Məhkəmə qərarları › İş №3(012)-308/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-308/2020

10.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-308/2020 10.03.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimiNəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddinqızının katibliyi ilə, AzərbaycanRespublikası Maliyyə X1 xx.xx.2019-cu uil tarixli,MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi vəinzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: AzərbaycanRespublikası Maliyyə X1 xx.xx.2019-cu uil tarixli,MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi vəinzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X9 tərəfindən verilmiş şikayət Abşeron Rayon Məhkəməsinin icraatına daxilolmuşdur.Şiakyətonunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Maliyyə BazarlarınaNəzarət Palatası xx xxxxxx 2019-cü il tarixli, MN ******* saylı inzibati xətahaqqında qərarı ilə X7 Azərbaycan Respublikası İXM-nin430.4-cü maddəsinə əsasən 600,50 ABŞ dolları AR Mərkəzi Bankının müvafiq tarixəolan məzənnəsinə uyğun olaraq 1020,90 manat cərimə növündə inzibati tənbehtədbiri tətbiq edilmiş, lakin göstərilənlərə əsasən sözügedən qərar tam əsassızvə qeyri-qanuni tətbiq edildiyi üçün ləğv edilməli və inzibati işə xitamverilməlidir, onun tərəfindən Polşa şəhərindən avtomobil detallarının alınmasıilə əlaqədar olaraq köçürmə yolu ilə ümumi olaraq 20 017, 50 USD məbləğ Mar-Motfirmasının hesabına köçürülmüş, 20 017.50 USD məbləği Bank VTB (Azərbaycan)ASC-ti vasitəsi ilə iki dəfəyə yəni, xx.xx.2018-ci il tarixində 6005.30 USD,xx.xx.2018-ci il tarixində isə 14020.35 USD ödənilmiş, Mar-Mot firması ödənilənpulun müqabilində avtomobilə aid detalları Azərbaycan Gömrük Komitəsinə göndərmiş,xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikasına daxil olan mallara görədövlət rüsumu tərəfindən tam olaraq ödənilmiş, lakin Azərbaycan RespublikasınınMaliyyə X3 xx xxxxxx 2019-cü il tarixli, MN 0389837saylı İnzibati xəta haqqında Qərarı onun iştirakı olmadan tərtib edilərəkcərimə tətbiq olunmuş, bundan başqa, Azərbaycan Respublikasının MaliyyəX5 xx xxxxxx 2019-cü il tarixli, MN ******* saylıİnzibati xəta haqqında qərarı onun iştirakı və məlumatı olmadan tərtib edilmiş,hüquq və vəzifələr izah edilməmiş, bu barədə protokolda müvafiq qeydaparılmamış, protokol imzalamaq üçün təqdim edilməmiş, tərəfimdən hər hansı birinzibati xəta hadisəsinin törədilmədiyi halda və iş üzrə hər hansı bir mötəbərsübuta istinad edilmədən səlahiyyətli orqan tərəfindən onun barəsində qanunsuzvə əsassız qərar qəbul edilərək cərimə edilmiş, inzibati orqan ilk növbədə onunəməlində inzibati xətanın olub-olmadığını araşdırmalı idi. Lakin Azərbaycan RespublikasınınMaliyyə X3 heç bir araşdırma aparmadan qərar qəbuletmiş, əgər obyetiv araşdırılma aparılsaydı, onun Polşa Respublikasına avtomobilehtiyat hissələrinin satın alınması məqsədilə ödədiyi məbləğin qarşılığında cəmi1 ay sonra həmin ehtiyat hissələr Respublikamızın gömrük sərhədindən daxilolması və bu barədə gömrük bəyannaməsi də tərtib olunması bəlli olacaqdı. Sondao, Azərbaycan Respublikası Azərbaycan Respublikasının Maliyyə BazarlarınaNəzarət Palatasının xx xxxxxx 2019-cü il tarixli, MN ******* saylı inzibatitənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrəicraata xitam verilməsi barədə Qərar qəbul edilməsino xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan RespublikasıMaliyyə X2 və şikayətçi X6 ünvanınabildiriş göndərilmiş, lakin tərəflər məhkəmə iclasında iştirak etməmişlər, gəlmələrininsəbəbləri barədə məhkəməyə məlumat verməmişlər.AzərbaycanRespublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibatixəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və yavəzifəli şəxs tərəfindən təkbaşına baxılır.HəminMəcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatıniştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestinhəmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxudşikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətinbaxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbuledilir.Qeydolunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə tərəflərin iştirakıolmadan baxılmasını mümkün hesab edirİşmateriallarında olan gömrük bəyannaməsinin surətindən görünür ki, 20017.50 USDməbləğ Bank VTB (Azərbaycan) ASC-i vasitəsi ilə iki dəfə yəni, xx.xx.2018-ci iltarixində 6005.30 USD, xx.xx.2018-ci il tarixində isə 14020.35 USD ödənilmişdir.Qəbuledilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasındayoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməsi haqqında qərar qəbuledilməlidir.Beləki, inzibati işin materiallarında olan xx.xx.2019-cu il tarixli qərardan görünürki, X8 6005,30 ABŞ dolları məbləğində xarici valyutada olanvəsaiti bank olan hesabından xx.xx.2018-ci il tarixdə AzərbaycanRespublikasının hüdudlarından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür.Lakin ödənişin aparıldığı gündən 270 gündən artıq müddət keçməsinə baxmayaraq, 6005,30ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqedən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitixaricdən geri qaytarılmamışdır. AzərbaycanRespublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəlləilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəbolan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.AzərbaycanRespublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələblərinə görəinzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır,yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanunivə əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibatiXətalar Məcəlləsinin 100.1.1-ci və 100.1.3-cü maddələrinə əsasən bu Məcəllənin54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsihaqqında protokol tərtib edilir.İnzibati xəta haqqında protokolda barəsindəinzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, ocümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, 100.1.7-ci maddəyə əsasən barəsindəinzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqişəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin Məcəllənin 100.2-ci maddəsinəəsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrəicraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibatixəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdətutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiqqeyd aparılır.Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsindəinzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsinnümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xətahaqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolunsurətini almaq hüququ vardır.Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokolonu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılanfiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsindəinzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsinnümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiqqeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fizikişəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunubarəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtinaetməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları vəmülahizələri protokola əlavə olunur.AzərbaycanRespublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsindəqərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuninümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi vənümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəlişəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verəbilər.Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 128.1-ci maddəsinə əsasən 134.1.1-ci maddəsinə əsasən İnzibatixəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraqqərarındəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılmasıhaqqında qərar qəbul edilir.Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinəəsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin)qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və yahüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir.Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasəninzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestəbaxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmişhallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaqüçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərarqəbul edilir.Həmin Məcəllənin 135.1.1cımaddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və yadəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəlişəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallarınaraşdırılmamasıdır.Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə buMəcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam vəobyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xətahaqqında iş üzrə qərarın ləğvedilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirərək beləhesab edir ki, inzibatitənbeh vermə haqqında qərarda göstərilən məbləğ xx.xx.2018-ci il tarixində6005.30 USD ödənilmiş və xx.xx.2019-cu il tarixli qərar qanunun tələbləripozulmaqla, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılanfiziki şəxsin iştirakı təmin edilmədən tərtib olunmuşdur.Yuxarıdakılara əsasən məhkəmə belə nəticəyə gəlir ki,X6 Azərbaycan Respublikası X4Palatasının xx.xx.2019-cu uil tarixli, MN ******* saylı inzibati tənbeh verməhaqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitamverilməsi barədə şikayəti təmin edilməli və xx.xx.2019-cu il tarixli, MN 0389837saylı qərar ləğv ləğv edilməli,iş yenidən baxılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilməlidir.Yuxarıdagöstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayəttəmin edilsin.QafarovƏli Qabil oğlunun Azərbaycan Respublikası X4Palatasının xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və iş yenidən baxılması üçün AzərbaycanRespublikası Mərkəzi Bankına göndərilsin.Qərardansurətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində AbşeronRayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət veriləbilər. Abşeron Rayon Məhkəməsinin hakimi ŞövkətNəcəfova Mən, Abşeron Rayon Məhkəməsinin hakimiNəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Azərbaycan Respublikası Maliyyə X1 xx.xx.2019-cu uil tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Maliyyə X1 xx.xx.2019-cu uil tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X8 tərəfindən verilmiş şikayət Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Şiakyət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Maliyyə X3 xx xxxxxx 2019-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı ilə X7 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən 600,50 ABŞ dolları AR Mərkəzi Bankının müvafiq tarixə olan məzənnəsinə uyğun olaraq 1020,90 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, lakin göstərilənlərə əsasən sözügedən qərar tam əsassız və qeyri-qanuni tətbiq edildiyi üçün ləğv edilməli və inzibati işə xitam verilməlidir, onun tərəfindən Polşa şəhərindən avtomobil detallarının alınması ilə əlaqədar olaraq köçürmə yolu ilə ümumi olaraq 20 017, 50 USD məbləğ Mar-Mot firmasının hesabına köçürülmüş, 20 017.50 USD məbləği Bank VTB (Azərbaycan) ASCti vasitəsi ilə iki dəfəyə yəni, xx.xx.2018-ci il tarixində 6005.30 USD, xx.xx.2018-ci il tarixində isə 14020.35 USD ödənilmiş, Mar-Mot firması ödənilən pulun müqabilində avtomobilə aid detalları Azərbaycan Gömrük Komitəsinə göndərmiş, xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikasına daxil olan mallara görə dövlət rüsumu tərəfindən tam olaraq ödənilmiş, lakin Azərbaycan Respublikasının Maliyyə X3 xx xxxxxx 2019-cü il tarixli, MN ******* saylı İnzibati xəta haqqında Qərarı onun iştirakı olmadan tərtib edilərək cərimə tətbiq olunmuş, bundan başqa, Azərbaycan Respublikasının Maliyyə X5 xx xxxxxx 2019-cü il tarixli, MN ******* saylı İnzibati xəta haqqında qərarı onun iştirakı və məlumatı olmadan tərtib edilmiş, hüquq və vəzifələr izah edilməmiş, bu barədə protokolda müvafiq qeyd aparılmamış, protokol imzalamaq üçün təqdim edilməmiş, tərəfimdən hər hansı bir inzibati xəta hadisəsinin törədilmədiyi halda və iş üzrə hər hansı bir mötəbər sübuta istinad edilmədən səlahiyyətli orqan tərəfindən onun barəsində qanunsuz və əsassız qərar qəbul edilərək cərimə edilmiş, inzibati orqan ilk növbədə onun əməlində inzibati xətanın olub-olmadığını araşdırmalı idi. Lakin Azərbaycan Respublikasının Maliyyə X3 heç bir araşdırma aparmadan qərar qəbul etmiş, əgər obyetiv araşdırılma aparılsaydı, onun Polşa Respublikasına avtomobil ehtiyat hissələrinin satın alınması məqsədilə ödədiyi məbləğin qarşılığında cəmi 1 ay sonra həmin ehtiyat hissələr Respublikamızın gömrük sərhədindən daxil olması və bu barədə gömrük bəyannaməsi də tərtib olunması bəlli olacaqdı. Sonda o, Azərbaycan Respublikası Azərbaycan Respublikasının Maliyyə X1 xx xxxxxx 2019-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Qərar qəbul edilməsino xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Maliyyə X2 və şikayətçi X6 ünvanına bildiriş göndərilmiş, lakin tərəflər məhkəmə iclasında iştirak etməmişlər, gəlmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir İş materiallarında olan gömrük bəyannaməsinin surətindən görünür ki, 20017.50 USD məbləğ Bank VTB (Azərbaycan) ASC-i vasitəsi ilə iki dəfə yəni, xx.xx.2018-ci il tarixində 6005.30 USD, xx.xx.2018-ci il tarixində isə 14020.35 USD ödənilmişdir. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, inzibati işin materiallarında olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, X8 6005,30 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti bank olan hesabından xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının hüdudlarından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 270 gündən artıq müddət keçməsinə baxmayaraq, 6005,30 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci və 100.1.3-cü maddələrinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir.İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, 100.1.7-ci maddəyə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən 134.1.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraqqərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarda göstərilən məbləğ xx.xx.2018-ci il tarixində 6005.30 USD ödənilmiş və xx.xx.2019-cu il tarixli qərar qanunun tələbləri pozulmaqla, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin iştirakı təmin edilmədən tərtib olunmuşdur. Yuxarıdakılara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası Maliyyə X1 xx.xx.2019-cu uil tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməli və xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərar ləğv ləğv edilməli, iş yenidən baxılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şikayət təmin edilsin. X6 Azərbaycan Respublikası Maliyyə X1 xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Abşeron Rayon Məhkəməsinin Hakim : Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar