Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-310/2024 02.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Abşeron rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Abşeron rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə 17 yanvar 2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin elektron sisteminə Şəxs MMC-nin direktoru X2 etiraz verərək, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış Şəxsn Azərbaycan Respublikası İXM 347-ci maddəsinə əsasən tərtib olunmuş AP0217166 protokol MMC-ə xx.xx.2024-cü il tarixdə daxil olmuş tərəfimizdən avtomobili idarə edən şəxs barədə məlumatlar xx.xx.2024-cü il tarixdə Abşeron Rayonu X7 İdarəsinə cavab olaraq göndərilmişdir.X6 Polis Şöbəsi tərəfindən göndərilən məktub Abşeron Rayon Polis İdarəsinə göndərilməlidir əsas gətirilərək qəbul etməkdən imtina edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Poçt haqqında qanun 13-cü (Çatdırılması mümkün olmayan və paylanmayan poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi) maddəsinin 13.1.2. (Ünvan sahibi poçt göndərişini almaqdan imtina etdikdə) bəndinə əsasən X5 Şöbəsi tərəfindən qəbul olunmuş MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. İşin materiallarını nəzərdən keçirərkən müəyyən edilir ki, inzibati xəta protokolu natamam tərtib olunduğundan geri qaytarılmalıdır. Belə ki, Şəxs MMC-nin direktoru X2 tərəfindən Abşeron rayonu X7 Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 24/01 nömrəli məktubdan və qəbzdən görünür ki, şirkətin mülkiyyətində olan, xx.xx.2024-cü il tarixində, saat 18:43 radələrində İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə xəta törətmiş KİA SORENTO minik markalı, ** AV *** dövlət nömrə nişanlı avtomobili idarə edən X1 (sürücülük vəsiqəsi AB 431726) olmuşdur. Məktubu almaqdan imtina etmişdilər. Buradan da görünür ki, hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın sorğusuna əsasən göndərilmişdir. Bununla belə, qeyd edilənlərdən göründüyü kimi bu halları nəzərə alınmadan protokol tərtib olunub məhkəməyə göndərilmişdir. İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, Abşeron rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə 17 yanvar 2023-cü il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Abşeron rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 17 yanvar 2023-cü il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardan şikayət verilmir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-310/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-310/2024
02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver