdir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin 1722 saylı xx.xx.2025ci il tarixli tibbi müayinə aktından görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti yoxdur. Məhkəmə-tibbi ekspertizanın 635 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 1974-cu il təvəllüdlü X2 bədan səthində aşkar edilmiş xəsarətlər- başın sol alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sol diz və dizaltı nahiyənin hərəkət məhdudluğu ilə müşayiət olunan geniş sahəli qançırı, sağ diz nahiyəsinin sıyrılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-cl tarixdə yol-nəqliyyat hadisəsi zamanı salonunda olduğu minik avtomaşının digər minik avtomaşınin toqquşması nəticəsində əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizanın 636 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 1985-ci il təvəllüdlü X5 bədənində aşkar edilmiş xəsarətlər - qapalı kəllə-beyin travması, alın sümüyünün sağ yarsının, sağ almacıq sümüyünün, sağ almacıq qövsü sümüyünün, sağ əng sümüyünün, burun sümüyünün qapalı yerdəyişən sınıqları, sağ goz orbiti divarlarının yerini dəyişən sınıqları, sağ alın və sağ əng cibinə qansızmalar, sağ göz orbiti və paranazal sahələrdə hava qabarcıqları, sağ üst göz qapağının əzilmiş-cırılmış yarası, sağ goz orbitasının hematoması, sağ mil sümüyünün qapalı yerdəyişməyən sınığı - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı salonunda olduğu minik avtomaşının digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizanın 637 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 1983-cü il təvəllüdlü X10 bədən səthində aşkar edilmiş xəsarətlər-burunun sol hissəsinin əzilmiş sıyrılmış yarası, sağ baldırın sıyığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı salonunda olduğu minik avtomaşının digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilməsi mümkündür, sağlamığa zərər vurmayan xəsarətlər olduqlar üçun dərəcələri təyin olunmur. Məhkəmə-tibbi ekspertizanın 638 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 1960-ci il təvəllüdlü X1 bədən səthində aşkar edilmiş xəsarətlər-başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ və sol diz nahiyəsinin əzilmiş- cırılmış yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı salonunda olduğu mnik avtomaşının digər minik avtomaşın ilə toqquşması nəticəsində əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizanın 656 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 2005-ci il təvəllüdlü Şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- başın alın nahiyəsinin səthi kəsik xarakterli yarası, sağ, sol dirsək nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı salonunda olduğu mnik avtomaşının digər minik avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsi mümkündür, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizanın 657 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 2007-ci il təvəllüdlü X8 bədən səthində aşkar edilmiş xəsarətlər- sağ qaş, burun nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yol- nəqliyyat hadisəsi zamanı salonunda olduğu mnik avtomaşının digər minik avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsi mümkündür, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizanın rəyindən görünür ki, 2008-ci il təvəllüdlü X11 bədən səthində aşkar edilmiş xəsarətlər- dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Lakin Şəxs əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olsa da, onun inzibati məsuliyyətə cəlb olunma müddəti keçdiyindən, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 38.1, 38.2 və 38.3-cü maddələrinə əsasən «İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin İXM-nin 104.1.3-cü maddəsi inzibati xətanı törədən şəxsin müəyyən olunmadığına əsasən inzibati xəta haqqında iş üzrə icraatın dayandırılmasını nəzərdə tutur. Məhkəmə iclasında məhkəmə araşdırmaları zamanı tədqiq olunmuş materiallarla müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə il tarixdə Şəxs DİN 102 xidmətinə müraciət edərək, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi Zaur Mədətov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlar olması barədə, həmçinin həmin tarixdə X7 DİN 102 xidmətinə müraciət edərək Abşeron rayonu Xırdalan şəhəri «Səhliyalı» müəssisəsinin yanında oğlu X12 idarə etdiyi Mercedes Benz markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin VAZ-2107 markalı avtomobillə toqquşması barədə oğlunun xəsarət alması və qarşı avtomobildə olan 4 nəfər şəxsin sərxoş olması barədə məlumat vermiş, Abşeron RPİ-nin TŞ-nin xx.xx.2025-ci il tarixli qərarı ilə toplanmış məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsi qərara alınmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin DYPŞ-nə göndərilmiş, Abşeron RPİ-in DYPŞ-si Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib etmişdir. Məhkəmə hesab edir ki, cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbehin cinayət işinə xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilməsi barədə İXM-nin 38.3-cü maddəsinin tələbi, hazırda isə bu müddətin keçməsi nəzərə alınaraq, Şəxs inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə (cinayət işinə xitam verilməsi haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanmaqla 08 ay 13 gün sonra) Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, material baxılması üçün Abşeron Rayon Məhkəməsinin icraatına xx.xx.2025-ci il tarixdə, yəni cinayət işinə xitam verilməsi haqqında qərarın qəbul edildiyi tarixdən hesablanmaqla 08 ay 13 gün müddət keçdikdən sonra daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar