Məhkəmə qərarları › İş №3(012)-308/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-308/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-308/2025 28.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 Tələbkar: X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxxxx 1982-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş 28 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev protokolu müdafiə edərək bildirmişdir ki, Qubadlı rayon məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(028)- 197/2020 nömrəli icra vərəqəsinə əsasən iddia təmin edilmiş, X3 5400 manat məbləğində pulun tutularaq, X2 verilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 07 avqust 2020-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Abşeron rayon Məhkəməsinin 8(012)-431/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qərardadı ilə borclu Şəxs ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək məhdudlaşdırılmış, bundan sonra Abşeron rayon Məhkəməsinin 8(012)-442/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qərardadı ilə onnun Abşeron rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alımışdır. İcra sənədi üzrə Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından, həmçinin onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlanılsa da o, müxtəlif bəhanələr gətirməklə icra şöbəsinə gəlmədiyindən və olduğu yer barəsində məlumat vermədiyindən 03 avqust 2021-ci il tarixdə barəsində axtarış haqqında qərar qəbul edilmişdir. Həmin hal təkrar baş verdiyindən Şəxs barəsində 13 sentyabr 2022-ci il tarixdə yenidən axtarış haqqında qərar qəbul edilmişdir. Şəxs barəsində 04 mart 2022-ci il tarixdə protokol tərtib olunaraq, məhkəməyə verilmiş və məhkəmənin 3(012)- 459/2022 saylı, 04 mart 2022-ci il tarixli qərarı ilə 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Borclu yenidən icra şöbəsinə gəlməkdən yayındığından təqdimatla məhkəməyə müraciət edilmiş və onun icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi ilə bağlı Abşeron rayon Məhkəməsi tərəfindən 8(012)-197/2023 saylı, 7 mart 2023-cü il tarixdə qərardad qəbul edilmişdir. Son olaraq yenidən borclu müxtəlif bəhanələr gətirməklə icra şöbəsinə gəlmədiyindən və olduğu yer barəsində məlumat vermədiyindən 09 yanvar 2025-ci il tarixdə barəsində axtarış haqqında qərar qəbul edilmişdir. Borclu icra sənədi üzrə öhdəliyi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyinin icrasından qərəzli şəkildə yayınmış, barəsində həyata keçirilmiş məcburi icra tədbirləri nəticə verməmişdir. Hazırda ödənilməmiş 1050 manat borcu mövcuddur. Bu səbəbdən borclu barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilərək, bildirdi ki, onun hazırda borclu olduğu icra vərəqəsi üzrə tələbkara cəmi 1050 manat məbləğində borcu qalmışdır. O, borcunu vaxtlı-vaxtında ödəsə də, lakin son zamanlar maddi imkanında yaranmış çətinliklərə görə və atasının dəfni ilə əlaqədar keçirilən yas mərasimi üçün xeyli məbləğdə xərcləri yarandığından icra vərəqəsi üzrə öhdəliyini yerinə yetirə bilməmişdir. İcra şöbəsində olarkən tələbkara 200 manat məbləğində ödəniş etmişdir. Qısa zaman müddətində borcunu ödəməyə çalışacağını bildirməklə, ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, icra sənədi üzrə yaranmış borcu maddi imkansızlıqdan ödəyə bilmədiyini, icra məmurunun çağırışlarına gəlməkdən isə borcu ödəmədiyi üçün barəsində tədbir görüləcəyindən qorxması ilə bağlı olmasını bildirərək, əlavə olaraq bildirdi ki, tələbkara daha əvvəllər də borcu qısa vaxtda ödəməyə söz verib edə bilmədiyi üçün sonuncu tərəfindən ona qarşı inamsızlıq yaranmışdır. Lakin bir daha belə hallar olmayacaq 3-4 aya borcu tam şəkildə ödəyəcəkdir. Məhkəmə iclasında iştirak edən tələbkar Ülviyyə İslamova izahat verərək bildirdi ki, Şəxs dəfələrlə ona və icra məmuruna şifahi və yazılı formada borcu ödəyəcəyini bildirməklə onu aldatmış, nəinki borcu ödəməmiş, əlavə olaraq zənglərə cavab verməmiş onlarla əlaqə saxlamamışdır. Odur ki, borclunun icra vərəqsi üzrə borcunu tam ödəməsini, əks halda barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Qubadlı rayon məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(028)-197/2020 nömrəli icra vərəqəsinə əsasən iddia təmin edilmiş, X3 5400 manat məbləğində pulun tutularaq, X2 verilməsi qərara alınmışdır;

2. Qubadlı rayon məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(028)-197/2020 nömrəli icra vərəqəsi ilə bağlı 07 avqust 2020-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;

3. Qubadlı rayon məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(028)-197/2020 nömrəli icra vərəqəsi ilə bağlı Abşeron rayon Məhkəməsinin 8(012)-431/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qərardadına əsasən borclu Şəxs ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək məhdudlaşdırılmışdır;

4. Qubadlı rayon məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(028)-197/2020 nömrəli icra vərəqəsi ilə bağlı Abşeron rayon Məhkəməsinin 8(012)-442/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qərardadına əsasən borclu Şəxs Abşeron rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alımışdır;

5. Qubadlı rayon məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(028)-197/2020 nömrəli icra vərəqəsi ilə bağlı Şəxs barəsində 03 avqust 2021-ci il tarixdə axtarış haqqında qərar qəbul edilmişdir;

6. Qubadlı rayon məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(028)-197/2020 nömrəli icra vərəqəsi ilə bağlı Şəxs barəsində 13 sentyabr 2022-ci il tarixdə yenidən axtarış haqqında qərar qəbul edilmişdir;

7. Qubadlı rayon məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(028)-197/2020 nömrəli icra vərəqəsi ilə bağlı Şəxs barəsində 04 mart 2022-ci il tarixdə protokol tərtib olunaraq, məhkəməyə verilmiş və məhkəmənin 3(012)-459/2022 saylı, 04 mart 2022-ci il tarixli qərarı ilə 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir;

8. Qubadlı rayon məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(028)-197/2020 nömrəli icra vərəqəsi ilə bağlı borclu yenidən icra şöbəsinə gəlməkdən yayındığından barəsində Abşeron rayon Məhkəməsi tərəfindən 8(012)-197/2023 saylı, 07 mart 2023-cü il tarixdə qərardad qəbul edilmişdir;

9. Qubadlı rayon məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(028)-197/2020 nömrəli icra vərəqəsi ilə bağlı borclu barəsində 09 yanvar 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul edilmişdir.

Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddət ərzində üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Qubadlı rayon məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(028)-197/2020 nömrəli icra sənədi üzrə üzərinə qoyulmuş vəzifələri icra etməmiş və ödəniş etməməsinə səbəb olaraq maddi imkanının yetərli qədər olmamasını və digər halları qeyd etsə də məhkəmə qeyd olunan halları icra sənədinin üzrsüz olaraq icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, sonuncunun inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar