Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-31/2022 10.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, X1, qərarı qəbul etmiş şəxs Azərbaycan Respublikası DİN Abşeron DYP YPX inspektoru, polis kiçik serjantı X2 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Abşeron DYP YPX inspektoru, polis kiçik serjantı X4 tərəfindən barəsində tərtib olunmuş TP № ******* saylı 14.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X5 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Abşeron DYP YPX inspektoru, polis kiçik serjantı X4 tərəfindən barəsində tərtib olunmuş TP № ******* saylı 14.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətini belə əsaslandırdı ki, o, idarə etdiyi **-FO-*** qeydiyyat nişanlı «Volkswagen Passat» markalı avtomobiliə 14.12.2021-ci il tarixində, saat 11:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Mühəndislik Universitetinin yaxınlığındakı dairə istiqamətində Abşeron rayonunun X11 yol patrul xidməti inspektoru polis kiçik serjantı X4 idarə etdiyi avtomobili saxlamış, əvvəlcə polis serjantı Qafarov ona yaxınlaşaraq X7 13-cü maddəsinin 3-cü bəndində qeyd olunduğu kimi özünü təqdim etməyərək ona avtomobilin öz dili ilə dediyi kimi “qluşitel”sisteminə müdaxilə olunduğunu bildirdi. O, isə Azərbaycan Respublikasının dövlət dilində “qluşitel” sözünün olmasını ondan soruşduqdan sonra o,dərhal düzəliş edərək avtomobilinin səsboğucu sisteminə müdaxilə edərək normativ tələblərin pozulduğunu iddia edərək, avtomobilinin arxa səsboğucu başlıqlarını, qazanını öz şəxsi telefonunun kamerası ilə çəkiliş apararaq ona İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində cərimə məbləğinin nəzərdə tutulduğunu bildirdi və ardınca inspektor polis kiçik serjantı X4 də eyni qaydada Qafarov X7 13-cü maddəsinin 3-cü hissəsində qeyd olunduğu kimi özünü təqdim etməyərək ona protokol tətbiq etmiş və dərhal protokol haqqında qərar çıxarmışdır. "İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində "Normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi" qeyd edilmiş, Amma onun avtomobilində normativ tələblər pozulmayıb, avtomobilindən işlənmiş qazların xaric olunması normadan artıq deyil, avtomobilimin səs desibli artıq deyil. Avtomobilinə texniki baxış yerində deyil, polis inspektorunun şəxsi telefonu ilə yerində yoxlanaraq protokol tərtib edilmiş və 15 saylı cərimə meydançasına aparılmış, cərimə meydançasında avtomobilinin əsas arxa qazanına quraşdırılmış, mühərrikin səs gücünün və işlənmiş qazların normasını pozmayan və hər iki başlıqdan eyni zamanda simmetrik olaraq işlənmiş qazların çıxmasını təmin dekorativ funksiya rolunu icra edən tüstü borusunu inspektorun öz dili ilə dediyi şəkildə cərimə meydançasında “laqonda” ilə kəsib çıxarılmasını ondan tələb etmiş, o isə onun tələbininin qanunda nəzərdə tutulmadığını və fiziki olaraq mümkün olmadığını inspektorun nəzərinə çatdırmış, o, isə onun qanuni iradına məhəl qoymadan qərar qəbul etmişdir. Ən əsası isə cəlb olunduğu 342.2.2-ci maddəsi nəqliyyat vasitələrinin istismarını qadağan edən X9 Qanunun 1 saylı əlavəsində öz əksini tapmayıb. O sadəcə dekorativ dəyişiklik etmişdir ki, bunu da qanunvericilik qadağan etmir. X9 Qanunun 1 saylı əlavəsinin 6-cı bəndi olan mühərrik bölməsinin 4cü bəndində: mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə nəqliyyat vasitəsinin istismarı qadağan edilir (İXM 342.3 cü maddə). Belə ki, yol polis inspektoru onu İXM-nın 342.2.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edib, nəqliyyat vasitəsinin qanuna zidd olaraq cərimə meydançasında sökülməsini tələb etsə də, tərtib etdiyi inzibati protokolun qanuni qüvvəsini sübut edən dəlillər təqdim etməmiş və qanunsuz olaraq onun avtomobili cərimə meydançasında sökülməsini tələb etməsinə hüquqi izah verə bilməmişdir. Şikayətinin əsas səbəbi, haqqında çıxarılan qərarın hüquqi əsaslarının olmamasıdır. Sonda o, Azərbaycan Respublikası DİN Abşeron DYP YPX inspektoru, polis kiçik serjantı X4 tərəfindən tərtib olunmuş TP № ******* saylı 14.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə Azərbaycan Respublikası DİN Abşeron RPİ-nin DYP-nin inspektoru, Polis kiçik serjantı, qərar qəbul etmiş Vasif Ələsgərov məhkəmədə çıxış etməklə bildirdi ki, şikayət verən şəxs bildirdi ki, **-FO-*** qeydiyyat nişanlı «Volkswagen Passat» markalı avtomobiliə 14.12.2021-ci il tarixində, saat 11:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Mühəndislik Universitetinin yaxınlığındakı dairə istiqamətində hərəkət edərkən tərəfindən saxlanılmış və avtomobilin səsboğucu sisteminə müdaxilə olunduğundan mütəxəssis dəvət olunmadan Azərbaycan Respublikası İXM-nin 342.2-ci maddəsilə protokol tərtib olunmaqla qərar qəbul etmişdir. Şikayət verən şəxs protokolla razı olduğundan və qısa müddətdə həmin qüsurun aradan qaldırılmasına söz verdiyindən cərimə meydançasından buraxılmış və müvafiq qərar qəbul edilmişdir. Ona görə də şikayətin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Abşeron DYP YPX inspektoru, polis kiçik serjantı X4 tərəfindən tərtib olunmuş TP № ******* saylı 14.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Abşeron DYP YPX inspektoru, polis kiçik serjantı X4 tərəfindən tərtib olunmuş TP № ******* saylı 14.12.2021-ci il tarixli qərarı ləğv edilərək, inzibati material araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin tələblərinə müvafiq olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İstinad edilən qanun normasının məzmunundan göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 16 may 2012-ci il tarixli, Q6- 001-12 N-li qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X11 nəzarəti qaydaları barədə Təlimatın” 6.1.1 və 6.1.2-ci bəndlərində qeyd edilir ki, Azərbaycan Respublikası DİN Baş DYP idarəsinin Avtotexniki müfəttişlik şöbəsi iş fəaliyyəti ilə əlaqədar həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yeni istehsal olunan nəqliyyat vasitələrinə, habelə nəqliyyat vasitələrinin konstruksiyalarının hazırlanmasına və ya yenidən avadanlıqlaşdırılmasına, aqreqat və ban hissələrinin dəyişdirilməsinə, layihə sənədləri tələb olunan hallarda hərəkət təhlükəsizliyi tələblərinə uyğunluğu baxımından rəy verir, onların sınaqlarında iştirak edir, tələblərə cavab verməyən nümunələrin istehsaldan çıxardılması barədə təqdimat vermək, layihə sənədləri tələb olunmayan avadanlıqların nəqliyyat vasitələrinə yenidən quraşdırılması barədə razılıq vermək kimi vəzifələri də yerinə yetirir. Hesab edirəm ki, hazırkı iş üzrə baxılan materialda inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyəti olan digər halları müəyyənləşdirməkdən ötrü iş üzrə müəyyən edilən hallar mütəxəssis rəyi alınmaqla yenidən araşdırılmalı və onların mötəbərliliyi yoxlanıldıqdan sonra material üzrə yekun qərar qəbul edilməlidir. "X9” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin İİ bəndinin 3cü hissəsində vurğulanır ki, nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər, texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Məhkəmə həm də qeyd edir ki, qərar qəbul edərkən həm də Abşeron rayon Pİ DYP-nin əməkdaşları tərəfindən "X9” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin İİ bəndinin 3-cü hissəsində nəzərdə tutulan qaydalara riayət edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinin tələblərinə müvafiq olaraq inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. İstinad edilən normaya əsasən qərar İXM-nin 48-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyindən əsaslı və qanuni hesab edilə bilməz, ona görə də X3 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası DİN Abşeron DYP YPX tərəfindən tərtib olunmuş TP № ******* saylı 14.12.2021 -ci il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-in 135.1.1-ci maddəsində əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1, 135.1.3 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.4-cü və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası DİN Abşeron DYP YPX tərəfindən tərtib olunmuş TP № ******* saylı 14.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İşə yenidən baxılması üçün material Azərbaycan Respublikası DİN Abşeron DYP YPX-ya göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-31/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-31/2022
10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver